Məhkəmə qərarları › İş №2(060)-2736/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2736/2023

27.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2736/2023 27.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər 4 Saylı Notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi (maraqlı şəxslər: Maraqlı şəxs1, "xxxx" Açıq Səhmdar Cəmiyyəti) tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-19092 saylı icra qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-cı ildə Azərbaycan Rerspublikasının ordu sıralarına xidmətə başlamış xx.xx.1999-cu ildə ordu sıralarından təxris olmuşdur. 2000-ci ildə Zabit HKT (gizirlər hazırlıq kursu) kursant kimi daxil olmuş və xx.xx.2001-ci il tarixdə kursu bitirərək N saylı hərbi hissədə kəşfiyyatçı kimi daxil olmuş və dövlətin ərazi bütövlüyü uğrunda canla-başla xidmət etmişdir. Xidmət etdiyi dövrdə dəfələrlə döyüş əməliyyatlarında iştirak etmiş və dəfələrlə hərbi travma almağına bağmayaraq öz xidməti borcunu yerinə yetirmişdir. Vətən müharibəsində təcrübəli kəşfiyyatçı olaraq ən öndə xidmət etmiş və azad olunmuş torpaqlarda demək olar ki bütün cəbhələr üzrə xidmət etmişdir. Şuşanın azad olunmasında iştirak etmiş və aldığı travmadan 3-cü qrup əlil olaraq hərbi xidmətdən Posttavmatik stress pozuntusu F43.1, fəlakətdən sonrakı (Müharibə) şəxsiyyət dəyişikliyi F62.1 diqnozu ilə təxris olunmuşdur. Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 11/18, 26 saylı mənzilin alınması üçün 25 iyun 2014-cü ildə QSC “BankStandart” KB ilə 1xx/xx/2295/14 saylı ipoteka müqaviləsi bağlayaraq illik 4% olmaq şərti ilə 44800 manat krediti 25 il müddətinə kredit götürmüşdür. İddiaçının və ailəsinin 25 illik xidməti dövründə ipotekaya götürdüyü mənzildən başqa yaşamağa heç bir evi yoxdur və xəstə halıyla 10 il kredit ödədikdən sonra müharibədə yaralanmağı ilə bağlı bank tərəfindən heç bir güzəşt edilmədiyi halda fors-major halları da nəzərə almadan iddiaçı 10 il həyat sığortası ödədiyi halda 3000 manat kredit borcuna görə onun evini əlindən almağa çalışmışlar. Maraqlı şəxs2 ASC ərizə ilə Sumqayıt şəhəri 4 saylı Notariat ofisinə müraciət edərək ipoteka ilə yüklü edilmiş əmlakın icra qeydi ilə tutmanın yönəldilməsinə dair xx.xx.2022- ci il tarixli 8İ-19092 saylı icra qeydi verilmişdir. İcra qeydi barədə məlumatı Sumqayıt şəhər icra İdarəsindən əldə edilmişdir. Vəkil sorğusu əsasında notariat kontorundan icra qeydinin verilməsinə dair notariat işi götürülmüş və tərəflərindən müvafiq qanun pozuntularının aparılması aşkarlanmışdır. Notariusun icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilməmişdir. Həmin qanun pozuntuları Borcun mübahisəsiz olduğunun araşdırılmaması, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən icra qeydinin aparılacağı barədə bildiriş bank tərəfindən təqdim edilməməsi, Borcun ödənilməmiş hissə üzrə icra qeydinin aparılmaması, İcra qeydinin verilməsinə dair müraciət elektron qaydada təqdim edilməməsindən ibarətdir. Borcun mübahisəsiz olduğunun araşdırılmaması dedikdə; Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki, tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Lakin iş materialları ilə müəyyən olunur ki, notariat ofisi borcun ödənilməsi barədə ərizəçiyə yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək, yalnız kredit və ipoteka müqaviləsinə əsaslanmaqla, həmin müqavilə üzrə yoxlama aparmadan əsassız icra qeydi vermiş və bununla da “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, 79-cu maddələrinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci maddəsinin tələbləri pozularaq, aparılmış icra qeydi icra üçün göndərilmişdir. Bundan başqa tələbkar borcu təsdiq edəcək maliyyə arayışını icra qeydinin verilməsinə dair ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləncra qeydinin aparılacağı barədə bildiriş bank tərəfindən təqdim edilməməsi dedikdə; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən tələbkar borcluya müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada bildiriş göndərməli olduğu halda sadə ümumi əsaslarla bildiriş göndərməklə kifayətlənmişdir. Hətta həmin bildiriş iddiaçıya və ya ailə üzvlərinə belə çatdırılmamışdır. Əgər həmin bildiriş barədə iddiaçının məlumatı olsa idi mütləq qaydada yaranmış borc öhdəliyini məhkəmə qaydasında mübahisələndirərdi. Çünki iddiaçının həyat sığortası var kredit ayrılan gündən iddiaçı həyat sığortasını hər ay ödəyir iddiaçıya “Yaşat” Fondundan bildirilmişdir ki, sığorta kreditinin bir qismini yerdə qalan qismini isə özləri tərəfdən ödəniləcəkdir. Buna görə də iddiaçı həm mərkəzi banka, həm də cənab Prezidentə müraciətlər etmişdir. Bir daha vurğulayır ki, bankdan iddiaçıya heç bir bildiriş gəlməmişdir. Halbuki, qanun birbaşa tələbkarın üzərinə qanunvericiliklə müəyyən edilmiş bildirişin göndərilməsi öhdəliyini qoymuşdur. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsinə əsasən Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Borcun ödənilməmiş hissə üzrə icra qeydinin aparılmaması dedikdə; Tələbkar icra qeydinin verilməsi barədə notariat ofisinə təqdim etdiyi ərizəyə əlavə etdiyi sənədlərdə kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlini əlavə etməmiş və icra qeydinin verildiyi günə borclunun banka olan gecikdirilmiş borc barədə maliyyə arayışı olmadığından Təlimatın 162-ci bəndində göstərilən icra qeydinin qalıq borca nisbətdə verilməsi ilə bağlı tələbi pozulmuşdur. Belə ki, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci maddəsinə əsasən Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Belə olan halda notarat orqanı mövcud borc öhdəliyi barədə əlavə sənədlər və arayışlar təqdim etməli olduğu halda bunu etməyərək qanunvericiliyin tələblərinə cavabvermədən əsasız icra qeydi verilmişdir. İcra qeydinin verilməsinə dair müraciət elektron qaydada təqdim edilməməsi dedikdə; Qanunvericiliyin və təlimatın tələblərinə əsasən icra qeydinin verilməsi ilə əlaqədar tələbkarın müraciəti fiziki şəxslər istisna olmaqla bütün hüquqi şəxslər və dövlət orqanları yalnız elektron qaydada həyata keçirməlidir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 161-ci maddəsinə əsasən İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Göründüyü kimi bu hissədə də tələbkar (hüquqi şəxs) tələskənliyə yol verərək icra qeydinin verilməsini elektron formada deyil yazılı qaydada şəxsən notariat orqanına təqdim etmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi məktubla ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 ASC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının iştirakları olmadan keçirərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, Maraqlı şəxs2 ASC ilə İddiaçı məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 11/18, mənzil 26 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 39928,60 manat pul tutulması təklif edilmişdir. İcra qeydi xx.xx.2022-ci il tarixdə aparılmışdır. Borclu İddiaçı ilə tələbkar "xxxx" ASC Notariat icra qeydi haqqında ərizədən görünür ki, göndərilən bildirişin poçt qəbzinin nömrəsi 335990, göndərilmə tarixi xx.xx.2022, göndərildiyi ünvan ünvan 1 verilməmişdir. Mənzilin alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, QSC "xxxx" KB ilə İddiaçı arasında ünvan 2 ünvanı üzrə alqı- satqı və ipoteka müqaviləsinin elementlərini özündə birləşdirən qarışıq müqavilə bağlanmışdır. 1xx/xx/2295/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, X1 QSC “Bank Standart” KB-dən 44800 manat 300 ay müddətinə faizlər ödənilmək şərti ilə kredit götürmüşdür. M\03-9776 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Maraqlı şəxs2 ASC ilə "xxxx" ASC arasında bağlanmış 03 oktyabr 2016-cı il tarixli xidmət müqaviləsinə əsasən İddiaçı və "xxxx" QSC müqaviləsinə əsasən illik 4% dərəcəsi ilə 300 ay müddətinə, 44800 manat məbləğində Azərbaycan İpoteka Fondunun vəsaitin hesabına ipoteka krediti verilmişdir. xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı xx.xx.2022-ci il tarixinə "xxxx" ASC-yə cəmi borcu 39 832.15 manat, əsas borc üzrə 35 789.08 manat, faiz borcu üzrə 1 347.69 manat, dəbbə pulu 2 695.38 manat təşkil edir. M\11-9878 saylı, xx.xx.2022-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, İddiaçı 140\14\2295\14 saylı Kredit müqaviləsi üzrə öhdəlikləri 21 gün ərzində icra etmədiyi halda Azərbaycan Respublikası “İpoteka Haqqında” qanununun 34-38-ci maddələrinə əsasən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldiləcəkdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışdan görünür ki, X3 məxsus Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 11/18, mənzil 26 25.06.201-cü ildən-xx.xx.2039-cu ilədək QSC "xxxx" KB-nin xeyrinə yüklü edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallardatələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 79-cu bəndinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə* “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Maddə 161. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş "Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə. “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər.Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat" informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə era qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı: təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri- sommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı. soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı. hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı. vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında '"Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə "X2 Sistemf'nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169- 1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Maddə 165. İcra qeydi borcu müəyyən edən sənədin əslində qeyd olunur. İcra qeydi borcu müəyyən edən sənəddən ayrılıqda aparılmır. Öhdəliyin icrasının təmin edilməsi üsulu kimi ipoteka (girov) seçildikdə, icra qeydi ipoteka (girov) müqaviləsində aparılır. Borcu müəyyən edən sənədə əsasən borcu hissə-hissə tutmaq lazım olduqda, hər bir sənəd üzrə icra qeydi borc sənədinin surətində və ya borclunun şəxsi hesabından çıxarışda qeyd oluna bilər və həmin hallarda borcu müəyyən edən sənəddə tutulmalı olan məbləğ notariat reyestrində qeydə alınma tarixi və nömrəsi göstərilməklə, aparılmış icra qeydi haqqında qeyd yazılır. Maddə 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda: d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, e-eümtedəH birgə ipoteka saxlayanlara, habelə ""Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda:-^1 e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. İpoteka müqaviləsində ipoteka predmetinin hərracda satılması üsulu müəyyən edildikdə, icra qeydi bu Təlimatın 161-ci hissəsinə (üçüncü abzası istisna olmaqla) uyğun olaraq aparılır. “İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunu Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın vönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızma əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasmda həyata keçirilir. Maddə 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasmda satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasmda ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini davandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qivmətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan rərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait tesabına ona qaytarılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı pərannın 8-ci bəndinə əsasən, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin apan İmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Xzərbaycan Respublikasının 10 iyun 2011ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. İşin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, notariat ofisi borcun ödənilməsi barədə ərizəçiyə yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək, yalnız kredit və ipoteka müqaviləsinə əsaslanmaqla, həmin müqavilə üzrə yoxlama aparmadan əsassız icra qeydi vermiş və bununla da “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, 79-cu maddələrinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci maddəsinin tələbləri pozularaq, aparılmış icra qeydi icra üçün göndərilmişdir. Bundan başqa tələbkar borcu təsdiq edəcək maliyyə arayışını icra qeydinin verilməsinə dair ərizəyə əlavə etməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən tələbkar borcluya müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada bildiriş göndərməli olduğu halda sadə ümumi əsaslarla bildiriş göndərməklə kifayətlənmişdir. Hətta həmin bildiriş iddiaçıya və ya ailə üzvlərinə belə çatdırılmamışdır. Qanun birbaşa tələbkarın üzərinə qanunvericiliklə müəyyən edilmiş bildirişin göndərilməsi öhdəliyini qoymuşdur. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsinə əsasən Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Tələbkar icra qeydinin verilməsi barədə notariat ofisinə təqdim etdiyi ərizəyə əlavə etdiyi sənədlərdə kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlini əlavə etməmiş və icra qeydinin verildiyi günə borclunun banka olan gecikdirilmiş borc barədə maliyyə arayışı olmadığından Təlimatın 162-ci bəndində göstərilən icra qeydinin qalıq borca nisbətdə verilməsi ilə bağlı tələbi pozulmuşdur. Belə ki, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci maddəsinə əsasən Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Belə olan halda notarat orqanı mövcud borc öhdəliyi barədə əlavə sənədlər və arayışlar təqdim etməli olduğu halda bunu etməyərək qanunvericiliyin tələblərinə cavabvermədən əsasız icra qeydi verilmişdir. Qanunvericiliyin və təlimatın tələblərinə əsasən icra qeydinin verilməsi ilə əlaqədar tələbkarın müraciəti fiziki şəxslər istisna olmaqla bütün hüquqi şəxslər və dövlət orqanları yalnız elektron qaydada həyata keçirməlidir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 161-ci maddəsinə əsasən İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Göründüyü kimi bu hissədə də tələbkar (hüquqi şəxs) tələskənliyə yol verərək icra qeydinin verilməsini elektron formada deyil yazılı qaydada şəxsən notariat orqanına təqdim etmişlər. Göründüyü kimi İcra qeydinin verilməsi zamanı “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin və “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı Qərarının tələbləri pozulmuşdur. Odur ki, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-19092 saylı icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-19092 saylı icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar