Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-237/2023 09.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə və maraqlı şəxs Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi, borcun ödənilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3 və Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə və maraqlı şəxs Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi, borcun ödənilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh3 arasında bağlanmış 25 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən borc almış olduğu 14.000 manat borc pulun Cavabdeh3 tərəfindən tam, hətta artıqlaması ilə ödənildiyi üçün Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X1 30 iyul 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi, borcun Cavabdeh3 ödənilmiş hesab edilməsi və iddia ərizəsinə görə ödədiyi dövlət rüsumlarının, cəmi 100.80 (yüz manat səksən qəpik) manatın Cavabdeh3 aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə bir orta məktəbdə oxumuşdur. Eyni zamanda onunla daha yaxından ümumi tanışları Aqil Süleymanov vasitəsi ilə tanış olmuşdur. Belə ki, o, həmişə onun yaşadığı əraziyə yaxın kafedə, bəzən də onun süfrəsində əyləşmişdir. Ona müəyyən işləri həll etmək üçün 14.000 (on dörd min) manat pul lazım olmuşdur. Borc axtarmışdır. Həmin ərəfədə İlham onun borc axtardığını bilib, 14.000 (on dörd min) manat borc pulun müqabilində aya 1400 (bir min dörd yüz) manat faiz ödəməklə borc verə biləcəyini bildirmişdir. O razılaşıb, cavabadehə təklif etmişdir ki, ona 14.000 manat borc verməsi barədə notariat kontorunda rəsmi qaydada kredit müqaviləsi bağlasınlar. İlham da razılaşmış, onlar birlikdə 25 iyun 2021-ci il tarixdə, Sumqayıt şəhəri 3 saylı notariat ofisinə getmişlər. Orada İlhamla onun arasında kredit müqaviləsi tərtib edilmiş və Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən 0, xx.xx.2021-ci il tarixədək borcu geri qaytarmağı öhdəlik götürmüşdür. Lakin işləri yaxşı getmədiyindən vəd verdiyi vaxta qədər o, hissəhissə,1400 manat bir, 1400 manat bir, 1400 manat bir, cəmi 4200 manat borcu İlhama ödəsə də, qalan məbləği geri qaytara bilməmişdir. Sonuncu 1400 manatı ödəyəndə əvvəlcə 900 manat şəxsən tanışı Fuadın iştirakı ilə İlhama vermiş, qalan 500 manatı isə səhərisi gün tanışı Vüsaldan borc alaraq Fuadın vasitəsilə İlhama göndərmişdir. Fuadın bildirdiyinə görə ödənişlə bağlı İlham öz dəftərində qeyd aparmışdır. 3 ay tamam olduğu üçün İlham 14.000 manatı tam şəkildə ödəməyini tələb etmiş, hətta yaşadığı ünvana gəlib, üstünə bıçaq çıxardaraq pulu ödəməyini bildirmişdir. Bunu qonşuları, ailəsi təsdiq edə bilər. Bununla bağlı aralarında mübahisə yaranmışdır. Hətta İlham Sumqayıt şəhər Pİ-nin 5-ci Polis Bölməsinə, daha sonra İlhamın anası Kainat əvvəlcə Sumqayıt şəhər Pi-nin 4-cü Polis Bölməsinə, sonra Sumqayıt şəhər Pİ-nin 5-ci Polis Bölməsinə, daha sonra İlham özü Sumqayıt şəhər Polis İdarəsinə şər-böhtan xarakterli şikayətlər etmişdir. İlhamın etdiyi şikayətlə bağlı Sumqayıt şəhər Polis İdarəsində o və Fuad 48 saat saxlanılmış, sonra şikayət əsassız olduğu üçün izahat alıb azad etmişlər. Bundan sonra o, faizi dayandırdığını, yalnız aldığı borc məbləğini İlhama ödəyəcəyini bildirib, tanışı X5 vasitəsi ilə 3000 manat bir, 3000 manat bir, 2000 manat bir, 650 manat bir, cəmi 8650 manat verib X2, Azər və Namiq adlı şəxslərin şahidliyi və iştirakı ilə İlhama göndərmişdir. Fuad bildirmişdir ki, İlham pulları aldıqca öz dəftərində qeydiyyat aparmışdır. Bunu adlarını qeyd etdiyi şəxslər şahid qismində təsdiq edə bilər. Daha sonra İlhama qalan borcun toplam qaytarılmasını təklif etsə də, İlham borcu xırda xırda hər dəfə müxtəlif səbəblər göstərərək tələb etmişdir. Ona görə də Fuad ona X2, Azər və Namiq adlı şəxslərin iştirakı ilə 200 manat bir, 200 manat bir, 200 manat bir, 200 manat bir, 60 manat bir, 60 manat bir, 50 manat bir, 50 manat bir, 50 manat bir, sonunda 100 manat bir olmaqla ödəmişdir. Yəni İlham xırda-xırda əlavə 1170 manatı da geri almış və bununla bağlı Fuadın bildirdiyinə görə hər dəfə öz dəftərində qeydiyyat aparmışdır. Beləliklə İlhama onun tərəfindən kredit müqaviləsində qeyd olunan məbləğdən 20 manat artıq olmaqla, cəmi 14.020 manat pul ödənilmiş və onun İlhama heç bir borcu qalmamışdır. Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin xüsusi notariusu X3 isə bütün bunları onunla və İlhamla araşdırmadan 30 iyul 2022-ci il tarixli icra qeydi ilə Cavabdeh1nə müraciət edərək 14.000 manat əsas borcun və tələbkarın ödəmiş olduğu 25 manat dövlət rüsumunun, cəmi 14.025 manat pulun ondan tutulmasını tələb etmişdir. Sumqayıt şəhəri 3 saylı notariat ofisinin icra qeydi ilə bağlı Cavabdeh1 icra məmuru X6 tərəfindən 8İ-8788 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 02 avqust 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar çıxarılmış, qərar və bildiriş poçt vasitəsi ilə 26 avqust 2022-ci il tarixdə ona təqdim edilmişdir. O, notariusun icra qeydi ilə yuxarıda qeyd olunanlara əsasən razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi o, İddiaçı Cavabdeh3 ilə aralarında bağlanmış 25 iyun 2021 -ci il tarixli kredit müqaviləsi üzrə borclu olduğu 14.000 manatı Cavabdeh3 artıqlaması ilə ödəmişdir. Cavabdeh3 heç bir borcu qalmamışdır və onun göstərdiklərini təsdiq edən sübutları (şahidləri) vardır. Hazırda yaranmış mübahisənin məhkəmədən kənar həlli qeyrimümkündür. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün 30.40 (otuz manat qırx qəpik) manat dövlət rusumu ödəmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin iş Ne 2(060)- 6348/2022, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddia ərizəsi geri qaytarılmış və ona izah edilmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 (yüz) manat dövlət rüsumu ödəmək əvəzinə 30 (otuz) manat dövlət rüsumu ödəmişdi. Hal-hazırda qeyd olunan nöqsan tərəfindən aradan qaldırılmış, yəni o əlavə 70.40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumu ödəməklə, cəmi 100 (yüz) manatı iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödəyərək iddia ərizənə əlavə etmişdir. Yuxarıda sadalananlara əsasən hesab edir ki, məhkəmə tərəfindən onunla Cavabdeh3 arasında bağlanmış 25 iyun 2021-ci il tarixli kredit müqaviləsinə almış olduğu 14.000 (on dörd min) manat borc pul Cavabdeh3 tərəfindən tam, hətta artıqlaması ilə ödənildiyi üçün Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X1 30 iyul 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi, borcun Cavabdeh3 ödənilmiş hesab edilməsi və iddia ərizəsinə görə ödədiyi dövlət rüsumlarının, cəmi 100.80 (yüz manat səksən qəpik) manatın Cavabdeh3 aid edilməsi barədə qətnamə qət edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, 25 il Rusiyada yaşamışdır. Azərbaycana qayıtdıqda iş axtarmış, iş yoldaşı Tofiqin sexi olduğunu öyrənmişdir. Tofiqin yanına gedib 10-15 gün işləmiş, daha sonra Tofiq ona sürücü olmağı təklif etmişdir. Həmin vaxt onun müalicəyə ehtiyacı olmuşdur. Bunun üçün Tofiq ona Türkiyədən həkim gələcəyini bildirib ondan 14 min manat məbləğində pul almışır. Belə ki, o, Tofiqə 14000 manat məbləğində notariusda, 8000 manat isə əlyazma ilə pul vermişdir. Onlar notariusa gedib orada bu məsələni rəsmiləşdirmişlər. İddiaçının dediyinə görə pulu həkimə vermişdir. Daha sonra Tofiq onu sexə aparıb işə düzəldəcəyini bildirmişdir. O, Tofiqə 8000 manat pulu bununla əlaqədar vermişdir, lakin Tofiq onu işə düzəltməmişdir. Bu məsələlərlə əlaqədar o, bir ay iddiaçının qapısına getmiş, artıq hamı onu tanımışdır. Tofiq hətta onu hədələyib dəniz kənarında tanışları ilə birlikdə döymüş, pulu təhvil aldığını yazmağını istəmiş, lakin o, belə bir yazı yazmaqdan imtina etmişdir. Ona Fuad tərəfindən cəmi 3820 manat pul qaytarılıb. Tofiq tərəfindən ona hər hansı pul məbləği qaytarılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı, cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinin və maraqlı şəxs Cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş və digər şəxslər isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrnə əsasən işə İddiaçı, cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinin və maraqlı şəxs Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məhkəmə iclaslarında iştirak etmiş iddiaşı İddiaçı iddia tələbinə dair izahat verərək bildirmişdir ki, maddi vəziyyəti ilə əlaqədar İlhamdan 3 ay müddətinə qaytarmaqla 14000 manat məbləğində pul götürmüşdür. Bir müddət sonra cavabdehlə aralarında olan münasibət pozulmuşdur. O, cavabdehə 3000 manat olmaqla iki dəfə pul göndərmişdir. O, 1400 manat olmaqla 3 ay müddətinə 4200 manat məbləğində pul da vermişdir. Onun hesablamasına görə cavabdehə təxminən 1200 manat məbləğində borcu qalmışdır. Cavabdeh guya onu hədələdiyi üçün Polis Bölməsinə şikayət etmiş, bunun nəticəsində onu 48 saat müddətinə polis bölməsində saxlamışdırlar. Cavabdeh onun barəsində dayanmadan Polis Bölmələrinə şikayət ərizələri ilə müraciət edir. Hər dəfə ödəniş etdikcə cavabdeh öz dəftərində bu barədə qeydlər etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Tofiqi tanıyır, Fuadla dəfələrlə çörək kəsmişdirlər. İlk dəfə Cavabdeh3 pul vəsaiti “Səməd” marketin arxasında yerləşən “Orman” restoranında verilmişdir. Daha sonra Fuad Sultanov “Dədə Qorqud” restoranında Cavabdeh3 pul vermişdir. İlham özü pullar verilən zaman qeydlər aparırdı. O, İlhama 3 dəfə pul verilərkən görmüşdür. İlhama bir dəfə 3000 manat məbləğində, digər iki halda daha aşağı məbləğdə pul vermişdir. O, ancaq bu halları görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, hər iki tərəfi tanıyır. Tofiq onun dostudur, onun sayəsində İlhamı tanımışdır. Tofiq İlhama pul verməli idi. Bununla bağlı aralarında söz-söhbət baş vermişdir. Bununla əlaqədar Tofiqlə İlham görüşmüşdür. Həmin vaxt İlhamın anası da maşında olmuşdur. İlham Tofiqə qarşı nalayiq ifadələr işlətmişdir. O, İlahma anasının da maşında olduğunu xatırlatmış, İlhama anasını evə apardıqdan sonra yenidən onların yanına gəlməyini bildirmişdir. Onun bu sözlərindən sonra İlham onların yanından getmiş, lakin geri qayıtmamışdır. O, məsələ ilə əlaqdar bildirir ki, “Orman” marketdə 3000 manat məbləğində pulu şəxsən özü əlbəəl İlhama vermişdir. Tofiq İlhama ayda 1400 manat olmaqla pul ödəmişdir. Daha sonra onun əli ilə 3000 manat da verilmişdir. İlham pul verildikcə özündə bu barədə qeydlər aparmışdır. İlhama pul hissəhissə verilmişdir. Daha sonra İlham onlar barəsində şikayət vermiş, həmçinin onlara zəng edib nalayiq ifadələr işlətmiş, qəsdən problem yaratmaq istəmişdir. O, İlhamın onun dediklərini danacağına inanmır. O, şəxsən özü iki dəfə İlhama pul vermişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh3 arasında notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2021ci il tarixədək qaytarmaq şərti ilə İddiaçı 14.000 (on dörd min) manat məbləğində borc pul vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, Cavabdeh3 xeyrinə İddiaçı 14.000 (on dörd min) manat məbləğində pul tutulması barədə Sumqayıt şəhəri 3 saylı Notariat Ofisi tərəfindən 8İ-8788 saylı icra qeydi aparılmışdır. İşdə olan “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin 8İ-8788 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Sumqayıt şəhəri 3 saylı notariat Ofisinin 8İ-8788 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrası barədə İddiaçı məlumat verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən notarius tərəfindən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddətləri keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Notarius tərəfindən icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılmalıdır. Göründüyü kimi qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda – notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. İddiaçı iddia tələbinin əsası kimi xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə olan borcunu cavabdehə tam məbləğdə ödədiyinə istinad etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni kredit müqaviləsi üzrə borcun onun tərəfindən cavabdehə tam məbləğdə ödənilməsini sübut edə bilməmiş, məhkəməyə bu və digər halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3 və Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə və maraqlı şəxs Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi, borcun ödənilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh3 və Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə və maraqlı şəxs Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi, borcun ödənilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-237/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-237/2023
09.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver