Məhkəmə qərarları › İş №2(060)-2906/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2906/2023

19.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2906/2023 19.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 xx.xx.1954-cü il təvəllüdlü, Cavabdeh2 xx.xx.1976-cı il təvəllüdlü, Cavabdeh3 xx.xx.1978ci il təvəllüdlü, Cavabdeh4 xx.xx.1999-cu il təvəllüdlü və xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh5 Sumqayıt şəhəri, 10-cu mikrorayon, 27 saylı evin 1-ci mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ünvanında yerləşən 27 saylı evin 1-ci mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzilə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci ildə, MA seriyalı ******* saylı çıxarış verilmişdir. Həmin mənzil “Daşınmaz əmlakın alqı-satqısı” müqaviləsi əsasında alınmışdır. Cavabdehlər mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvləridir. Cavabdehlərin mənzilində qeydiyyatda olması mənzil hüquqlarının həyata keçirilməsinə mane olur. Əlavə xərclər çəkilməsinə səbəb olur. Cavabdehlərin qeydiyyatı formal xarakter daşıyır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, birbaşa poçta getmiş, məktubu gətirən poçtalyonda Cavabdeh2 əlaqə nömrəsi olmuş, onunla əlaqə saxlamış, gəlmiş, imzalamış və götürmüşdür. Cavabdeh5 başqa digərləri onun ailə üzvləridir. O da demişdir ki, onun yanında yığsınlar və məlumat versinlər. Cavabdeh5 daxil olmaqla həmin şəxslərlə qohumluq əlaqələri yoxdur. Evi aldıqda həmin şəxslər qeydiyyatda olmuşlar. Mənzili Cavabdeh2 almışdır. Cavabdeh5 tanımır. Quliyev Məhərrəmi isə alqı-satqı zamanı tanımışdır. Bugün üçün mənzilin onun olduğunu qeyd edir. Əlavə insanların həmin mənzilə qeydiyyatının olmasının lüzumsuz olduğunu bildirir. Həmin şəxslərin qeydiyyatda olması öz növbəsində kommunal xərclərə də öz təsirini göstərir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, İddiaçı izahatını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş notarial qaydada təsdiq olunmuş çıxarışın surətindən görünür ki, hüququ rəsmiləşdirilən şəxs İddiaçı olmaqla, ünvan 1 ünvanında yerləşən 66.10 kvadrat metr sahəsi olan mənzil növündə daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında **********23-05101-093052 reyestr nömrəsi ilə İddiaçı adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 16 saylı Mənzil-Kommunal Sahəsinin 1330 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Mənzil 3 otaqlıdır, sahəsi 39.6 kv.metrdir. Mənzil 9 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşir. Mənzil şəraiti kommunal şəraitli mənzilin daxil olduğu sektor özəldir. Mənzil sahibi İddiaçı ailə üzvlərinin sayı bir nəfərdən ibarətdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki,İddiaçı Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. 12 yanvar 2016-cı il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. İddia tələbinin əsaslı olması cavabdehlərin qeydiyyatda olduğu ünvanda yaşamamaları, yalnız qeydiyyatda qalmaqla iddiaçının hüquqlarından sərbəst istifadə etməsinə mane olmaları, mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırması və gerçəkləşdirməsinə maneçilik törədilməsi ilə ifadə olunur. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 27, 1 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 27, 1 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar