Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2425/2024 06.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bəhrəm qızının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 onun xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Həmin mənzil anası Sabirə Şamilova rəhmətə gedəndən sonra vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Həmin vaxt digər vərəsə olan bacısı Cavabdeh Bəhrəm qızı miras əmlakın ona çatan payından onun xeyrinə imtina etmişdir və bu barədə notarial qaydada təsdiq edilmiş ərizəni yaşadığı Rusiya Federasiyasından Azərbaycan Respublikasına göndərmişdir. Bildirir ki, həmin evdə hal-hazırda onunla yanaşı həyat yoldaşı Günel Məmmədova və 2 yetkinlik yaşına çatmayan övladı Səməndəri Abbas və Səməndəri Xədicə faktiki yaşamaqla qeydiyyatdadır. Bacısı Cavabdeh Bəhrəm qızı isə uzun müddətdir ki, Rusiya Federasiyasından yaşamasına baxmayaraq hələdə həmin mənzildə formal olaraq qeydiyyatda qalmağa davam edir. Cavabdeh Bəhrəm qızı uzun illər əvvəl ailə quraraq Azərbaycanı tərk etmiş və ailəsi ilə birgə Rusiya Federasiyasında daimi yaşayır. Sonuncu dəfə Azərbaycanda 2012-ci ildə atası rəhmətə gedəndə gəlmiş və qısa müddət sonra yenidən qayıtmış, anası rəhmətə gedən isə ümumiyyətlə ölkəyə gəlməmişdir. Məlumat üçün bildirir ki, bacısı Səməndəri X4 Federasiyasının Yəhudi Muxtar Vilayətinin, Birobican şəhəri, Puşkin küçəsi, ev 5A, mənzil 46 ünvanında qeydiyyatdadır. Qeyd edilən səbəbdən Cavabdeh Bəhrəm qızının onun mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması onun mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur. Həmin mənzili özgəninkiləşdirmək istədikdə onun razılığının alınması onun üçün əlavə problemlər yarada bilər. Göründüyü kimi iş üzrə Cavabdeh bacısı olmasına baxmayaraq uzun müddətdir ki, onunla həmin mənzildə yaşamır, birgə təsərrüfat aparmır. Uzun müddətdir ki, Rusiya Federasiyasında qeydiyyatda olmaqla, öz ailəsi ilə orada yaşayır və onun mənzilindən istifadə etməsinə ehtiyacı yoxdur. Mənzilin adına özəlləşdirilməsi zamanı ona çatan paydan imtina edərək razılıq ərizəsi göndərməsi bir daha təsdiq edir ki, onun həmin mənzilə dair hər hansı istək və ya iddiası yoxdur. İddiaçı Cavabdeh iddianı müdafiə edib, eyni məzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X2 bildirdi ki, 1986-ci ildən iddiaçı ilə qonşudur. İradə onun sinif yoldaşı olub. Ataları öləndə İradə yas yerinə gəlmişdir. 2012-ci ildən İradəni görməmişdir. İradənin qardaşı Ülvi ilə heç bir şəxsi ədavəti olmayıb. Məhkəmə iddiaçını və şahidi dinləyib, iş materiallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşə əlavə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 74, mənzil 96 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yaşamış X3 26 may 2021-ci ildə vəfat etmişdir. O, Cavabdeh vətəndaş X1 ölümündən sonra miras qalmış əmlakdan ona çatası payından bütün əsaslarla mərhumun oğlu İddiaçı xeyrinə imtina edir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1-da qeydiyyatdadır. İşə əlavə olan AZ-İİ № 174577 saylı, xx.xx.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1976-ci il təvəllüdlü Cavabdeh xx.xx.2012-ci il tarixdə ölkə ərazisinə giriş etmiş, xx.xx.2012-ci ildə ölkə ərazisindən çıxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh mübahisəli mənzili daimi olaraq könüllü şəkildə tərk edib və daimi yaşamaq üçün Rusiya Federasiyasına gedərək hazırda orada yaşayır. Hazırda cavabdeh formal olaraq iddiaçıya məxsus olan mənzildə qeydiyyatda qalmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, Cavabdeh ilə mənzilin mülkiyyətçisi İddiaçı arasında həmin mənzildən istifadəyə dair hər hansı razılaşma olmadığından, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən sərbəst şəkildə istifadə etmək hüququnu məhdudlaşdırdığından, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, cavabdehin istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 74-də yerləşən 96 saylı mənzilə olan istifadə hüququna xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-2425/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2425/2024
06.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver