Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2379/2025 25.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Behbudova Aynur Mirzalı qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “protokolun icrasının dayandırılması” tələbinə dair iddia ərizəsinə ona əlavə olunmuş sənədlərlə birlikdə məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq barələrində tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı riyazi hesablamaların düzgün aparılmadığını nəzərə alaraq icrasının dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsində hüquqşünas vəzifəsində işləmiş X1 Zeynalabdin rayon Mənzil- İstismar hissəsi rəisinin 13 dekabr 2024-cü il tarixli 225 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən tutduğu vəzifədən azad olunmuş və 16 dekabr 2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X4 son haqq-hesab ödənilərkən ona istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə verilən pul kompensasiyası mexaniki olaraq riyazi hesablamaların düzgün aparılmaması nəticəsində az ödənilmişdir. Beləki, istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya 15 təqvim günü hesabı ilə ödənilməli olduğu halda 10 təqvim günü hesabı ilə ödənilmiş, nəticədə riyazi hesablamalar düzgün aparılmadığından 5 təqvim günü az hesablanmaqla 90 manat 95 qəpik əskik ödənilmişdir. Əskik ödənilmiş pul vəsaiti 05 fevral 2025-ci il tarixdə Ramiz Şamxalovun şəxsi hesabına köçürülmüş və bu barədə X3 xidməti Abşeron-Xızı regional şöbəsinə 05 fevral 2025-ci il tarixdə 3-25-115/2-138/2025 nömrəli məktubla məlumat verilmişdir. Bundan əlavə 07 fevral 2025-ci il tarixdə 3/25-115/2- 145/2025 nömrəli məktubla yenidən X3 xidməti Abşeron-Xızı regional şöbəsinə müraciət edilərək, bu halın riyazi səhv nəticəsində baş verdiyini əskik ödənilmiş pul vəsaitinin Ramiz Şamxalova ödənildiyini nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli İnzibati xətalar haqqında protokolun icrasının dayandırılmasını xahiş etsələr də bu barədə qarşı tərəfdən heç bir məlumat daxil olmamış, əksinə qarşı tərəfdən 02 fevral 2025-ci tarixli 3-17-5/2-11086/2025 nömrəli məktubla inzibati tənbeh vermə haqqında 07 fevral 2025-ci tarixli MN № ******* nömrəli qərarın icra olunması haqqında məlumat ünvana göndərilmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. 103.2-ci maddəsinə əsasən İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının mübahisələndirdiyi məsələ inzibati xəta haqqında protokoldur. İnzibati xətalar haqqında işlər üzrə qərardan mülki icraat qaydasında deyil, inzibati xətalara dair işlər üzrə icraat qaydasında şikayət verilməsi nəzərdə tutulmuşdur və mövcud iddia ərizəsinə mülki icraat qaydasında məhkəmədə baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, ərizəyə mülki icraat qaydasında deyil, inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olduğundan iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya müvafiq protokolun və ya qərarın ləğvi ilə bağlı səlahiyyətli orqana və ya inzibati xətalara dair işlər üzrə icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “protokolun icrasının dayandırılması” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya müvafiq protokolun və ya qərarın ləğvi ilə bağlı səlahiyyətli orqana və ya inzibati xətalara dair işlər üzrə icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinəşikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2379/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2379/2025
25.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver