Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2633/2024 18.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıtşəhəri, 1-ci mkr, 128/34 saylı evin, 8 saylı mənzilinə olan mülkiyyət hüququnun ləğv edilməsi və həmin mənzilə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2010-cu il tarixli, 2(060)-1921/2010 saylı qərardadı ilə mülki işin icraatı dayandırılmışdır. Hal-hazırda Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1921/2010 saylı mülki işinin yenidən icraata qəbul edilməsi və daha sonra işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2010-cu il tarixli, 2(060)-1921/2010 saylı qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iş üzrə İddiaçı vəfat etmişdir. Ona görə də hazırda işə xitam verilməsinə etiraz etmir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 377524 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Saray qəsəbəsində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 143 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4; 261.0.7 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2633/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2633/2024
18.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver