Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2984/2025 19.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi ilə, İddiaçı Cavabdeh1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı «avtomobil üzərində pay bölgüsü ilə bağlı məhdudiyyətin götürülməsi və icraata xitam verilməsi» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(*6*)- 4998/2*22 saylı iş üzrə qəbul edilmiş qətnaməsinə əsasən avtomobil üzərində tətbiq edilmiş pay bölgüsü ilə bağlı məhdudiyyətin ləğv edilməsi, icra işinə xitam verilməsi və məhdudiyyətin aradan qaldırılması ilə bağlı Cavabdeh1nə göstəriş verilməsi, bu barədə müvafiq qurumlara (İcra və Probasiya Şöbəsi, Azərbaycan Respublikası BDYPİ) rəsmi bildiriş göndərilməsinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandıdırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(*6*)- 4998/2*22 saylı, 16 sentyabr 2*22-ci il tarixli qətnaməsinə əsasən, nikah dövründə əldə etdiyi 99TF655 dövlət qeydiyyat nişanlı KİA Optima markalı nəqliyyat vasitəsinin ½ hissəsinin ona və digər hissəsinin isə həyat yoldaşına aid olması ilə bağlı qərar qəbul edilmişdir. Hazırda onların arasında heç bir mübahisə və qarşılıqlı tələb mövcud olmadığından notarial qaydada təsdiq edilmiş imtina ərizəsi icra xidmətinə təqdim edilmiş, lakin avtomobilə sərəncam vermək üçün dövlət orqanlarına müraciət etdikdə, məhkəmənin pay bölgüsü ilə bağlı qərarına əsasən nəqliyyat vasitəsi üzərində məhdudiyyət olduğu bildirilib.Hazırda aralarında heç bir mübahisə və ya qarşılıqlı tələb olmadığından notarial qaydada təsdiq edilmiş, lakin avtomobilə sərəncam vermək üçün dövlət orqanlarına müraciət etdikd, məhkəmənin pay bölgüsü ilə bağlı qərarına əsasən nəqliyyat vasitəsi üzərində məhdudiyyət olduğu bildirilib. Bu məhdudiyyət səbəbindən nəqliyyat vaistəsinin satışını və ya başqa hüquqi əməliyyatları həyata keçirə bilmir. Məhdudiyyətin aradan qaldırılması üçün dəfələrlə İcra Ximdətinə müraciət etməsinə baxmayaraq, icra xidməti məhdudiyyətin aradan qaldırılması üçün məhkəmənin qərarının vacib olduğunu bildirmişdir. Bu səbəbdən öhdəliklərin yerinə yetirildiyini və aralarında hər hansı mübahisənin qalmadığını nəzərə alaraq, məhudiyyətin ləğv edilməsi və icraatın dayandırılması üçün yenidən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsi icraata qəbul edilə bilməz. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2*22-ci il tarixli, e-2(*6*)-4998/2*22 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə olunmuş ** TF *** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı minik avtomobilinin və "xxxx" ASC-yə qoyulan pul əmanəti (49** manat) üzərində İddiaçı payının ½ hissədə və cavabdeh X1 payının ½ hissədə müəyyən edilməsi qərara alınmışdır. Həmin qətnamə icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və həmin İdarənin 14 noyabr 2*22-ci il tarixli məktubu ilə icra sənədi icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanladığı 2*22-ci il tarixli məktubun surətindən görünür ki, X2 məxsus Kia Optima markalı 99TF655 dövlət qeydiyyat nişanlı avtomaşının mərkəzi informasiya sistemində 2/1 hissədə paylara bölünməsi barədə qeyd aparılmışdır. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Kia Optima markalı 99TF655 dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(*6*)-4998/2*22 saylı, 13 yanvar 2*25-ci il tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. Həmin qərardadda ərizənin geri qaytarılmasının əsası kimi İddiaçı X2 qarşı birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair 2(*6*)-4998/2*22 saylı mülki iş üzrə hər hansı müvəqqəti təminat tədbirinin görülmədiyi, 99TF655 dövlət qeydiyyat nişanlı, Kia Optima markalı avtomobilin üzərinə həbs qoyulmadığı göstərilmişdir. Hazırda İddiaçı ərizə ilə yenidən məhkəməyə müraciət edərək sözügedən avtomobilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə iddiaçının tələbinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə aid hissəsinə münasibətdə qeyd edir ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2*22-ci il tarixli, e- 2(*6*)-4998/2*22 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun hərəkətlərindən narazıdır. Belə ki, hesab edir ki, icra məmuru tərəfindən sözügedən avtomobilin üzərinə məhdudiyyət qoyulub, bu məhdudiyyətin aradan qaldırılmasını və icra işinə xitam verilməsini məhkəmədən xahiş edir. Bununla bağlı qeyd olunmalıdır ki, məhkəmə qətnamələrinin icrasına nəzarət həmin qətnaməni qəbul etmiş məhkəmə tərəfindən icra icraatı qaydasında həyata keçirilir. Bu halda tələbkar və ya borclu icra məmurunun hər hansı hərəkətindən və ya həkətsizliyindən narazı olduğu təqdirdə icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, icra məmurunun məhkəmə qətnaməsinin icrası ilə bağlı hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətə məhkəmədə iddia icraatı qaydasında baxıla bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2*-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1* oktyabr 2*17-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 23*), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir.” Digər cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə gəldikdə isə məhkəmə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1* aprel 2*15-ci il tarixli 4 saylı Qərarına istinadən qeyd edir ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə olan halda məhkəmə hesa edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi inzibati orqan olduğundan onun faktiki xarakterli hərəkətlərindən (fəaliyyətindən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı «avtomobil üzərində pay bölgüsü ilə bağlı məhdudiyyətin götürülməsi və icraata xitam verilməsi» tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İddiaçıya izah olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2*22-ci il tarixli, e-2(*6*)-4998/2*22 saylı qətnaməsinin icrası ilə bağlı Sumqayıt şəhəri üzrə İcra İdarəsinin hərəkətlərindən və ya hərəkətsizliyindən, qəbul etdiyi aktlardan şikayətə icra icraatı qaydasında həmin qətnaməni qəbul etmiş məhkəməyə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətlə isə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı «avtomobil üzərində pay bölgüsü ilə bağlı məhdudiyyətin götürülməsi və icraata xitam verilməsi» tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və əlavə edilmiş sənədlər iddiaçıya rəsmi qaydada təqdim olunsun. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-2984/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2984/2025
19.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver