Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2706/2022 31.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti və qeyrilərinə qarşı tikinti sahələri üzərində həbs qoyulması və digər tələbləri barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsi müraciət edərək, direktoru olduğu "xxxx" X4 Asossasiyası tərəfindən 01.02.2006-cı il tarixdən 30.09.2012-ci il tarixinə kimi, 30.09.2012-ci il tarixdən 20.10.2015-ci il tarixinə kimi direktor və təsisçisi olduğu “X6” MMC tərəfindən inşa edilən, sahibliyində və mülkiyyətində olan Sumqayıt şəhəri, 36-cı məhəllə, köhnə avtovağzal, Dostluq (indiki H.Əliyev və Sülh küçələrinin kəsişməsi ünvanında inşa edilmiş, 1-ci giriş üzrə 14-cü mərtəbə, 2-ci giriş üzrə 13-cü mərtəbə, 3-cü giriş üzrə 11-ci mərtəbə səviyyəsində və 10-cu mikrorayon, Babək prospekti ünanında inşa edilmiş 3 girişli, A və B bloklu, 6 mərtəbə səviyyəsində inşa edilmiş yarımçıq binalar üzərinə həbs qoyulmasını, onun tərəfindən səlahiyyət verdiyi hər hansı bir fiziki şəxsin və hüquqi şəxsin həmin ünvanlarda tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinin qadağan edilməsini, Sumqayıt şəhəri, 36-cı məhəllə, köhnə avtovağzal, H.Əliyev (keçmiş Dostluq) və Sülh prospektlərinin kəsişməsi ünvanında Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikilməsi məqsədilə mərhum X1 26.05.2004-cü il tarixli, 117 saylı qərarla ayrılmış 9000 kvadrat metr torpaq sahəsinin üzərində "xxxx" Səyyar İnşaat MMC-yə məxsus olan 3 girişli, 14,13 və 11 mərtəbəli binalar və torpağın altında qanunsuz olaraq yerüstü 3 mərtəbə hissəsi sökülmüş, zirzəmi hissəsi və bünövrə tavası basdırılmış 4-cü giriş binanın yerləşdiyi torpaq sahəsinin üzərində "xxxx" Səyyar İnşaat MMC-nin istifadəsinə verilməsini, Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək prospekti ünvanında Ş.Hüseynova ayrılmış torpaq sahəsinin (17000 kvadrat metr) üərində 2006-2007-ci illər ərzində "xxxx" Səyyar İnşaat MMC-yə məxsus olan 8 girişli, 12 mərtəbəli yaşayış binasının 3 giriş üzrə 6 mərtəbəli yarımçıq binanın altında olan 7000 kvadrat metr torpaq sahəsində "xxxx" Səyyar İnşaat MMC-nin istifadəsinə verilməsini, iddiaçıya və təmsilçisi olduğu "xxxx" Səyyar İnşaat MMC-yə qarşı cinayət xarakterli əməllər, zor tətbiq etməklə vəzifə səlahiyyətlərini ələ keçirmək, 25.06.2009-cu il tarixli Ağır Cinayətlərə dair işlər üzrə Azəraycan Respublikası Məhkəməsinin hökmünə mane olan və təmsilçisi olduğu hüquqi şəxslərin mülkiyyətində olan binaların qanunsuz olaraq ələ keçirdiklərinə görə, ofislərinin dağılmasına görə, dövriyyəsində olan tikinti materiallarının talanmasına görə, hüquqi şəxslərin sənədlərinin oğurlanması kimi cinayət xarakterli əməllərin törədilməsinə görə Cavabdeh5, Cavabdeh4, X2 barələrində əməllərinə hüquqi qiymət verilməsi barədə xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroruna göndərilməsini, mərhum X3 tərəfindən və digər fiziki və hüquqi şəxslər tərəfindən yuxarıda göstərilmiş ünvanlarda inşa edilməli binalarda mənzil və qeyri-mənzil sahələrinin tikilməsini sifariş edən payçılarla aralarında rəsmiləşdirilmiş bütün əqdlərin ləğv edilməsini, qanuni payçıların sifarişlərini yerinə yetirmək vəzifəsini “X6” MMC-nin üzərinə qoyulmasını, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin Sumqayıt şəhər Bələdiyyəsinə ünvanladığı 96 saylı, 12 aprel 2011-ci il tarixli məktubuna əsasən Bələdiyyə Şurasının iddiasına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 30.06.2011-ci il tarixli, 2(060)-2120/2011 saylı qətnaməsi əsasında Sumqayıt şəhəri, 36-cı məhəllə, köhnə avtovağzal ərazisində Sülh küçəsi boyunca inşa edilmiş 17 mərtəbəli yaşayış binasının 3 mərtəbəli yarımçıq hissəsinin “Qartal” tikinti firması tərəfindən qanunsuz olaraq sökülməsi nəticəsində təmsilçisi olduğu hüquqi şəxslərə vurulmuş maddi və mənəvi zərərin hesablanması üçün məhkəmə-texniki və məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını və dəymiş zərərin cavabdehlərdən Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsindən, Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən və Sumqayıt şəhərində hüquqi ünvanı olan “Qartal” tikinti firmasından müştərək olaraq nəğd şəkildə və ya əmlakları hesabına təmsilçi olduğu “X6” MMC-nin bank hesabına ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır (25.1.). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Hazırkı iddiada iddiaçı cavabdehlər kimi həm inzibati orqan olan Sumqayıt şəhər İcra Hakimiyyətini, həm həmin orqanın Memarlıq və Şəhərsalma İdarəsini, həm də ayrı-ayrı fiziki şəxsləri göstərmişdir. Öncə qeyd edilməlidir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda inzibati orqanların siyahısında qeyd edilməmişdir. Eyni zamanda iddiaçı onun hüquqlarının inzibati orqan tərəfindən pozulduğunu güman edirsə, bu zaman həmin inzibati orqanı cavabdeh kimi göstərməklə müvafiq inzibati məhkəməyə müraciət edə bilərdi. İddiaçının tələbi konkret fiziki şəxslərə qarşıdırsa və həmin tələb iddiaçının və cavabdehlərin sahibkarlıq fəaliyyətindən irəli gəlmirsə, bu halda iddiaçı həmin fiziki şəxsləri cavabdeh kimi göstərməklə ümumi məhkəməyə müraciət etməli idi. Lakin, iddiaçı həm inzibati orqanı, həm onun tabeliyində olan qurumu, həm də fiziki şəxsləri cavabdeh kimi göstərməklə ümumi məhkəməyə müraciət etmişdir ki, bu da işə baxılmasını qeyri-mümkün edir. Eyni zamanda qeyd edilməlidir ki, MPM-də göstərilmişdir ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər (69.1.). Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir (69.2.). Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur (69.3.). Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyasının səlahiyyətli nümayəndəsi (təsviyəçi, ləğvedici) çıxış edir (69.4.). Hazırkı iddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi “X6” MMC-nin mənafeyi üçün qaldırılmışdır. Belə olan halda iddia həmin hüquqi şəxsin adından onun səlahiyyətli nümayəndəsi tərəfindən qaldırılmalı idi. Lakin, iddiaçının fiziki şəxs olaraq hər hansı hüquqi şəxsin mənafeyi naminə iddia qaldırması prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. İddia ərizəsində müxtəlif tələblərlə yanaşı həmçinin əmlaklar üzərinə həbs qoyulması tələbi də qeyd edilmişdir. Qeyd edilməlidir ki, əmlak üzərinə mülki məhkəmə icraatı çərçivəsində həbs qoyulması müstəqil iddianın predmeti ola bilməz. İddiaçı qeyd edilən əmlaklar üzərinə həbs qoyulması zərurətini hiss edirsə, mülki və ya inzibati iddia ilə yanaşı müvəqqəti təminat tədbirinin və ya müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edə bilərdi. Məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti və qeyrilərinə qarşı tikinti sahələri üzərində həbs qoyulması və digər tələblərinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2706/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2706/2022
31.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver