Məhkəmə qərarları › İş №2(060)-2449/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2449/2022

22.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2449/2022 22.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, bir yaşından Qarabağ Müharibəsi iştirakçısı olan dayısı X2 himayəsində böyümüşdür. O, xx xxxxxxx 1995-ci ildə anadan olmuşdur. Cavabdeh anasından 1996-cı ildə ayrılmış, başqa bir qadınla ailə qurmuşdur. Cavabdeh ilə anasının ayrılması rəsmi olmamış, cavabdeh ona görə aliment ödəməmiş, yardım etməmişdir. Rəsmi ayrılmamağının səbəbi ona görə aliment ödəməmək olmuşdur. Cavabdeh ilə anası Nəsrullayeva Gülnarə Mübariz qızının 07 fevral 1987-ci il tarixli birgə nikahından o və xx.xx.1987-ci il təvəlüdlü qardaşı Nəsrullayev Seyfulla İsaməddin oğlu anadan olmuşdur. 1996-cı ildə onu atasız, aliment ödəmədən qoymasını, anasından ayrıldığını, başqa bir qadınla ailə qurduğunu Qusar Rayon Məhkəməsində Cavabdeh özü təsdiq etmişdir. Ardıcıl olaraq anasının savadsız olmağından istifadə etmişdir. Öz evi Mucuq kəndində olmamış, Sumqayıt şəhərində qediyyatda olmuşdur. Hal-hazırda da Sumqayıt şəhərində qeydiyyatdadır. Onun 11 yaşı olanda 2007-ci ildə onu tanımadığı ünvana Qusarın Mucuq kəndinə qeydiyyata salmış, ona mənəvi zərər vermişdir. 1996-cı ildə anası ilə ayrıldığını və onunla münasibəti olmadığını Qusar Rayonu Məhkəməsinin 2(029)-366/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsində Cavabdeh nüməyəndəsi və vəkili X5 izahatı ilə təsdiq etmişdir. Belə ki, həmin izahatda göstərilir ki, Cavabdeh Nəsrullayeva Gülnarə Mübariz qızından 1996-cı ildən ayrılmış və 24 ildir ki, ər-arvad münasibətlərində yaşamırlar. Bildirir ki, 1996-cı ildən əvvəl qeydiyyatda olduğu 48-ci məhəllə, ev 2b, mənzil 6-da yaşadığı vaxtdan anası ilə yaşamışdır. Bunu bina sakinləri də təsdiq edir. Atasının himayəsində olmamışdır. Övladına məcburi əziyyət verib ac saxlamışdır. Ali məktəbdə ödənişə görə təhsil almamışdır. Alimentdən və ata qayğısandan onu məhrum etmişdir. 1996-ci ildə onu anasının yanında qoyub getmiş, xəstə olanda onu həkimə aparmamış, valideyn iclasında olmamış, qidalanmağını bir yaşından taleyin ümidinə buraxmışdır. Atası olaraq maddi və mənəvi yanında olmamışdır. Cavabdeh uşağının həyatını məhv etmişdir. Bu günə qədər də məhv etməkdədir. Onu öz evlərinə ünvan 3 ünvanına qeydiyyata salmağı Qusar rayonu polisində söz versə də, icra etməmişdir. Milli, mənəvi və hüquqi dəyərləri öz hiyləsi ilə məhv etmişdir. Qusar rayonu polisinin köməyi ilə anasına məxsus torpağın sənədləri Cavabdeh alınmış, anasına verilmişdir. Anasına məxsus torpaqlar 21 il cavabdeh tərəfindən istismar edilmişdir. Torpağın sənədlərinə görə daima onları təzyiq altında saxlamış, onu evdən bayıra atacağını deyərək hədələmiş, ona mənəvi zərər vermişdir. 17 il aliment verməkdən bu hiylə ilə azad olmuşdur. Mənəvi zərər mənəvi sarsıntı ilə əlaqədar əziyyət çəkir, stress və əzab içində yaşayır. Hesab edir ki, cavabdeh ona maddi və mənəvi zərərə görə 30.000 manat məbləğində pul ödəməlidir. 1996-cı ildən İ və İİ Qarabağ Müharibəsinin qazisi olan dayısı X3 himayəsindədir. Maddi olaraq ona 26.000 manat, mənəvi isə 4.000 manat zərər dəymişdir. Qeyd olunanlara əsasən məhkəmədən ona dəymiş maddi və mənəvi zərərin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkməyə iddia tələbinə etirazla müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı onun əvvəlki arvadı Nəsrullayeva Gülnarə Mübariz qızı ilə nikahlarından olan doğma qızıdır. O, 07 fevral 1987-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Nəsrullayeva Gülnarə Mübariz qızı ilə evlənmişdir. Birgə nikahda olduqları dövrdə onların 27 sentyabr 1987-ci il tarixdə Nəsrullayev Seyfulla İsaməddin oğlu və xx xxxxxxx 1995-ci il tarixdə İddiaçı adlı 2 uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, 1996-cı ildə Nəsrullayeva Gülnarə qızından ayrılmışdır. Lakin aralarında olan nikah həmin vaxt ləğv edilməmişdir. Nəsrullayeva Gülnarə Mübariz qızından ayrıldıqdan sonra birgə nikahdan olan uşaqlarından 27 sentyabr 1987-ci il təvəllüdlü X1 oğlu onun himayəsində, xx xxxxxxx 1995-ci il təvəllüdlü İddiaçı isə Nəsrullayeva Gülnarə Mübariz qızının himayəsində qalmışdır. 1995-ci ildə o, həyat yoldaşı Nəsrullayeva Gülnarə Mübariz qızını uşaqları ilə birlikdə yaşamağa ünvan 6inə göndərmişdir. Özü də 1996-cı ildə işdən çıxıb ünvan 5-də yerləşən mənzilini də kirayəyə verib ünvan 6inə qayıtmışdır. X7 Mübariz qızı ünvan 6ində yaşamaq istəməmiş və ayrılıb azyaşlı qızı İddiaçı ilə birlikdə ünvan 5 ünvanındakı mənzilinə qayıtmışdır. O da mənzilindəki kirayəçiləri çıxarıb həmin mənzili yaşamaları üçün Nəsrullayeva Gülnarə Mübariz qızına və İddiaçı vermişdir. Həmin vaxtdan mənzilini və mənzilindəki bütün əmlaklarını Nəsrullayeva Gülnarə Mübariz qızına və İddiaçı saxlamışdır. Özü isə ünvan 6ində özünə bir daxma tikib orada yaşamışdır. Nəsrullayeva Gülnarə Mübariz qızından ayrıldığı ötən 26 il ərzində onların hər iki övladları yetkinlik yaşlarına çatmışlar. Nəsrullayeva Gülnarə Mübariz qızı ilə birgə nikahdan olan övladlarından 27 sentyabr 1987-ci il təvəllüdlü Nəsrullayev Seyfulla İsaməddin oğlu onun himayəsində, xx xxxxxxx 1995-ci il təvəllüdlü İddiaçı isə Nəsrullayeva Gülnarə Mübariz qızının himayəsində qaldıqları üçün, yəni hərəsində bir uşaq qaldığı üçün Nəsrullayeva Gülnarə Mübariz qızı bu illər ərzində ona qarşı aliment tələbinə dair iddia irəli sürməmişdir. Lakin bununla belə o, vaxtaşırı olaraq əlindən gələn yardımlarını onlara etmişdir. 2020-ci ildə o, Qusar Rayon Məhkəməsinə nikahın pozulması barədə iddia ilə müraciət etmiş, Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)-366/2020 saylı qətnaməsinə əsasən onun və Nəsrullayeva Gülnarə Mübariz qızının arasındakı nikah pozulmuşdur. 2021-ci ildə Nəsrullayeva Gülnarə Mübariz qızı Sumqayıt Şəhər Məhkəməsinə əmlak tələbinə dair iddia ilə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5786/2021 saylı qətnaməsinə əsasən ünvan 5 ünvanında yerləşməklə onun mülkiyyətində olan yaşayış mənzili onun və Nəsrullayeva Gülnarə Mübariz qızının arasında 1/2 hissələrdə paylar müəyyən edilməklə bölünmüşdür. Hal-hazırda İddiaçı yetkinlik yaşına çatmışdır, onun artıq 27 yaşı vardır. O, indi ondan aliment ödəməməyinə görə vurulmuş maddi zərərin əvəzini tələb edir. Bununla əlaqədar qeyd edir ki, uşaqlar yetkinlik yaşlarına çatmamış ona qarşı aliment tələbinə dair Nəsrullayeva Gülnarə Mübariz qızı iddia qaldıra bilərdi. Lakin İddiaçı ondan aliment tələb etmək hüququ yoxdur, özü də o, artıq yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli bir insandır. Göründüyü kimi Nəsrullayeva Gülnarə Mübariz qızı ondan aliment almaq hüququnun yarandığı vaxtdan, yəni 1996-cı ildən həmin hüququn davam etdiyi vaxtadək, yəni İddiaçı yetkinlik yaşına çatanadək olan müddət ərzində ona qarşı aliment tələbinə dair iddia irəli sürməmişdir. X8 Mübariz qızı tərəfindən belə bir iddia irəli sürülmüş olsa da, əsassız olacaqdı. Həmin vaxt onun da himayəsində birgə nikahdan olan bir uşaq var idi. İddiaçı isə bu barədə ona heç iddia qaldırmaq hüququ yoxdur. Ona görə də, İddiaçı ondan keçmiş arvadı Nəsrullayeva Gülnarə Mübariz qızına aliment ödəməməyinə görə vurulmuş maddi zərərin əvəzini tələb etməsi əsassızdır və onun bu iddiası rədd edilməlidir. İddiaçı ona qarşı iddiasının ikinci hissəsi onun guya onun tərəfindən ünvan 6ində qeydiyyata salınması ilə əlaqədar ona vurulmuş mənəvi zərərin məndən geri tələb etməsidir. Bununla əlaqədar qeyd etmək istəyir ki, onun Nəsrullayeva Gülnarə Mübariz qızından ayrılmağının əsas səbəblərindən biri də keçmiş həyat yoldaşının onunla birlikdə Qusar rayonu Mucuq kəndində yaşamaq istəməməsi olmuşdur. Elə məhz bu səbəbdən Nəsrullayeva Gülnarə Mübariz qızı 1996-cı ildə ondan ayrılıb azyaşlı qızı İddiaçı ilə birlikdə ünvan 5 ünvanındakı mənzilinə qayıtmışdır. Nəsrullayeva Gülnarə Mübariz qızı ünvan 6ində kənddən pay torpaq əldə etməsi üçün özü qeydiyyata durmuşdur. İddiaçı isə anasının himayəsində olmuş və anası Nəsrullayeva Gülnarə Mübariz qızı tərəfindən ünvan 6ində qeydiyyata salınmışdır. Bu məsələdə onun heç bir iştirakı olmamışdır. İddiaçı özü istəsə heç onun yardımı olmadan da müvafiq orqanlara, Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək Sumqayıt şəhərində qeydiyyatda ola bilər. Digər tərəfdən, İddiaçı ünvan 6ində qeydiyyata olmaması nəticəsində ona hansı tərəfdən mənəvi zərərin vurulmasını da başa düşə bilmir. Qeyd olunanlara əsasən İddiaçı ona qarşı dəymiş maddi və mənəvi zərərə görə 30000 manat pulun alınması tələbinə dair iddiasını rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh və onun vəkili X12 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişlər. xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı Qusarda doğulub. Onun birinci nikahından olan qızına da, qardaşının oğluna da iddiaçının anası Gülnarə baxmışdır. 1987-ci ildən Sumqayıtdan qeydiyyatdan çıxıb Qusara getmişdir. Onu 3 uşaqla dəfələrlə atıb getmişdir. Kənddə yaşayanda Gülnarə uşaqları götürüb Sumqayıta gəlmişdir. O vaxt Gülnarənin atası da ona niyə gəlməsini irad bildirmişdir. İddiaçı olan qızı məktəbə gedəndə onun anası Gülnarəyə işə getdiyindən uşaqlara baxa bilməyəcəyini, özünün aparıb kənddə baxacağını bildirmiş, həmin vaxt uşaqları gətirib saxlamışdır. X20 üçün darıxdığını, onsuz qala bilmədiyini demiş, Arzunu özü ilə aparmışdır. Torpağı isə o özü sənədləşdirmişdir. Daha sonra ondan sənəd istəmişlər. O, həmin torpaqdan heç vaxt istifadə etməmişdir. Ondan pay torpaq tələb etmişlər, orda isə pay torpağı olmamışdır. Düşmən olmamışlar, qızı Arzu dəfələrlə kəndə gəlib, 3-4 gün qalıb, getmişdir. Xəstə olanda baxmış, köməklik göstərmişdir. Məhkəmə iş üzrə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, cavabdeh 1990-cı ildən qonşularıdır. Arzu həmişə anasının yanında qalmış, anası işdə olanda o baxmışdır. Arzunun anası çox mötəbər qadındır. Elə olub ki, Arzu məktəbə geyinməyə paltar tapmamış, onu aparıb geyim almışdır. Bir dəfə də evi satmağa görə dava düşmüş, heç olmasa 1 otağın Arzuya verilməsini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, İddiaçı xalasıdır. Arzu 1995-ci ildə rayonda andan olmuşdur. Cavabdehin başqa qadınlarla münasibəti olduğundan bacısı uşaqları da götürüb şəhərə gəlmişdir. İsaməddin gəlib uşaqları aparmış, sonra Arzuya baa bilmədiyini bildirərək bacısına gəlib onu aparmasını demişdir. Onun ikinci həyat yoldaşı Arzunu incidirdi. Digər uşaq xəstə idi, atası onu müalicə etdirirdi. Cavabdeh onu aparanda müalicəsi də yarımçıq qalmışdır. Uşaq təhsil də ala bilməmişdir. Hazırda evlidir. Bacısı cavabehdən qorxduğu üçün heç bir yerə müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 6ində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 2(029)-366/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh Nəsrullayeva Gülnarə Mübariz qızı arasında 07 fevral 1987-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində 85 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası Nəsrullayeva Gülnarə Mübariz qızıdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanı hər birinə ½ hissə olmaqla, Cavabdeh və Nəsrullayeva Gülnarə Mübariz qızının xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu, Muçuğ kəndində yerləşən 0.10 ha torpaq sahəsi Nəsrullayeva Gülnarə Mübariz qızının xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə Nəsrullayeva Gülnarə Mübariz qızının 07 fevral 1987-ci il tarixli birgə nikahlarından xx.xx.1995-ci il təvəlüdlü İddiaçı və xx.xx.1987-ci il təvəlüdlü qardaşı Nəsrullayev Seyfulla İsaməddin oğlu anadan olmuşdur. Daha sonra münasibətəri pozulmuş, Nəsrullayev Seyfulla İsaməddin oğlu atası, İddiaçı isə anasının himayəsində olmuşdur. Bu illər ərzində Nəsrullayeva Gülnarə Mübariz qızı himayəsində olan övladı İddiaçı saxlanması üçün aliment tələbi ilə məhkəməyə müraciət etməmiş, İddiaçı yetkinlik yaşına çatmışdır. Hazırda o, atası Cavabdeh tərəfindən ona 26000 manat məbləğində maddi və 4000 manat məbləğində mənəvi zərərlə əlaqədar olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbini iş materiallarında olan sübutlar əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı mənəvi zərər tələb edərkən, onun əsasının hansı hüquqlarının pozulması nəticəsində onda mənəvi sarsıntı keçirməsi və bununla bağlı dəlilləri məhkəmədə öz təsdiqini tapmamışdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə iş materiallarını tədqiq edərək bu qənaətə gəlir ki, iddiaçı maddi ziyan tələb edərkən onun əsasının nədən ibarət olmasını, uzun illər ərizində aliment tələb etməyərək maddi ziyan çəkməsini sübut yetirə bilməmiş, anası Nəsrullayeva Gülnarə Mübariz qızının tələb etmək imkanına malik olmasına baxmayaraq etmədiyindən iddiaçı hazırki halda aliment tələb etməkdə haqlı deyildir. İddiaçı ona 26000 manat maddi, 4000 manat mənəvi ziyanın Cavabdeh alınması tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar