Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2646/2021 05.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı" ASC tərəfindən "Mersedes Benz" markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə avtomobilin sahibinə ödənilmiş 1320 (bir min üç yüz iyirmi) manat və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı ASC-nin Hüquq və Sığorta Hadisələr Xidmətinin hüquqşunası X3 iddia ərizəsi ilə müraciət edərək, “Ceely” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də 01.12.2016-cı il tarixdən 01.12.2017-ci il tarixədək “Avtonəqliyyat” vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında PAZ **********1 nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh sürücülük hüququ olmadan “Ceely” marklı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, 09.02.2017-ci il tarixdə saat 20:00 radələrində Sumqayıt şəhəri, Sülh və H.Əliyev küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi törədərək, X4 idarə etdiyi “Mercedes Benz” ** MM *** dövlət nəqliyyat qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə 1320 manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən qeydə alınmış, araşdırma aparılmış və müəyyən olunmuşdur ki, cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Araşdırmanın nəticəsi olaraq cavabdeh barəsində İXM-nin 332.4-cü maddəsi ilə KYP 673267 nömrəli 09.02.2017-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Mercedes Benz” ** MM *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş maddi ziyan İddiaçı ASC tərəfindən 1320 manat məbləğində həmin avtomobilin sahibinə ödənilmişdir. Sürücül hüquq olmadan avtomobili idarə edib, yol-nəqliyyat hadisəsi törədərək, üçüncü şəxsin əmlakına (avtomobilinə) maddi ziyanın vurulması və həmin ziyanın İddiaçı ASC tərəfindən ödənilməsi, ASC-yə həmin pulun cavabdehdən subroqasiya qaydasında pulu tələb etmək hüququnu verir. Göstərilənləri nəzərə alaraq, "İddiaçı" ASC tərəfindən "Mersedes Benz" markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə avtomobilin sahibinə ödənilmiş 1320 (bir min üç yüz iyirmi) manat və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərini müdafiə etdikərini və məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İşə əlavə edilmiş 07.03.2017-ci il tarixli 0766/FS/CML-0758/2017 saylı işə dair “sığorta akt”ının surətindən görünür ki, X2 məxsus “Geely” markalı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilini 01.12.2016-cı il tarixdən 01.12.2017-ci il tarixə qədər 5000 manat sığorta məbləği dəyərində sığorta edilmiş, sığorta hadisəsi 09.02.2017-ci il tarixdə Sumqayıt şəhər Sülh-H.Əliyev küçəsinin kəsişməsində sığortalanmış avtonəqliyyat vasitəsi idarə edilərkən digər avtomobili vurmuşdur. Hadisə zamanı xəsarət alan şəxs X5 1320 manat zərər hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi İnzibati xəta haqqında KYP № 673267 saylı, 09.02.2017-ci il tarixli Protokolun surətindən görünür ki, Cavabdeh idarə etdiyi “Geely” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobillə 09.28.2017-ci il tarixdə saat 20:00 radələrində hərəkətdə olarkən sürücü Sülh- H.Əliyev küçələrinin kəsişdiyi yol ayrıcında işıqforun qadağan edici işığında avtomaşının hərəkətini davam etdirərək “Mercedes” markalı ** MM *** d.q.n-lı avtomaşınla toqquşmuş nəticədə zərərçəkən şəxsə maddi ziyan vurmuşdur. Toqquşma zamanı məlum oldu ki, sürücünün avtomobilə aid etibarnaməsi və sürücülük vəsiqəsi olmamışdır. İş materiallarında olan AC № 200217 saylı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Geely” minik markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X7r. İş materiallarında olan “xxxx” ASC tərəfindən tərtib olunmuş 29 fevral 2017-ci il tarixli “dəymiş zərərin hesabat”ın surətindən görünür ki, “Mercedes E200” markalı, **-MM- *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər: ön bufer-310 manat, ön buferin sol kantı-30 manat, ön sol qanad-180 manat, sol fara-150 manat, sol işıqaltı kant-25 manat, təkərüstü ön sol- 25 manat, mühərrikin alt qoruyucusu-40 manat, sükan mexanizmi-240 manat, rəngsaz işi-200 manat, dəmirçi-100 manat, armatur-20 manat, yekun məbləğ-1320 manat təşkil edir. İş materiallarında olan ƏN-İİİ № 970353 saylı, 19.02.2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, X8 mülkiyyətində olan “Mercedes Benz 200” minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobili 5 il 8 ay 19 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək üçün X6 etibar etmişdir. İşə əlavə edilmiş 09.03.2017-ci il tarixli, № 1629 saylı “Ödəniş tapşırığı”nın surətindən görünür ki, İddiaçı ASC tərəfindən X4 hesabına 1320 manat pul köçürmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 11.09.2020-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 402A-da qeydiyyatdadır. Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, “Subroqasiya hüququ Mülki Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, “Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçı subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.” Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət (nəqliyyat vasitələrindən, mexanizmlərdən və ya istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusunu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.3-cü maddəsinə görə yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri ( nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzini ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, "İddiaçı" ASC tərəfindən "Mersedes Benz" markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə avtomobilin sahibinə ödənilmiş 1320 (bir min üç yüz iyirmi) manat və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1097, 1108, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. "İddiaçı" ASC tərəfindən "Mersedes Benz" markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə avtomobilin sahibinə ödənilmiş 1320 (bir min üç yüz iyirmi) manat və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-2646/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2646/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver