Məhkəmə qərarları › İş №2(060)-2935/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2935/2023

24.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2935/2023 24.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə acıq məhkəmə içlasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçın iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanındakı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanını 28 yanvar 2023-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən onun mülkiyyətindədir. Cavabdeh keçmiş mülkiyyət sahibidir. Cavabdeh mülkiyyəti ona satdıqdan sonra ölkədən gedib və indiyə qədər onun mülkiyyətində qeydiyyatda qalmışdır. Cavabdehin günahı ucbatından mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Mənzil və kommunal xidmətləri haqqını artıq məbləğdə ödəməyə məcburdur. Hesab edir ki, cavabdeh mülkiyyəti ona satdığı və alqı-satqı müqaviləsinin bağlandığı gündən mənzildən istifadə etmək hüququnu itirmişdir. İddiaçı iddia tələbini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh N.H.Səhrətov məhkəməyə ərizə göndərərək, iddianın qəbul etməsini, hazırda Rusiya Federasiyasına daimi yaşamaq üçün getməsi ilə əlaqədar olaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatı dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 28 yanvar 2023-cü il tarixli Alqı-satqı müqaviləsinin surətindən görünür ki, E.Səhratova Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 94, 27 saylı mənzili 30.000 manata İddiaçı satmışdır. İşə əlavə olan, ƏMDX-nin DƏDK və Reyestri Publik Hüquqi şəxs tərəfindən 07 fevral 2023-cü il tarixli **********44 qeydiyyat nömrəli “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 94, 27 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt şəhəri İcra Hakimiyyəti MKS-i tərəfindən 06 aprel 2023-cü il tarixli ******* saylı forma arayışdan görünür ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 94, 27 saylı mənzildə Cavabdeh qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitam mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təstiqlənin yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsində istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, cavabdeh iddiaçının ailə üzvü olmamışdır, hazırda cavabdeh Rusifa Federasiyasında yaşayır və mübahisə mənzilə istifadə hüququnu itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ilə ünvan 1-ə istifadə hüququ itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar