Məhkəmə qərarları › İş №2(060)-2713/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2713/2023

29.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2713/2023 29.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu İddiaçı1 cavabdehlər Cavabdeh1nə, "xxxx" BOKT MMC-yə və Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı hərracın etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı1 cavabdehlər Cavabdeh1nə, "xxxx" BOKT MMC-yə və Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0316 ha torpaq sahəsi barədə keçirilmiş hərracın etibarsız hesab edilməsi, evin bazar qiymətinin ekspertlər tərəfindən yenidən qiymətləndirilməsi və ipoteka predmetliyindən (girovluqdan) çıxarılması, tərəfindən satılmasına icazə verilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Cavabdeh1nə qarşı tələbi aydın şəkildə ifadə olunmamış, hansı hallarla əsaslandırılması göstərilməmişdir. Məhkəmə eyni zamanda, hesab edir ki, icra məmurunun hərəkət və qərarlarından aidiyyəti məhkəməyə şikayət verilməli və bu zaman həmin müraciətə məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında baxılmalıdır. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Bu Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Mülki iş materiallarından görünür ki, ərizəyə 100 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. AR MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən AR MPM-nin 149-cu maddəsinin tələbləri pozulduğundan, həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalı, həmin iddiaya görə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.2-152.4 və 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 cavabdehlər Cavabdeh1nə, "xxxx" BOKT MMC-yə və Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı hərracın etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. xx.xx.2023-cü il tarixdə ********** №-li qəbzlə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar