Məhkəmə qərarları › İş №2(060)-2930/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2930/2020

16.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2930/2020 16.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhər üzrə İcra İdarəsinə, “xxxx” QSC-yə və “X2 Mərkəzi” MMC-yə qarşı «hərracın və onun nəticələri haqqında protokolun ləğv olunması və mülkiyyət hüququnun bərpa olunması tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Sumqayıt şəhər üzrə İcra İdarəsinə, “xxxx” QSC-yə və “X2 Mərkəzi” MMC-yə qarşı «hərracın və onun nəticələri haqqında protokolun ləğv olunması və mülkiyyət hüququnun bərpa olunması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli, Y-16/6 nömrəli protokolun və onun nəticələrinin ləğv olunması, onun mülkiyyət hüququnun bərpa edilməsi, məhkəməyə verilmiş ərizəyə görə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunduqdan sonra xəbər tutmuşdur ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 77-ci məhəllə, 194 “B” (Yeni qaydalarla - AZ5021, Sumqayıt ş., Corat qəs., Nəcəfbəy Vəzirov küç., 80) ünvanında yerləşən və mülkiyyətində olan daşınmaz əmlak hərrac vasitəsilə satılmışdır. Hərracın yekunlarına dair protokolu istədikdə ona həmin sənədin sadəcə surəti təqdim olunmuşdur. Sənədin nə əsli, nə də təsdiqlənmiş surəti olmadığından onu qəbul etməkdən imtina etmiş, çünki, belə bir sənədi məhkəməyə təqdim edə bilməzdir. xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən rəsmi daxil olan məktubda da protokolun nə əsli, nə də təsdiqlənmiş surəti olmadığından bir daha Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət etmiş və xx.xx.2020-ci il tarixdə həmin sənədi əldə edə bilmişdir. Hesab edir ki, hərracın nəticələri haqqında xx.xx.2020-ci il tarixli, Y-16/6 nömrəli protokol və onun nəticələri ləğv olunmalı və onun mülkiyyət hüququ bərpa edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Yuxarıda qeyd olunanlara baxmayaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsi onu nə qərar barədə məlumatlandırmış, nə də ona tələbin tərəfindən könüllü icrası üçün müddət təyin etmişdir. Onu da qeyd edir ki, icra sənədinə əsas olmuş 2(105)-3593/2018 saylı mülki iş üzrə çıxarılmış məhkəmə qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)- 1845/2019 saylı qərarı ilə mülki iş yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsində qeyd olunan iş hakim cənab Telman Quliyevin icraatına qəbul edilmişdir və qərar çıxarılmışdır. Həmin 2(105)- 2402/2019 saylı mülki iş üzrə qəbul edilmiş qətnaməni o, bu günə kimi almamışdır. Alan kimi ondan kassasiya şikayəti vermək niyyətindədir. Lakin qətnaməni hələ də almadığına və ondan apelyasiya şikayəti vermək hüququnun olmasına baxmayaraq verilmiş icra vərəqəsi üzrə icra hərəkətləri davam etdirilir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İpoteka haqqında” Azərbaycan Respublikalı Qanunun 42-ci maddələrinin tələblərinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirməli və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməlidir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, hərracın keçiriləcəyi barədə hərracın təşkilatçısı olmuş “X2 Mərkəzi” MMC də ona heç bir məlumat verməmişdir. Yuxarıda qeyd olunanlar hərracın keçirilməsi qaydalarının kobud surətdə pozulması ilə yanaşı həmçinin onun hüquqlarının da pozulması deməkdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.3-cü maddəsinə əsasən o və ailə üzvləri, ipoteka qoyan kimi, hərracda alıcı qismində iştirak edə bilər. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, mübahisəli mənzillə bağlı məhkəmənin qətnaməsi qanuni qüvvəsini almış və icra edilmişdir. Həmin qətnamənin icrası zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Hesab edir ki, iddia tələbində qeyd edilənlər həqiqəti əks etdirmir. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi və “X2 Mərkəzi” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilməli və onun rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Y-16/6 saylı, xx.xx.2020-ci il tarixli “X1” hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, X3 məxsus Sumqayıt şəhəri Corat qəsəbəsi, 77-ci məhəllə, 194B saylı fərdi yaşayış evi və 0.0450 ha torpaq sahəsi (Yeni qaydalarla: Sumqayıt şəhəri, Corat qəsəbəsi, Nəcəfbəy Vəzirov küçəsi, 80 ünvanında yerləşən 0.0450 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin) ilkin satış qiyməti 50.822 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% enmiş, əmlakın satılmış son qiyməti isə 32.399 manat müəyyən edilmiş və həmin mənzil “xxxx” ASC tərəfindən alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİ bəndinə əsasən Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, X3 məxsus Sumqayıt şəhəri Corat qəsəbəsi, 77-ci məhəllə, 194B saylı fərdi yaşayış evi və 0.0450 ha torpaq sahəsi (Yeni qaydalarla: Sumqayıt şəhəri, Corat qəsəbəsi, Nəcəfbəy Vəzirov küçəsi, 80 ünvanında yerləşən 0.0450 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin) ilkin satış qiyməti 50.822 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% enmiş, əmlakın satılmış son qiyməti isə 32.399 manat müəyyən edilmiş və həmin mənzil “xxxx” ASC tərəfindən alınmışdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, X3 məxsus Sumqayıt şəhəri Corat qəsəbəsi, 77-ci məhəllə, 194B saylı fərdi yaşayış evi və 0.0450 ha torpaq sahəsi (Yeni qaydalarla: Sumqayıt şəhəri, Corat qəsəbəsi, Nəcəfbəy Vəzirov küçəsi, 80 ünvanında yerləşən 0.0450 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin) satışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi halı aşkarlanmamış, qeyd olunan əmlakın hərrac vasitəsi ilə satılması qanuni qüvvəsini almış məhkəmə qərarları əsasında qanunvericiliyə uyğun baş tutmuşdur. Bundan başqa iddiaçı iddia tələbində protokolun və onun nəticələrinin ləğv olunması ilə yanaşı onun mülkiyyət hüququnun bərpa olunmasını da xahiş etmişdir. Halbuki, işdən görünür ki, hərracda satılan əmlakın mülkiyyətçisi X5 olmuşdur. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları və işin faktiki hallarını qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Sumqayıt şəhər üzrə İcra İdarəsinə, “xxxx” QSC-yə və “X2 Mərkəzi” MMC-yə qarşı «hərracın və onun nəticələri haqqında protokolun ləğv olunması və mülkiyyət hüququnun bərpa olunması tələbinə» dair iddiası əsassız hesab edilərək rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Sumqayıt şəhər üzrə İcra İdarəsinə, “xxxx” QSC-yə və “X2 Mərkəzi” MMC-yə qarşı «hərracın və onun nəticələri haqqında protokolun ləğv olunması və mülkiyyət hüququnun bərpa olunması tələbinə» dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar