Məhkəmə qərarları › İş №2(060)-2728/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2728/2021

31.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2728/2021 31.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə vurulmuş maddi ziyana görə 3050 manat, əldən çıxmış faydaya görə 1500 manat, mənəvi ziyana görə 2000 manat və ödədiyi 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə iddiaçı X5 iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh 20.11.2019-cu il tarixdə təqribən saat 18:30 radələrində, 14-cü məhəllə ərazisində işlədiyi “Bərəkətli” mağazasına gələrək Sumqayıt şəhəri 1-ci mkr ərazisində yerləşən “Love Palace” şadlıq sarayında keçiriləcək toy məclisi üçün alacağı malların pulunu toy məclisi qurtardıqdan sonra ödəmək barədə yalan vəd verərək, ümumilikdə 3050 manat 32 qəpik məbləğində maddi ziyan vurmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 07.08.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1 -ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 07.08.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06.10.2020-ci il tarixli 1 (105)-301/2020 saylı qərarında göstərilən hallarla yanaşı təqsirləndirilən şəxsin zərərçəkmişlə bağlı qərar qəbul etməsini əsas gətirərək Sumqayıt Şəhər Məhkəməsinin 07.08.2020-ci il tarixli hökmü məhkumun və müdafiəçisinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Cavabdeh maddi ziyan ilə yanaşı eyni zamanda ona mənəvi ziyan da, vurmuşdur. Bu müddət ərzində dəfələrlə məhkəmələrdə, istintaqlarda izahat verməklə mənfi emosiya qəbul etməklə sarsıntıya məruz qalmışdır. 2019-cu ilin noyabr ayından, hal- nazırki tarixə qədər cavabdehin ona vurduğu ziyanın müqabilində o, həmin pul ilə təqribən 1500 manat pul qazana bilərdi. Bu Mülki Məcəllədə göstərilmiş əldən çıxmış faydadır. Cavabdeh bu məbləği də, ona ödəməlidir. Bundan başqa qeyd etdiyi kimi mənəvi sarsıntı keçirmiş, bu səbəbdən də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyan dəymişdir. Mənəvi ziyanı 1000 manat hesab edir. Bundan əlavə cavabdeh ona borcundan 150 manat ödəniş etmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh onun xeyrinə vurulmuş maddi ziyana görə 3050 manat, əldən çıxmış faydaya görə 1500 manat, mənəvi ziyana görə 2000 manat və ödədiyi 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, heç bir yerdə işləmədiyi üçün maddi problemləri olduğuna görə 20.11.2019-cu il tarixdə Sumqayıt şəhəri 14-cü məhəllədə yerləşən “Bərəkətli” mağazasından yalandan toy etmək adı ilə nisyə ərzaq məhsulları alıb sataraq maddi ehtiyaclarını ödəmək qərarına gəlmişdir. Həmin tarixdə axşam saatlarında “Bərəkətli” mağazasına getmiş, orada işçilərə yaxınlaşıb toy etmək üçün ərzaq məhsulları almaq istədiyini bildirmişdir. Onu iddiaçı qarşılamış və o, iddiaçıya 21.11.2019-cu il tarixdə Sumqayıt şəhəri, 1-ci mkirorayon ərazisində yerləşən “Love Palace” şadlıq sarayında toy məclisi keçirəcəyini yalandan söyləyib aldadaraq, təxminən 250 nəfər qonağı olacağını bildirmişdir. O, həmin vaxt 100 manat beh vermiş, eləcə də 3086 manat 69 qəpik dəyərində malları almağı və bir gün müddətinə pulunu ödəyəcəyi barədə müqaviləni imza etmişdir. O, həmin malları Bakı şəhərinə apararaq “28 May” metrosu yaxınlığında tanımadığı mağaza və kafelərə dəyər-dəyməzinə satmışdır. O, iddiaçıya olan borcundan 150 manat ödəniş etmişdir. Hazırda onun iddiaçıya 2900 manat məbləğində borcu vardır. O, hazırda həmin pulu tam ödəyə bilmir, maddi durumu çox aşağıdır. Bundan əlavə iddia tələbini mənəvi və əldən çıxmış faydanı qəbul etmir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 07.08.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh özgə əmlakını ələ keçirmək məqsədi ilə 20.11,2019-cu il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən “Bərəkətli” mağazasına gələrək orada həmin mağazanı icarə əsasında işlədən X1 etibarından sui-istifadə edərək 21.11.2019-cu il tarixdə Sumqayıt şəhəri 1 -ci mkirorayon ərazisində yerləşən “Love Palace” şadlıq sarayında keçiriləcək toy məclisi üçün alacağı malların pulunu toy məclisi qurtardıqdan sonra ödəyəcəyini yalan vəd verib aldadaraq 21.11.2019-cu il tarixdə saat 09:30 radələrində “Love Palace” şadlıq sarayının arxasında Seviliyə Nəsrullayevanın göndərdiyi hər birinin qiyməti 3 manat 45 qəpik olan 331 manat 20 qəpik dəyərində 96 ədəd “Giləzi” toyuğu, bir kiloqramının qiyməti 5 manat 80 qəpik olan 58 manat dəyərində 10 kiloqram “İslami kəsim” toyuğun döş əti (file), hər birinin qiyməti 2 raahat 63 qəpik olan 52 manat 60 qəpik dəyərində 20 ədəd plastik qabda olan göbələk, bir kiloqramının qiyməti 32 manat 50 qəpik olan 792 manat 20 qəpik dəyərində 24 kiloqram 375 qram “syomka” balığ, bir kiloqramının qiyməti 4 manat 15 qəpik olan 145 manat 25 qəpik dəyərində 35 kiloqram “panqa” tikə balıq, bir kiloqramının qiyməti 8 manat 20 qəpik olan 32 manat 80 qəpik dəyərində 4 kiloqram “servolat” kolbasa, bir kiloqramının qiyməti 10 manat 50 qəpik olan 52 manat 50 qəpik dəyərində 5 kiloqram “doktorskaya” kolbasa, hər birinin qiyməti 1 manat 8 qəpik olan 2 manat 16 qəpik dəyərində 2 banka “Bostan” xiyar turşusu, hər birinin qiyməti 8 manat 80 qəpik olan 35 manat 20 qəpik dəyərində 4 banka yaşıl zeytun, 1 ədəd 2 manat 48 qəpik dəyərində “Blendo” tomat pastası, hər birinin qiyməti 2 manat 87 qəpik olan 34 manat 44 qəpik dəyərində 12 banka yaşıl noxud, hər birinin qiyməti 2 manat 98 qəpik olan 35 manat 76 qəpik dəyərində 12 ədəd “Meçta 67 %” mayanez, hər birinin qiyməti 2 manat 5 qəpik olan 20 manat 50 qəpik dəyərində 10 ədəd “romaşka” smetan, hər birinin qiyməti 12 qəpik olan 7 manat 20 qəpik dəyərində 60 ədəd yumurta, hər birinin qiyməti 40 qəpik olan 2 manat 80 qəpik dəyərində 7 ədəd “Salyut” duz, hər birinin qiyməti 38 qəpik olan 2 manat 66 qəpik dəyərində 7 ədəd “Azərduz” markalı duz, bir qramının qiyməti 13.90 qəpik olan 2 manat 78 qəpik dəyərində 200 qram qara istiotu, bir qramının qiyməti 11.90 qəpik olan 3 manat 57 qəpik dəyərində 300 qram qurudulmuş nanə, bir qramının qiyməti 5.10 qəpik olan 1 manat 2 qəpik dəyərində 200 qram sarıkök, bir kiloqramının qiyməti 16 manat 90 qəpik olan 67 manat 60 qəpik dəyərində 4 kiloqram qoz ləpəsi, bir kiloqramının qiyməti 12 manat 90 qəpik olan 51 manat 60 qəpik dəyərində 4 kiloqram fındıq ləpəsi, bir kiloqramının qiyməti 4 manat olan 8 manat dəyərində 2 kiloqram ağ araxis, bir kiloqramının qiyməti 18 manat 90 qəpik olan 37 manat 80 qəpik dəyərində 2 kiloqram badam, bir kiloqramının qiyməti 6 manat 90 qəpik olan 13 manat 80 qəpik dəyərində 2 kiloqram sarı kişmiş, bir kiloqramının qiyməti 8 manat 20 qəpik olan 16 manat 40 qəpik dəyərində 2 kiloqram qara kişmişi, bir kiloqramının qiyməti 5 manat 30 qəpik olan 17 manat 13 qəpik dəyərində 3 kiloqram 232 qram “Stavropol” yağ, bir litrinin qiyməti 2 manat 98 qəpik olan 20 manat 86 qəpik dəyərində 7 litr qarğıdalı yağı, bir kiloqramının qiyməti 8 manat olan 56 manat dəyərində 7 kiloqram “Holland” pendiri, bir kiloqramının qiyməti 4 manat 90 qəpik olan 29 manat 40 qəpik dəyərində 6 kiloqram “Təzəkənd” pendiri, bir kiloqramının qiyməti 7 manat 50 qəpik olan 15 manat dəyərində 2 kiloqram şabalıd, 7 manat 50 qəpik dəyərində 1 kiloqram qaysı, bir kiloqram 4 manat 45 qəpik dəyərində albuxara, bir kiloqramının qiyməti 1 manat 37 qəpik olan 2 manat 74 qəpik dəyərində 2 kiloqram kəllə qənd, bir kiloqramının qiyməti 5 manat 15 qəpik olan 10 manat 38 qəpik dəyərində 2 kiloqram “Corino” markalı şokalad, 1 qutu 11 manat 98 qəpik dəyərində 900 qramlıq “X8” markalı çay, 1 ədəd 3 manat 45 qəpik dəyərində 95 qramlıq “Neskofe" markalı kofe, bir kiloqramının qiyməti 3 manat 50 qəpik olan 24 manat 50 qəpik dəyərində 7 kiloqram “Tamaşa” düyüsü, hər birinin qiyməti 4 manat olan 120 manat dəyərində 30 ədəd “Şərab Golden” markalı 0.75 litirlik şampan, hər birinin qiyməti 3 manat 45 qəpik olan 124 manat 20 qəpik dəyərində 36 ədəd “İvanovka” markalı 0.75 litirlik çaxır, hər birinin qiyməti 1 manat 10 qəpik olan 105 manat 60 qəpik dəyərində 96 ədəd “Qızıl quyu armud” markalı 0.75 litirlik limonad, hər birinin qiyməti 1 manat 10 qəpik olan 66 manat dəyərində 60 ədəd “Qızıl quyu tərxun” markalı 0.75 litirlik limonad, hər birinin qiyməti 1 manat 50 qəpik olan 108 manat dəyərində 72 ədəd “Natura” markalı 1 litrlik albalı meyvə şirəsi, hər birinin qiyməti 1 manat 50 qəpik olan 108 manat dəyərində 72 ədəd “Natura” markalı 1 litrlik şaftalı meyvə şirəsi, hər birinin qiyməti 1 manat 30 qəpik olan 83 manat 20 qəpik dəyərində 64 ədəd “Bağdan” markalı 1 litrlik feyxoa kampotu, hər birinin qiyməti 1 manat 30 qəpik olan 83 manat 20 qəpik dəyərində 64 ədəd “Bağdan” markalı 1 litrlik albalı kampotunu, hər birinin qiyməti 75 qəpik olan 75 manat dəyərində 100 ədəd “Sirab” markalı 0.5 litrlik mineral qazlı su, hər birinin qiyməti 75 qəpik olan 36 manat dəyərində 48 ədəd “Slavyanka” markalı 0.5 litrlik mineral qazsız su, hər birinin qiyməti 75 qəpik olan 36 manat dəyərində 48 ədəd “Slavyanka”, markalı 0.5 litrlik mineral qazlı su, hər birinin qiyməti 2 manat 20 qəpik olan 8 manat 80 qəpik dəyərində 4 ədəd “Ariel” markalı yuyucu toz, hər qutusunun qiyməti 60 qəpik olan 28 manat 80 qəpik dəyərində içərisində 100 ədəd “Empak” markalı salfetka olan 48 qutu salfetka. hər qutusunun qiyməti 1 manat 44 qəpik olan 2 manat 88 qəpik dəyərində içərisində .200 ədpd “Sun” markalı salfetka olan 2 qutu salfetka, hər birinin qiyməti 2 manat 50 qəpik olan 15 manat dəyərində 6 ədəd “Fairy” markalı qab şampunu, hər birinin qiyməti 2 manat 50 qəpik olan 5 manat dəyərində 2 ədəd “Vanish” markalı yuyucu vasitəsi, hər birinin qiyməti 40 qəpik olan 1 manat 60 qəpik dəyərində 4 ədəd qab pastası, hər birinin qiyməti 15 qəpik olan 75 qəpik dəyərində 5 ədəd qab setkası, hər birinin qiyməti 10 qəpik olan 50 qəpik dəyərində 5 ədəd maçalka, hər birinin qiyməti 30 qəpik olan 1 manat 50 qəpik dəyərində 5 ədəd “Rixos” 90 qramlıq sabunu, hər birinin qiyməti 80 qəpik olan 1 manat 60 qəpik dəyərində 2 ədəd “Atra”maye sabunu, hər birinin qiyməti 1 manat 90 qəpik olan 3 manat 80 qəpik dəyərində 2 ədəd “Monopak” diş çöpünü, hər birinin qiyməti 1 manat 20 qəpik olan 2 manat 40 qəpik dəyərində 2 ədəd “Melodiya” markalı osvijitel, hər birinin qiyməti 4 manat 80 qəpik olan 9 manat 60 qəpik dəyərində 2 ədəd “Monopak” markalı stric, 1 metrinin qiyməti 30 qəpik olan 3 manat dəyərində 10 metr cuna, 1 manat 90 qəpik dəyərində 1 ədəd bez, 1 manat 40 qəpik dəyərində 1 litr xlor və hər birinin qiyməti 1 manat 44 qəpik olan 2 manat 88 qəpik dəyərində 2 ədəd ekonomik dispenseri alıb ələ keçirərək zərəçəkmiş Sevil Nəsrullayevaya ümumilikdə 3050 manat 32 qəpik (üç min əlli manat otuz iki qəpik) məbləğində maddi ziyan vurmaqla dələduzluq etdiyinə görə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06.10.2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə məhkum olunmasına dair Sumqayıt Şəhər Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü məhkumun və müdafiəçisinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilərək, Cavabdeh təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir il müddətə azadlıqdan məhrumetmə cəzası 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 08.02.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1A, mənzil 40-da qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, məhəllə 14, ev 15/8, mənzil 8-də qeydiyyatdadır. “İnsan Hüquqları və X4 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Bundan əlavə, məhkəmədə cavabdeh iddiaçıya olan borcundan 150 manatını qaytardığını və hazırda sonuncuya 2900 manat borcu olduğunu bildirmiş və iddiaçı həqiqətən cavabdehin 2900 manat borcu olduğunu izahatında bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 2900 manat hissədə təmin edilməlidir. İddiaçı ona vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 manat və əldən çıxmış faydaya görə 1500 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenumun qərarında məhkəmələrə izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hazırki iş üzrə İddiaçı Cavabdeh tərəfindən ona 2000 manat məbləğində mənəvi ziyanın vurulması və 1500 manat əldən çıxmış fayda barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və qeyd olunan hal iş materialları sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə, Cavabdeh 2900 (iki min doqquz yüz) manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2900 (iki min doqquz yüz) manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar