Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2386/2022 16.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi Nümayəndə2 Daxil oğlu, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 Məmmədhüseyn qızı, Cavabdeh2, Cavabdeh3 Xəqani qızına və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı «orderin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 44 saylı mənzilə dair “Üzvi Sintez” zavodunun Mənzil Kommunal İdarəsinin xx.xx.2002-ci il tarixli 18 saylı orderinin etibarsız hesab olunması və cavabdehin adına verilmiş xx.xx.2011 -ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə dəqiqləşmə verərək, ünvan 1 ünvanında yerləşən 44 saylı mənzilə dair 2000-ci ildə Cavabdeh2 Nuriddin oğlunun, 2002ci ildə isə Nümayəndə2 Daxil oğlunun adına verilmiş orderlərin etibarsız hesab edilməsi, Cavabdeh1 və Cavabdeh3 adına verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanında yerləşən 44 saylı mənzil xx.xx.1990-cı ildə iddiaçının adına order əsasında verilmişdir. Bildirir ki, həmin mənzil iddiaçının adına verilən zaman ünvanı ünvan 2qayıt şəhəri, 42-ci məhəllə, yataqxana 16, ev 16, mənzil 44 olmuşdur. Həmin mənzil iddiaçıya “Üzvi Sintez” zavodunda maşinist vəzifəsində işlədiyi vaxt verilmişdir. Mənzil iddiaçıya verildiyi vaxtdan sonra uzun müddət o, həmin mənzildə yaşamışdır. Sonra oğlunun xəstəliyi ilə əlaqədar olaraq Rusiya Federasiyasına getmişdir. İddiaçı Rusiya Federasiyasına getdiyi vaxt həmin evin açarlarını qonşusu Mehribana vermişdir ki, orada yaşasın və evə nəzarət eləsin. İddiaçı uşağının müalicəsi ilə əlaqədar olaraq uzun müddət Rusiya Fedrasiyasında yaşamışdır. Lakin arada Azərbaycan Respublikasına da gəlirdi və evə baş çəkirdi. Sonuncu dəfə iddiaçı evə baş çəkməyə getdikdə mənzilin qapısının bağlı olduğunu görmüşdür. Qonşulardan Mehriban adlı şəxsi soruşduqda iddiaçı bildirdilər ki, o, evi satıb və buradan köçüb. Bundan sonra iddiaçı məsələni araşdırmış və iddiaçıya məlum olmuşdur ki, order əsasında iddiaçıya məxsus olan mənzil hazırkı iş üzrə cavabdehin mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ünvan 2qayıt Ərazi İdarəsinin məktubundan məlum olur ki, ünvan 1 ünvanında yerləşən 44 saylı mənzil “Üzvi Sintez” zavodunun Mənzil Kommunal İdarəsinin xx.xx.2002-ci il tarixli 18 saylı orderi, ünvan 2qayıt şəhəri İcra Hakimiyyəti MKTİB 8 sayiı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 5246 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 nömrəli forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında Cavabdeh1 adına qeydiyyata alınaraq xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Bildirir ki, ünvan 1 ünvanında yerləşən 44 saylı mənzilə dair cavabdehin adına verilmiş “Üzvi Sintez" zavodunun Mənzil Kommunal İdarəsinin xx.xx.2002-ci il tarixli 18 saylı orderi etibarsızdır. Çünki qeyd etdiyi kimi həmin mənzil ordər əsasında xx.xx.1990-cı ildə iddiaçının adına verilmişdir. Belə olan halda həmin mənzilə dair cavabdehin adına order verilə bilməz və verilmiş order etibarsızdır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ünvan 2qayıt Ərazi İdarəsinin məktubundan qeyd olunub ki, ünvan 2qayıt şəhəri İcra Hakimiyyəti MKTİB 8 saylı Mənzil istismar Sahəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 5246 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 nömrəli forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında Cavabdeh1 adma qeydiyyata alınaraq xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Bununla əlaqədar olaraq bildirir ki, iddiaçının qızları - X4, X5 və oğlu X3 həmin mənzildə qeydiyyatdadırlar. Lakin həmin mənzil özəlləşdirilərkən onların razılığı alınmamışdır. Ümumiyyətlə həm iddiaçı, həm də övladları bundan xəbərsiz olmuşlar. Görünən odur ki, ünvan 2qayıt şəhəri İcra Hakimiyyəti MKTİB 8 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 5246 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə forma 2 arayış saxta olmuşdur. Yəni mənzilin özəlləşdirilməsi Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasinin Qanununun tələbinə zidd olaraq olmuşdur. Bundan əlavə, mənzil order əsasında İddiaçı adına olsa da, həmin order ləğv olunmadan 2000-ci ildə həmin mənzil order əsasında Cavabdeh2 Nuriddin oğluna, 2002-ci ildə isə order əsasında Nümayəndə2 Daxil oğlunun adına verilmişdir. Maraqlısı odur ki, 2002-ci ildə order əsasında X6 adına mənzil verilərkən Cavabdeh2 Nuriddin oğlunun adına verilmiş order ləğv edilmişdir. Ancaq İddiaçı adına verilmiş order ləğv olunmadan həmin mənzil order əsasında Cavabdeh2 Nuriddin oğluna verilmişdir. Sonradan isə həmin mənzil Cavabdeh1 adına özəlləşdirilmiş, Cavabdeh1 isə həmin mənzili Cavabdeh3 bağışlamış və həmin şəxs həmin mənzilə dair çıxarış almışdır. Ona görə də hesab edir ki, cavabdehi adına verilmiş order etibarsız hesab olunmalı və onun adına verilmiş çıxarış ləğv olunmalıdır. Göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən 44 saylı mənzilə dair 2000-ci ildə Cavabdeh2 Nuriddin oğlunun, 2002-ci ildə isə Nümayəndə2 Daxil oğlunun adına verilmiş orderlərin etibarsız hesab edilməsi, Cavabdeh1 və Cavabdeh3 adına verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 nümayəndəsi Nümayəndə2 Daxil oğlu iddia tələbini qəbul etməyərək göstərdi ki, cavabdeh Gülnarə Abışova onun həyat yoldaşıdır. Sözügedən yaşayış sahəsi X16nun nəzdində olub. Həmin yataqxanada olan otaqlar “X16”nun müdriyyət, həmkarlar komitəsi tərəfindən zavodda çalışan işçilərə protokol əsasında müvəqqəti yaşayış üçün istifadəyə verilmişdir. Həmin işçilər sırasında o, da olub, və 2002ci il tarixdə ona uzun müddət zavodda çalışdığı üçün, ailə vəziyyətinin çətinliyini, yaşayış yerinin darısqal olmasını və 44-cü otaqda yaşamağını nəzərə alaraq, həmin otağın orderi onun adına verilmişdir. Zavodun nəzdində olan yataqxanada yerləşən otaqlar digər bir şəxsin yaşayış üçün istifadəsinə keçdikdə həmin yaşayış sahəsinə dair verilmiş köhnə protokol ləğv edilərək, yeni protokol əsasında həmin şəxsin yaşayış üçün istifadəsinə verilirdi. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh1 nümayəndəsi nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək göstərdi ki, sözügedən yataqxanada yerləşən “X16” tərəfindən işçilərin yaşayışını yaxşılaşdırmaq üçün müvəqqəti yaşayış üçün verilirdi. Hazırda iddiaçının adına olan order müəssisə tərəfindən ləğv edilmişdir. Bu səbəbdən iddiaçı tərəfindən hər hansı bir orderin mübahisələndirməsi əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məkhəmədən xahiş etdi Cavabdeh2 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçını tanıyır. Zərnişan onunla birlikdə “X16”nda çalışdığı üçün iddiaçıyada yataqxanadan yaşayış üçün otaq verilmişdir. Sonradan Zərnişan oğlunun xəstəliyi ilə bağlı Rusyia Federasiyasına getmiş və uzun müddət orada qalmışdır. Ailə tərkibi çox olduğu üçün o, zavoda daha geniş otağın verilməsi üçün müraciət etmiş və iddiaçının 62-ci otaqda uzun müddət yaşamadığını və zavodun işçisi olmadığı üçün Zərnişanın adına verilmiş order ləğv edilmiş və həmin otağa dair yeni order onun adına verilmişdir. Həmin otaqda o, qısa müddətdə yaşasa da, sonradan həmin otaqdan çıxmış və otaq Xəqani adlı şəxsə verildiyindən məlumatı olmuşdur. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı ünvan 2qayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə1 məhkəmədə iştirak edən zaman bildirmişdir ki, təmsil etdiyi idarə vətəndaşın təqdim etdiyi hüquqi sənədlər əsasında yaşayış sahəsinə dair çıxarış verir. Sözügedən yataqxanada yerləşən otaq üçün verilən çıxarış tam qanuni əsaslara görə verilmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş üzrə Cavabdeh3 Xəqani qızı qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh3 Xəqani qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi Nümayəndə2 Daxil oğlu, nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı ünvan 2qayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan ünvan 2qayıt şəhər İcra Hakimiyyəti Mənzil –Kommunal Təsərrüfatı İstehsalat Birliyi 8 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 1, mənzil 44 xx.xx.2011-ci ildə adına özəlləşib hal-hazırda mənzilin sahibidir. Özəlləşmədən öncə yataqxana 16 kimi oxunurdu. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ünvan 2qayıt Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən 44 nömrəli mənzil “Üzvü Sintez” zavodunun Mənzil-Kommunal İdarəsinin xx.xx.2002-ci il tarixli, 18 saylı orderi, ünvan 2qayıt şəhəri İcra Hakimiyyəti MKTİB 8 saylı Mənzil İstismar Sahəsinin tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 5246 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət barədə arayış və mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında Cavabdeh1 adına qeydiyyata alınaraq xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan “Üzvi-Sintez” İB müdriyyət, HİK və MMK-nın xx.xx.1990-cı il tarixli, 6 saylı protokolundan çıxarışdan görünür ki, 16 saylı yataqxanada boşalmış 44 saylı otağın orderi 35 saylı sexin maşinisti X1 adına verilməsi qərara alınmışdır. İş materiallarında olan ünvan 2qayıt şəhər İcra Hakimiyyəti Mənzil –Kommunal Təsərrüfatı İstehsalat Birliyi 8 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il arayışından görünür ki, 42-ci məhəllə üzrə yerləşən 16 saylı yataqxana otaq 44 kimi oxunur və yazılır. Lakin yataqxanadan otaqlar özəlləşdikdə ünvan 64a mənzil 44 oxunur və yazılır. Ünvan eynidir. Hal-hazırda mənzilin sahibi Cavabdeh3dır. ünvan 2qayıt şəhər İcra Hakimiyyəti Mənzil –Kommunal Təsərrüfatı İstehsalat Birliyi 8 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il arayışın surətindən görünür ki, Cavabdeh3 ünvan 2qayıt şəhəri, 42-ci məhəllə, yataqxana 16, otaq 44-də yaşayır. 16 nömrəli yataqxana özəlləşdikdən sonra 64a kimi oxunur. Ünvan eynidir. İş materiallarında olan Vİ-JQ № 273267 saylı, xx.xx.1992-ci il tarixli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Nümayəndə2 ilə Bayramova Gülnarə Məmmədhəsən qızı arasında olan nikah Masallı rayonunda 15 iyun 1992-ci il tarixdə bağlanmış və 35 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Abuşova” soyadı verilmişdir. İş materiallarında olan “Üzvi-Sintez” İB müdriyyət, HİK və MMK-nın xx.xx.2000-ci il tarixli, 38 saylı protokolundan çıxarışın surətindən görünür ki, 52 saylı sexin işçisi Cavabdeh2 Nuriddin oğlunun orderi 62-ci otağa olduğu halda 44-cü otaqda yaşayır. 52 saylı sexin işçisi Cavabdeh2 Nuriddin oğlunun adına olan 16 saylı yataqxanadakı 62-ci otağın orderi ləğv edilsin və yaşadığı 44-cü otağın orderi onun adına verilməsi qərara alınmışdır. İş materiallarında olan “Üzvi-Sintez” İB müdriyyət, HİK və MMK-nın xx.xx.2001-ci il tarixli, 31 saylı protokolundan çıxarışın surətindən görünür ki, 47 saylı sexin işçisi X15 oğlu xx.xx.2001-ci il tarixli ərizə ilə müdiriyyətə müraciət edərək bildirir ki, müəssisədə 1982-ci ildən işləyir və 1985-ci ildən mənzil növbəsinə dayanmışdır. Uzun müddətdir ki, 16 saylı ailəli yataqxananın 61-ci otağında 5 nəfər ailə tərkibi ilə yaşayır. Yaşayış tərzi çox ağırdır. Yaşadıqları otaqla üz-üzə olan qonşusu 44-cü otağın sakini Cavabdeh2 ailə vəziyyəti ilə əlaqədar olaraq ərizəsində qeyd edir ki, bağlar sahəsində müvəqqəti iş yeri tapdığına və orada ailəsi ilə birlikdə yaşamasını nəzərə alıb yaşadığı otağa baxılması məqsədi ilə müvəqqəti o, qayıdana qədər, Abuşov Xəqaninin ailəsi ilə onun otağında yaşamasına etibar edir. Abuşov Xəqani xahiş edir ki, 44-cü otağın sakini Cavabdeh2 qayıdıb gələnə qədər həmin otaqda onun ailəsinin müvəqqəti yaşaması üçün icazə verilmişdir. Müdiriyyət, HİK və MMK-nın birgə qərarına əsasən 16 saylı ailəli yataqxananın 44-cü otağının sakini Cavabdeh2 yaşadığı otağa baxılması məqsədi ilə 47 saylı sexin işçisi X9 etibar etdiyini və Abuşovun ailə vəziyyətinin çətinliyini nəzərə alaraq, həmin otaqda onun ailəsinin müvəqqəti yaşaması üçün bir il müddətinə icaz verilməsi qərara alınmışdır. İş materiallarında olan “Üzvi-Sintez” İB müdriyyət, HİK və MMK-nın xx.xx.2002-ci il tarixli, 48 saylı protokolundan çıxarışın surətindən görünür ki, 47 saylı sexin işçisi X7 uzun müddət müəssisədə işlədiyini, yaşayış yerinin darısqal olduğunu, ailə vəziyyətinin çətinliyini, uzun müddət 44-cü otaqda yaşadığını nəzərə alaraq həmin otağın orderi əlavə olaraq onun adına verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ünvan 2qayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 2qayıt şəhəri, 42-ci məhəllə, ev 64 “A” ünvanda yerləşən 4 saylı mənzil ünvan 2qayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin təsdiq etdiyi xx.xx.2021-ci il tarixli, 4Ə-2421 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh3 Xəqani qızının adına qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan “Üzvi sintez” zavodunun Mənzil-Kommunal İdarəsinin xx.xx.2002-ci il tarixli “Order”in surətindən görünür ki, “Üzvü sintez” sex 47-də gözətçi vəzifəsində çalışan X9 42-ci məhəllə yataqxana 16, otaq 44 yaşayış üçün ayrılmışdır. İş materiallarında olan “Üzvi-Sintez” İB müdriyyət, HİK və MMK-nın xx.xx.2000-ci il tarixli, 38 saylı protokolun surətindən görünür ki, 52 saylı sexin işçisi Cavabdeh2 adına olan 16 saylı yataqxananın 62-ci otağın orderi ləğv edilmiş və yaşadığı 44-cü otağın orderi onun adına verilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh3 ünvan 2qayıt şəhəri 42-ci məhəllə, ev 64A, mənzil 44-də qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Belə ki, məhkəmədə sübutların araşdırılması zamanı müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən 44 nömrəli mənzil “Üzvü Sintez” zavodunun Mənzil-Kommunal İdarəsinin xx.xx.2002-ci il tarixli, 18 saylı orderi, ünvan 2qayıt şəhəri İcra Hakimiyyəti MKTİB 8 saylı Mənzil İstismar Sahəsinin tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 5246 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət barədə arayış və mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında Cavabdeh1 adına qeydiyyata alınaraq xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin iş materiallarından görünür ki, hal-hazırda da həmin mənzil ünvan 2qayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin təsdiq etdiyi xx.xx.2021-ci il tarixli, 4Ə-2421 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh3 Xəqani qızının adına qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarış verilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Bundan başqa iddiaçı tərəf Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə iddianın əsasını sübut etmək, mübahisəli mənzilə dair orderin və çıxarışın ləğv olunması ilə bağlı sübutlar təqdim etmək daşıdığı halda, bunu edə bilməmiş, məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Əksinə olaraq məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən 44 nömrəli mənzili Cavabdeh1 qanuni əsaslarla öz adına özəlləşdirmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə görə hüququ obyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Məmmədhüseyn qızı, Cavabdeh2, Cavabdeh3 Xəqani qızına və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən 44 saylı mənzilə dair 2000-ci ildə Cavabdeh2 Nuriddin oğlunun, 2002-ci ildə isə Nümayəndə2 Daxil oğlunun adına verilmiş orderlərin etibarsız hesab edilməsi, Cavabdeh1 və Cavabdeh3 adına verilmiş çıxarışların ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məçəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüünvan 2u özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə ünvan 2qayıt şəhər məhkəməsi vasitəsi ilə ünvan 2qayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-2386/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2386/2022
16.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver