Məhkəmə qərarları › İş №2(060)-2719/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2719/2021

25.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2719/2021 25.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakimi Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əhəmiyyətsiz əqd hesab edilməsi və maddi ziyan” tələbinə dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əhəmiyyətsiz əqd hesab edilməsi və maddi ziyan” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149-cu maddənin tələbinə görə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. MPM-nin 150.0.5-ci maddəsinin tələbinə görə iddiaçının öz tələbini əsaslandırdığı hallara dair sənədlər iddia ərizəsinə əlavə edilir. Yoxlanılan iddia ərizəsi üzrə tələbini əsaslandırdığı hallara dair hər hansı sənəd - mübahisələndirilən əqd iddia ərizəsinə əlavə edilməmişdir. MPM-nin 152.1, 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əhəmiyyətsiz əqd hesab edilməsi və maddi ziyan” tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar