Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-274/2023 09.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onların azyaşlı ailə üzvləri olan xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü Allahverdi Tunar Samir oğlunun ünvan 1 ünvanda yerləşən mənzilinə olan istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzili o, Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. Bu mənzilə olan mülkiyyət hüquqları qeydiyyatdan keçmişdir və buna dair çıxarış verilmişdir. Aralarında bağlanmış müqavilədə cavabdeh ona 3-cü şəxslərin hüquqlarından azad daşınmaz əmlakı verməyi, mənzili xx.xx.2018-ci il tarixdə ona təhvil verməyi və xx.xx.2018-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Mənzil ona təhvil verilmiş və cavabdehlər azyaşlı ailə üzvləri ilə birlikdə mənzili boşaltmışlar. 14 saylı MKS-nin xx.xx.2022-ci il tarixli 532 saylı arayışından da görünür ki, cavabdehlər azyaşlı uşaqları ilə birlikdə mənzili satıb köçüb getmişlər və mənzildə yaşamırlar. Lakin bu günə qədər cavabdehlər mənzildən pasport qeydiyyatından çıxmaq öhdəliklərini yerinə yetirməmişlər. Keçmiş mülkiyyətçinin ailə üzvləri olan digər cavabdehlər də mənzil satılarkən buna razılıq barədə notarial qaydada təsdiq edilmiş ərizələr vermişlər. Bu halda cavabdehlərin mənzildən istifadə hüquqları itirilmişdir. Çünki mənzildən mülkiyyət hüququnu başqa şəxsə verməklə cavabdehlər bu mənzilə dair həm mülkiyyət, həm də istifadə hüquqlarını itirmişlər. Onların onun mənzilində pasport qeydiyyatlarının qalması onun bir mülkiyyətçi kimi hüquqlarını pozur, eləcə də mülkiyyətə dair hüquqlarını həyata keçirməyinə məhdudiyyətlər yaradır. Cavabdehlərin bu mənzildə mülkiyyətçi və ailə üzvləri kimi mənzildən istifadə hüquqları olmuşdur, mənzili satmaqla həm mülkiyyət hüquqları, həm də mənzildən istifadə hüquqlarını itirmişlər. Bunları nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzili 5 il bundan qabaq almış və cavabdehlər 1 il ərzində onun mənzilindən qeydiyyatdan çıxacaqlarına söz vermişdilər. Həqiqətən də mənzili alarkən 500 manat pulu az ödəmişdilər. Belə ki, onlar cavadehlə mənzildən qeydiyyatdan çıxacaqları gün həmin pulu ödəyəcəyi barədə razılaşmışdır. Lakin bu gün həmin pulun bir hissəsi kommunal xərclər, bir hissəsi məhkəmə xərcləri üçün istifadə edilmişdir. eyni zamanda cavabdehlər 2018-ci ildə qeydiyyatdan çıxmalı olduqları halda, hal-hazırki vaxtadək qeydiyyatdan çıxmamışlar. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirdi ki, mübahisəli mənzili satmış və onun əvəzində yeni ev almışdır. Lakin aldığı yeni evin pulunu tam ödəmədəyi üçün həmin evə qeydiyyata düşə bilməmişdir. Bu ilin 20 fevralınadək bu məsələ tam həllini tapacaq. Qeyd edir ki, cavabdehlərdən Aynur bacısıdır və o, rayonda yaşayır, iş üzrə digər cavabdeh Səliqə isə onun yoldaşıdır. Bundan əlavə onu da bildirir ki, o, iddiaçı tərəfindən ödənilmiş kommunal xərcləri ödəməyə hazırdır. Lakin məhkəmə xərclərini ödəmək fikri yoxdur. Belə ki, iddiaçı ilə aralarında olan bu məsələ məhkəmədən kənar da həll oluna bilərdi. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasının məhkəmədən xahiş etdi. Cavabdehlər X1 və Cavabdeh3 məlum olan axırıncı yaşayış yeri üzrə ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilsə də, bildirişin üzərinə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 14 saylı Mənzil Kommunal Sahəsi tərəfindən onların həmin ünvanda yaşamaması barədə qeyd yazılaraq, bildirişlər məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehlər X1 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 54, 37 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 54, 37 saylı mənzili 45000 (qırx beş min) manata Cavabdeh1 almışdır. Həmin müqavilənin 13-cü bəndinə görə satıcı xx.xx.2018-ci il tarixədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, X4, Cavabdeh3 və onların azyaşlı övladları xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü Allahverdi Tunar Samir oğlu Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 54, 37 saylı mənzildə qeydiyyatdadırlar. Göründüyü kimi, İddiaçı adına Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 54, 37 saylı mənzilinə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o həmin evə mülkiyyət hüququ əldə etmişdir. Mənzilin əvvəlki ev sahibi və ailə üzvləri evi boşaldaraq mənzili İddiaçı təhvil vermiş, özlərinə isə başqa bir yaşayış yeri seçmişlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması İddiaçı göstərilən mənzillə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və onların azyaşlı övladları xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü Allahverdi Tunar Samir oğlunun Sumqayıt şəhəri 9-cu mikrorayon, ev 54, 37 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, X4, Cavabdeh3 və onların azyaşlı övladları xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü Allahverdi Tunar Samir oğlunun Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 54, 37 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-274/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-274/2023
09.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver