Məhkəmə qərarları › İş №2(060)-255/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-255/2024

12.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-255/2024 12.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 1 avqust 2022-ci il tarixli, e-2(060)-2901/2022 nömrəli qətnaməsi ilə onun paylı mülkiyyətidə bir mülkiyyətim hüququm müəyyən edilmiş, “HYUNDAİ İX-35 minik” markalı, 50DH725 dövlət qeydiyyat nişanlı, qara rəngli, 2012-ci il buraxılışlı, ban nömrəsi KMHJT81BBCU484763 olan avtomobilə Cavabdeh qəsdən vurduğu 5075 manat maddi ziyana görə pulun və ödənilmiş 71 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, e-2(060)-2901/2022 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə onun cavabdehlər Cavabdeh və X3 qarşı “nikahın pozulması və əmlak bölgüsü” tələbi barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən olunması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt Nikah evində xx.xx.1992-ci il tarixdə 1256 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, ünvan 1 ünvanında yerləşən 69 nömrəli mənzil, ünvan 2ektar həyətyanı torpaq sahəsi və Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 6/11, 14 saylı mənzil bərabər paylara bölünməklə, ½ hissədə Cavabdeh və ½ hissədə İddiaçı paylarının müəyyən edilməsi, Cavabdeh ilə X4 arasında bağlanmış 16 mart 2022-ci il tarixli «Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi müqaviləsi» etibarsız hesab edilməsi və “Hyundai İX-35 minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair X2 adına olan BD201071 nömrəli şəhadətnamənin ləğv edilməsi,“Hyundai İX-35 minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərində ½ hissədə Cavabdeh və ½ hissədə İddiaçı paylarının müəyyən edilməsivə avtomaşının X1 alınaraq Cavabdeh və İddiaçı qaytarılması,iş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1107/2023 saylı, 18 aprel 2023-cü il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Göründüyü kimi avtomobil paylı mülkiyyətdədir. Yuxarıda qeyd etdiyi Ali Məhkəmənin müvafiq qərarının icrasını da icra məmuru Orxan Bağırov həyata keçirir. Həmin işi icrası Orxan Bağırova veriləndə cavabdeh -Cavabdeh çağırmış və maşına da baxmışdır, hətta videoları da çəkilmişdir, l həmin maşının 04 iyul 2023-cü il tarixdə çəkilmiş videosu da bizdə var...maşın tam yararlı vəziyyətdə olmuşdur və Əvəz tərəfindən istifadə olunmuş sürülmüşdür.. Qeyd edim ki, həmin qərarın icra edilməsi üçün Əvəzə zəng vuranda icra məmuruna bildirdi ki, maşın xodlanmır gətirə bilmir. İcra məmuru da məcbur qalıb onun yaşadığı ünvan 3 ünvana, həyətə getmişdir, maşın həqiqətən də çox yararsız vəziyyətdə olduğu üçün onu evakuatorla icra idarəsinə gətirmişdir. Masının matorxanasında vozduxamer, akkumlyator, patprestin biteceyinde yerləşən böyük kapron qoruyucu, aşağı Qallagen dumannıların her ikisi, qapılarda iceri ruçkaların kapuronların, şüşe qaldıranları knopkası ile birge, maşının damında olan işıq sisteminin hamısını, maşını, arxa tərəfdən əl tutacaqların, disklərin 4-ü də, hyundai znakli disk qapaklari, arxa baqajın iç kapronlarını, arxa qapının ic kapronlarını, qapıların rezinlerinini ve ix35 yazili kapronlarını, kondisoner yerlerinin kapronlarını, maqintafonu, maşının damında baqaj yerleri, qapısını col terefden vurub əzib, arxa buferi acıb buferin qıraq hissesi sallanır, radiaton qapagı, arxa şüşe silən, maşının içində olan bütün kapronları, qapılarda şüşə qaldıran motorları, elektrik sistemini məhv edib, yan güzgülərdə xəbərdar edici işıqları qırıb ve kapronların çıxardıb, o ancaq goz ilə gorunənləri, başa düşdüklərimi deyir. Maşının hansı hisssələri sıradan çıxıb, nə kimi ziyan vurulub və s müəyyən etmək üçün müstəqil qiymətləndiriciyə müraciət etdib və qiymətləndiricinin rəyinə əsasən də ona vurulmuş ziyan 5075 manat məbləğində dəyərləndirilmişdir. İddiaçı məhkəməyə ərizə verərək, Cavabdeh tərəfindən avtomaşına vurduğu ziyanın 90%-ə qədərini öz xoşluğu ilə aradan qaldırıldığı üçün, hazırki məhrələdə məhkəməyə təqdim etdiyi iddia ərizəsindən imtina edilməsi ilə əlaqədar, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə və Vəkil hazırda məsələ məhkəmədən kənar həll edildiyi üçün, ərizənin təmin olunması və icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh iddiaçı tərəfindən verilmiş ərizə ilə razı olduğunu, tərəflər arasında mübahisəni məhkəmədən kənar həll edilməsi ilə əlaqədar, işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən təstiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadından işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə iddiaçının iddiadan imtina etməsini nəzərə alaraq, hesab edir ki, İddiaçı tərəfindən 26 sentyabr 2023-cü il tarixli, 8445 saylı mədaxil qəbzi əsasında ödənilmiş 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumları dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R V E R D İ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın tələbinə dair işin icraatına xitam verilsin. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-255/2024 saylı mülki işi üzrə İddiaçı tərəfindən 26 sentyabr 2023-cü il tarixli, 8445 saylı mədaxil qəbzi əsasında ödənilmiş 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumları dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Sumqayıt Şəhər Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. SƏDRLİK EDƏN: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar