Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-291/2023 06.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin azyaşlı X3 və X8 oğlu ilə birlikdə ünvan 2 saylı mənzildən istifadə hüquqlaının itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 8A , 24 saylı mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin mənzili anası X4 xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsi ilə iddiaçıya bağışlamışdır. İddiaçının anası ilə Cavabdeh2 arasında bağlanmış eyni tarixli müqaviləyə əsasən sonuncu 15000 manat müqabilində sözügedən mənzildən 2 ay müddətində qediyyatdan çıxmağı öhdəsinə götürmüş və mənzilin özgəninkiləşdirilməsinə etiraz etmədiyini bildirmiş, heç bir iddia tələbinin və şikayətin olmamasını göstərmişdir. Həmin müqavilə də hazıradək qüvvədədir. Həmçinin digər cavabdeh olan iddiaçının qardaşı Cavabdeh1 mənzilin özgəninkiləşdirilməsinə etirazının olmadığı və mənzili tərk edərək pasport qeydiyyatından çıxacağı barədə notarial qaydada ərizə vermişdir. Bu tarixdən etibarən cavabdehlər müqaviləyə və ərizələrinə uyğun olaraq mənzildən çıxsalar da, indiyədək pasport qeydiyyatından çıxmamışlar. Bu isə mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur, əlavə kommunal xərclər yaradır. Cavabdeh2 Sumqayıt şəhəri, 10-cu mikrorayonda həyat yoldaşının adına mənzili vardır. Cavabdeh1 isə daimi olaraq Rusiya Federasiyasında yaşayır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlər sözügedən mənzildə yaşamırlar. Onların ayrı yaşayış yerləri var. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, özünün ayrıca evi var. O, sözügedən mənzildə yaşamır. Hazırkı iddia tələbi ilə bağlı aralarında mübahisə yoxdur. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1982-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh1 xx.xx.1976-cı ildə, Cavabdeh2 isə xx.xx.1978-ci ildə anadan olmuşlar. Cavabdehlər də mübahisəli mənzildə qeydiyyatdadırlar. Mübahisəli mənzildə həmçinin Cavabdeh2 uşaqları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X8 oğlu qeydiyyatdadırlar. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X5 mübahisəli mənzili iddiaçıya bağışlamışdır. Cavabdeh2 notariat ofisinə təqdim etdiyi **********417 saylı ərizəsində qeydiyyatda olduğu mübahisəli mənzilin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka ilə yüklü edilməsinə və istənilən qaydada özgəninkiləşdirilməsinə etiraz etmədiyini bildirmiş, müqavilədə nəzərdə tutulmuş (2 ay) müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh1notariat ofisinə təqdim etdiyi **********415 saylı ərizəsində qeydiyyatda olduğu mübahisəli mənzilin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka ilə yüklü edilməsinə və istənilən qaydada özgəninkiləşdirilməsinə etiraz etmədiyini bildirmiş, müqavilədə nəzərdə tutulmuş (2 ay) müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. X5 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X5 15 000 manat məbləğində pul vəsaitini Cavabdeh2 xeyrinə ödənilməsi, Cavabdeh2 isə öz növbəsində X2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən 2 ay müddətində qeydiyyatdan çıxamağı, mənzilin özgəninkiləşdirilməsinə (satmaq, bağışlamaq, ipoteka (girov) qoymaq) etiraz etmir. X6 razılaşdırılmış 15 000 manatı halhazırda tam olaraq notariat ofisinin "xxxx" ASC Sumqayıt 8 saylı filialı vasitəsi ilə depozit hesabına qoyaraq Cavabdeh2 tam olaraq ödədi və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzildən 2 ay müddətində qeydiyyatdan çıxamağı, mənzilin özgəninkiləşdirilməsinə (satmaq, bağışlamaq, ipoteka (girov) qoymaq) etiraz etmir və mənzilə dair heç bir iddia tələbinin və şikayətinin olmamasını öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). İşdən göründüyü mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə idiaçıya məxsusdur. Müəyyən edilmişdir ki, cavabdehlər artıq mübahisəli mənzildə yaşamırlar və onların başqa yaşayış yerləri vardır. Cavabdehlərin mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacları aradan qalxmışdır. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüququna xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirildiyi üçün onlarla birlikdə yaşayan ailə üzvləri olan yetkinlik yaşına çatmayan X1 və X8 oğlunun da mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və yetkinlik yaşına çatmayan X1 və X8 oğlunun ünvan 2 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab olunsun. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-291/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-291/2023
06.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver