Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2994/2020 13.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı və nümayəndəsi və vəkili X3 Cavabdehin nümayəndəsi və vəkili X14 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 47.000 manat maddi və 30.000 manat mənəvi ziyana görə pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2- 749/2008-ci il tarixli qətnaməsi ilə Cavabdeh X6, iddiaçı - İddiaçı, üçüncü şəxslər Sumqayıt şəhəri, 1 saylı DNK-na və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin X12rşı mənzilə vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi müddətinin bərpa olunması, mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə ilk iddia ərizəsi, həmçinin T.R.Ağabalayevin Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2-749/2008-ci il tarixli qətnaməsi ilə Cavabdeh X6 və iddiaçı - İddiaçı qarşı vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi müddətinin bərpa olunması, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair ilk iddia, həmçinin T.R.Ağabalayevin Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi barədə qarşılıqlı iddia rədd edilmişdir. Bu işlə bağlı uzun sürən məhkəmə çəkişmələri olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarı ilə yuxarıda göstərilən mülki iş üzrə bir sıra məsələlər həll olunmuşdur. X9 Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)- 115/2016 saylı qətnaməsi müəyyən etmişdir ki, X7 adından X8 ilə iddiaçı - İddiaçı arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli, 4Ə/1-34 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən ünvan 1 17 saylı ünvanda yerləşən mənzilin alqı-satqısı üçün ödənilmiş 14137,20 manat pulun X4 iddiaçı - İddiaçı xeyrinə tutulması qət edilmişdir. Müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılmasını qət edilmişdir. Göstərilən məbləğdə pulun iddiaçı - İddiaçı xeyrinə tutulması ilə qeyri-yaşayış sahəsinin X6 və Cavabdeh qaytarılması eyni vaxtda icra olunması qət edilmişdir. Məhkəmə qətnaməsi hal-hazırda qanuni qüvvəsini almışdır. Məhkəmə qətnaməsindən sonra daşınmaz əmlakın alqı-satqısını həyata keçirən Cavabdeh ilə iddiaçı - Mənsurov X2 Oktay Rzabala oğlunun mülkiyyətində olan 2/1 hissəsinin alqı-satqısını həyata keçirtmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı - İddiaçı hüquqları qeydiyyatdan keçmişdir. Hal-hazırda əmlakın 2/1 hissəsinin mülkiyyətçisi iddiaçı - İddiaçı, 2/1 hissəsinin mülkiyyətçisi isə Cavabdehdur. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, vaxtikən 1 otaqlı mənzil olmuş daşınmaz əmlakın təyinatı dəyişdirilmiş və iddiaçı - İddiaçı vəsaiti hesabına tam təmir olunmuşdur. Əvvəllər 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən 1 otaqlı mənzil tam təmirli qeyri-yaşayış sahəsinə çevrilmişdir. Cavabdeh heç bir vəsait sərf etmədən əmlakın 2/1 hissəsinin mülkiyyətçisidir. O zaman mənzilin dəyəri alqı-satqı müqaviləsində göstərildiyi 14137,20 manat olmuşdur. Deməli hal-hazırki cavabdehin payının dəyəri 7068 manat olmuşdur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, qeyri-yaşayış obyektinin bazar dəyəri 120.000 manatdır. Deməli cavabdehin 2/1 payının qiyməti hal-hazırda 60.000 manatdır. Halbuki 1 otaqlı mənzilin 2/1 payı 7068 manat olmuşdur. Cavabdeh mülkiyyətçi kimi öz mülkiyyətinə sahib olarsa, heç bir maddi vəsait hesab etmədən payının dəyəri 8,5 dəfə artmışdır. Məhkəmə qətnaməsi ilə mənzilin yaxşılaşdırılması ilə bağlı 13.000 manat pulun tutulması qət edilmişdir. 60.000 manatdan 13.000 manat çıxdıqda hal-hazırki real dəyərə görə cavabdeh ona 47.000 manat pul ödəməlidir. O, 1-ci qrup Qarabağ müharibəsinin əlilidir. 2008-ci ildən məhkəmələrə cəlb olunmuşdur. Bu illər ərzində kifayət qədər stres keçirtmişdir. Bütün bunlar onun səhhətinə mənfi təsir göstərmişdir. O, vurulmuş mənəvi ziyanı 30.000 manat dəyərləndirir. Qeyd olunanlara əsasən iddiaçı, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-115/2016 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmiş, lakin həmin qətnamə üzrə cavabdeh olan Mənsurov X5 şəhəri üzrə İcra İdarəsinə xx.xx.2016-cı il tarixli ərizəsi ilə müraciət edərək qətnamədə göstərilən ona çatası puldan imtina etmişdir. Həmçinin qeyd edir ki, iddiaçı cavabdehin qardaşı X8 ilə əlbir olaraq bilərəkdən müxtəlif predmetli əsassız iddialarla məhkəməyə müraciət etməklə qanuni qüvvəyə minmiş xx.xx.2014 və xx.xx.2016-cı il tarixli məhkəmə qətnamələrinin icrasına süni maneələr yaradır. Cavabdeh xx.xx.2013-cü il tarixindən mübahisəli mənzilin 1/2 hissəsinə mülkiyyət hüququnu əldə etməyinə baxmayaraq ondan istifadə, sahiblik və sərəncam vermə hüquqlarını həyata keçirə bilmir, iddiaçı isə cavabdehə məxsus daşınmaz əmlakdan kommersiya məqsədi ilə istifadə etməklə qanunsuz olaraq ondan faydalanır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 1/22 saylı evin, 17 saylı mənzilinin mülkiyyətçisi Cavabdehdur. - Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, X1 şəhəri, 36-cı məhəllədə yerləşən 1/22 saylı evin, 17 saylı mənzilini İddiaçı 51.500 manata satmışdır. - “AİS” Konsaltinq və Qiymətləndirmə şirkətinin AİS-309 saylı xx.xx.2012-ci il tarixli verdiyi rəyinə əsasən Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 1/22 saylı evin, 17 saylı mənzilinin xx.xx.2012-ci il tarixinə olan bazar dəyəri 120.000 manat təşkil edir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 88 saylı reyester kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 1/22-də yerləşən, 17 saylı mənzilin mülkiyyətçisi Cavabdeh və İddiaçıdur. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-07/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2008-ci il tarixli, 2-749/2008 saylı qətnaməsi qismən-ilk iddia ərizəsi üzrə Cavabdeh X6 və İddiaçı qarşı mənzilə dair bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsinin təmin edilməməsinə aid hissəsində ləğv edilməsi, həmin hissədə ilk iddia ərizəsinin təmin olunması, Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 1/22 nömrəli evin 1 otaqlı, yaşayış sahəsi 16,12 kv.metr, köməkçi sahəsi 12,77 k.metr olan 17-ci mənzilinə dair X8 ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə bağlanmış, Sumqayıt şəhəri, 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş, 4Ə/1-34 nömrəli reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, həmin mənzilə dair İddiaçıadına verilmiş xx.xx.2006-cı il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılmasına, real zərər də nəzərə alınmaqla X4 120.000 manat məbləğində pulun alınıb İddiaçı verilməsi, 120.000 manat məbləğində pulun ödənilməsi ilə Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 nömrəli evin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin (gözəllik salonu və valyuta dəyişmə məntəqəsinin) X6 qaytarılması eyni vaxtda icra edilməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, X7 adından X8 ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixli, 4Ə/1-34 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən ünvan 1 17 saylı ünvanda yerləşən mənzilin alqı-satqısı üçün ödənilmiş 14137,20 manat pul X4 İddiaçı xeyrinə tutulmuşdur. Həmin mənzilin yaxşılaşdırılmasına çəkilmiş 26.000 manat məbləğində vəsait X4 və Cavabdeh bərabər hissədə tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. -7912/16 saylı icra işindəki İddiaçı xx xxxxxxxx 2016-cı il tarixli ərizəsindən görünür ki, Cavabdeh ona ödəməli olduğu 27269,2 manat pulu istəmir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli əmlakın yəni, Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 1/22-də yerləşən, 17 saylı mənzilin mülkiyyətçisi Cavabdeh və İddiaçıdur. Məhkəmə qətnaməsi ilə mənzilin yaxşılaşdırılması ilə bağlı 13.000 manat pulun tutulması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1120.1-ci maddəsinə əsasən on dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Belə ki, Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarda eyni zamanda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri - əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X17 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qərarda həmçinin qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya” nın müddəaları və X17 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yuxarıda qeyd olunan maddi və mənəvi zərər tələbi ilə bağlı xüsusatların olması, onun yaranma əsasları və məbləğlərin formalaşması, habelə ziyanın həcmi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2994/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2994/2020
13.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver