Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-30/2021 09.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2, X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı darvazanın sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı darvazanın sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışlar ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-949 ünvanında yerləşən bağ sahəsində olan torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir, mülkiyyət hüququ dövlət tərəfindən 28.03.2007-ci il tarixdə, xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilərək, 5 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində, **********92 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla bağlı seriya MH ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" verilmiş, xüsusi mülkiyyətində olan torpaq sahəsinin göstəricilərini əks etdirən 27.03.2007- ci il tarixli Daşınmaz Əmlakın Pasportu tərtib edilmişdir. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 946 ünvanında yerləşən bağ evi və torpaq sahəsi İddiaçı2 xüsusi mülkiyyətindədir, mülkiyyət hüququ dövlət tərəfindən 19.11.2014-cü il tarixdə, xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilərək, 1 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində, **********62- 11301 reyestr nömrəsi ilə qeydiyyata alınıb. Bununla bağlı seriya RX ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" verilmiş, xüsusi mülkiyyətində olan bağ evinin texniki göstəricilərini əks etdirən 17.11.2014-cü il tarixli Texniki Pasportu tərtib edilmişdir.Onların xüsusi mülkiyyətlərində olan torpaq sahəsi və bağ evi qonşuluqda yerləşməklə yanaşıdır və həmin daşınmaz əmlaklara giriş-çıxış yolu da eynidir. Onlar əmlaklarına gedib gəlmək üçün bir yoldan istifadə edirlər, bu yol da yeganə giriş-çıxış yoludur. Qonşuluqda yerləşən torpaq sahələrinə və bağ evlərinə giriş-çıxış yolları hər biri üzrə başqa yerlərdəndir. Onlara məxsus əmlaklara giriş-çıxış yolundan heç bir qonşunun istifadəsi nəzərdə tutulmamışdır. Həmin yol qonşu divarlarla sərhəd təşkil edir və onların vəsaiti hesabına vaxtaşırı abadlaşdırılır və istifadə edilir. 2019-cu ilin aprel ayında cavabdeh qanunsuz olaraq onlara məxsus əmlaklara giriş-çıxış yoluna divarı sökərək qapı açmış və sökülmüş divara metal darvaza yerləşdirmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində demək olar ki, onlar öz əmlaklarından istifadə edə bilmirlər. Əksər hallarda cavabdehin qanunsuz açdığı qapının önündə avtomobilin dayanması və tikinti materiallarının yerləşdirilməsi nəticəsində yol tamamilə bağlanır. Nəticədə onlar öz əmlaklarından istifadə edə bilmir və əmlakları böyük risk altına atılır. Belə ki, cavabdehin qanunsuz əməlləri nəticəsində onlara məxsus bağ evinə və torpaq sahəsinə hər hansı nəqliyyat, o cümlədən yanğınsöndürən maşın, təcili-tibbi yardım maşını daxil ola bilmir. Cavabdehin onlara məxsus əmlaklara giriş-çıxış yoluna divarı sökərək açdığı qapı tamamı ilə qanunsuzdur. Belə ki, cavabdehə məxsus sahədən bu vaxta qədər həmin yola hər hansı qapı olmamışdır. Qeyd edilən yola qapının açılması barədə müvafiq dövlət orqanlarının razılığı və yaxud buna hüquq verən hər hansı qərarı yoxdur. Cavabdeh bu qapını özbaşına və tikinti norma və qaydalarının tələbini pozmaqla açmışdır. Cavabdehin bağ sahəsinə qapı hazırda mövcuddur və paralel küçədən olmaqla yanaşı uzun illərdir istifadə edilir. Hesab edirlər ki, cavabdehin qanunsuz əməli nəticəsində əmlaklarından maneəsiz istifadə hüququndan məhrum edilmişlər və bu cavabdehin qanunsuz olaraq onların yeganə giriş-çıxış yoluna qapı açmaqla baş vermişdir. İşin faktiki halları bir daha təsdiq edir ki, cavabdehin həmin qapını açmağa hüququ olmamış və onlara bu cür maneənin yaradılması cavabdehin birbaşa qanunsuz maraqlarına xidmət edir. Qeyd olunanlara əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B-949 nömrəli bağ sahəsində olan torpaq sahəsinin və İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 946 nömrəli bağ evinin yeganə giriş-çıxış yoluna qanunsuz açılmış qapının (metal darvazanın) sökülərək divarın əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsinin Cavabdeh1 həvalə edilməsi və iddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının Cavabdeh1 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-30/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi mülki iş üzrə cavabdeh qismində cəlb edilmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı darvazanın sökülməsi tələbinə dair iddia ərizəsinə əlavə verərək göstərmişlər ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-949 ünvanında yerləşən bağ sahəsində olan torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. Onun mülkiyyət hüququ dövlət tərəfindən 28.03.2007-ci il tarixdə, xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilərək, 5 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində, **********92 reyestr nömrəsi ilə qeydiyyata alınmış, bununla bağlı seriya MH ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" verilmiş, xüsusi mülkiyyətində olan torpaq sahəsinin göstəricilərini əks etdirən 27.03.2007- ci il tarixli Daşınmaz Əmlakın Pasportu tərtib edilmişdir. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 946 ünvanında yerləşən bağ evi və torpaq sahəsi İddiaçı2 xüsusi mülkiyyətindədir. Onun mülkiyyət hüququ dövlət tərəfindən adına 19.11.2014-cü il tarixdə, xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilərək, 1 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində, **********62-11301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla bağlı seriya RX ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" verilmişdir. Xüsusi mülkiyyətində olan bağ evinin texniki göstəricilərini əks etdirən 17.11.2014-cü il tarixli Texniki Pasportu tərtib edilmişdir. İş üzrə icraat davam edən zaman, iddia ərizəsi məhkəməyə təqdim edildikdən 11 aya yaxın müddət keçdikdən sonra iş üzrə Cavabdeh1 mülkiyyətində olan ümumi torpaq sahəsinin 0.0603 ha hissəsini, yəni mübahisəli qapının açıldığı torpaq sahəsini və üzərində yerləşən 220.20 bağ evini Cavabdeh2 Fəzalı qızına satmışdır. Bununla bağlı müvafiq sənədlər (çıxarış və texniki pasport) iş üzrə 22 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında təqdim edilmişdir. Cavabdeh2 adına ünvan 3 ünvandakı bağ evinin reyestr nömrəsi **********67-11301, qeydiyyat tarixi 29.03.2020-ci olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış" verilib. Həmçinin həmin bağ evi ilə bağlı inventar nömrəsi 37276 olan texniki pasport verilib. Göründüyü kimi qanunsuz qapının açıldığı torpaq sahəsi və bağ evi üzərində mülkiyyət hüququ tam həcmdə 29.03.2020-ci il tarixdən Cavabdeh2 keçib. Əldə olunan məlumata əsasən həmin torpaq sahəsi və bağ evi ilə bağlı alqı-satqı müqaviləsi daha əvvəl bağlanıb. İş üçün əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, iddia tələbinin ikinci hissəsi yəni, iddiaçıların xüsıısi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə maneçiliyin və məhdudiyyətin yaradılması 29.03.2020-ci il tarixdən sonrada davam etdirilib. Hətta Cavabdeh2 mülkiyyət hüququnu əldə etdikdən sonra bir müddət yeganə giriş-çıxış yolunu qazdıraraq onların nəqliyyat vasitəsinin keçməsini qeyri-mümkün etmişdir. Bundan əlavə, qanunsuz qapının açılmasına əsas kimi cavabdeh tərəf Cavabdeh2 adına verilmiş ünvan 3 ünvandakı bağ evinə dair reyestr nömrəsi **********67-11301 olan "Çıxarış'ı əsas göstərir. Bu Çıxarış isə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan alqı-satqı müqaviləsi əsasında verilmişdir. Hazırkı iş üzrə iddia tələbinin həcmi artırılaraq Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş ünvan 3 ünvandakı bağ evinə dair reyestr nömrəsi **********67-11301, qeydiyyat tarixi 29.03.2020-ci il olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"ın ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçıların xüsusi mülkiyyətlərində olan torpaq sahəsi və bağ evi qonşuluqda yerləşməklə yanaşı həmin daşınmaz əmlaklara giriş-çıxış yolu da eynidir. Yəni onlar əmlaklarına gedib gəlmək üçün bir yoldan istifadə edirlər, bu yol da yeganə giriş-çıxış yoludur. Qonşuluqda yerləşən torpaq sahələrinə və bağ evlərinə giriş-çıxış yolları hər biri üzrə başqa yerlərdəndir. Onlara məxsus əmlaklara giriş-çıxış yolundan heç bir qonşunun istifadəsi nəzərdə tutulmamışdır. Həmin yol qonşu divarlarla sərhəd təşkil edir və onların vəsaiti hesabına vaxtaşırı abadlaşdırılır və istifadə edilir. 2019-cu ilin aprel ayında cavabdeh qanunsuz olaraq onlara məxsus əmlaklara giriş-çıxış yoluna divarı sökərək qapı açmış və sökülmüş divara metal darvaza yerləşdirmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində demək olar ki, onlar öz əmlaklarından istifadə edə bilmirlər. Əksər hallarda cavabdehin qanunsuz açdığı qapının önündə avtomobilin dayanması və tikinti materiallarının yerləşdirilməsi nəticəsində yol tamamilə bağlanır. Nəticədə onlar öz əmlaklarından istifadə edə bilmir və əmlakları böyük risk altına atılır. Belə ki, cavabdehin qanunsuz əməlləri nəticəsində onlara məxsus bağ evinə və torpaq sahəsinə hər hansı nəqliyyat, o cümlədən yanğınsöndürmə maşını, təcili-tibbi yardım maşını daxil ola bilmir. Onların xüsusi mülkiyyətlərindən sərbəst istifadə etmələrinə maneçiliyin və məhdudiyyətin yaradılması 29.03.2020-ci il tarixdən sonrada davam etdirilib. Hətta Cavabdeh2 mülkiyyət hüququnu əldə etdikdən sonra bir müddət yeganə giriş-çıxış yolunun qazdıraraq onların nəqliyyat vasitəsinin keçməsini qeyri-mümkün etmişdir. Müdaxilənin qanunsuz olmasına dair faktiki hallar cavabdehin iddiaçılara məxsus əmlaklara giriş-çıxış yoluna divarı sökərək açdığı qapı tamamilə qanunsuzdur. Belə ki, cavabdehə məxsus sahədən bu vaxta qədər həmin yola hər hansı qapı olmamışdır. Qeyd edilən yola qapının açılması barədə müvafiq dövlət orqanlarının razılığı və yaxud buna hüquq verən hər hansı qərarı yoxdur, cavabdeh bu qapını özbaşına və tikinti norma və qaydalarının tələbini pozmaqla açıb. Cavabdehin bağ sahəsinə qapı hazırda mövcuddur və paralel küçədən olmaqla yanaşı uzun illərdir istifadə edilir. Cavabdehlər öz qanunsuz əməllərinə qanuni don geydirmək üçün sonradan həmin torpaq sahəsinin alqısatqısı barədə müqavilə bağlamışlar və daha sonra həmin müqavilə əsasında çıxarış almışlar. Ancaq bu sənədlər məhkəmədə iddia qaldırıldıqdan sonra əldə edilmişdir. Hesab edir ki, onların Azərbaycan Respubliksının Konstitusiyasının 13 və 29-cu maddələri ilə təminat verilən hüququ ilə yanaşı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi ilə təminat verilən hüququ da pozulmuş, mülkiyyətinə edilən müdaxilə qanunsuz və əsassızdır. Onların mülkiyyətinə müdaxilə olmuş (əmlakı sökülərək məhv edilib) və bu müdaxilə qanunsuz olmuşdur. Hüquqi cavabdehlik baxımından hal hazırda qanunsuz qapının açıldığı torpaq sahəsi və üzərində yerləşən bağ evi Cavabdeh2 adına rəsmiləşdirildiyi üçün iddia tələbinin bu hissəsində də cavabdehlik daşıyır. Bundan əlavə Cavabdeh2 hüquqları dövlət qeydiyyatına alındıqdan sonra 2020-ci ilin may-iyun ayında maneçilik törədilməsi davam etdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən də cavabdehin inşa etdiyi qapı qanunsuzdur. Belə ki, onun bununla apardığı tikinti quraşdırma işlərinə hər hansı icazə verilməmişdir. Cavabdehlər öz qanunsuz əməllərinə qanuni don geydirmək üçün sonradan həmin torpaq sahəsinin alqı-satqısı barədə müqavilə bağlamışlar və daha sonra həmin müqavilə əsasında çıxarış almışlar. Ancaq bu sənədlər məhkəmədə iddia qaldırıldıqdan sonra əldə edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B-949 nömrəli bağ sahəsində olan torpaq sahəsinin və İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 946 nömrəli bağ evinin yeganə giriş-çıxış yoluna qanunsuz açılmış qapının (metal darvazanın) sökülərək divarın əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həvalə edilməsi, ünvan 3 ünvandakı bağ evinin yerləşdiyi 0.0603 ha torpaq sahəsi ilə bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş ünvan 3 ünvandakı bağ evinə dair reyestr nömrəsi **********67-11301, qeydiyyat tarixi 29.03.2020-ci il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, iddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının Cavabdeh2 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh1 iddia ərizəsinə etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt Şəhər Məhkəməsində ona qarşı iddia qaldıraraq xüsusi mülkiyyətlərində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən В 949 və 946 nömrəli bağ sahəsinin giriş çıxış yoluna guya qanunsuz açılmış qapının sökülərək divarın əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsinin ona həvalə edilməsini xahiş etmişlər. Hesab edir ki, həmin iddia tələbi tam qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçılar məhkəmədə iddia qaldıraraq mülkiyyət hüququ əsasında özlərinə məxsus torpaq sahəsinin giriş-çıxış yoluna açılmış qapının sökülərək divarın əvvəlki vəziyyətə bərpa edilməsini tələb edirlər. Keçirilmiş məhkəmə prosesinə təqdim etdiyi vəsatətə əlavə olunmuş çıxarış və texniki pasportun təsdiq olunmuş surətindən aydın görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində 952 nömrəli bağ sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur və həmin bağ sahəsi iki tərəfdən gediş-gəliş yolu ilə əhatə olunur. Həmin gediş-gəliş yolu bağ sahəsi olan vətəndaşların ümumi istifadəsindədir. Mülkiyyət hüququ əsasında ona məxsus olan bağ sahəsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ var. Ona məxsus olan bağ sahəsinin hasara alınıbalınmaması, həmin sahənin hasarının sökülüb-tikilməsi və bağ sahəsinin qapılarının yola açılması yalnız ona məxsus olan subyektiv hüquqdur və iddiaçıların həmin məsələyə müdaxilə etmək və hazırki iddia tələbi irəli sürmək üçün sübyektiv hüququ yoxdur. Ona görə də qeyd olunanları nəzərə alaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı qapının sökülərək divarın əvvəlki vəziyyətə bərра edilməsi tələbinə dair iddialarının rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili, Cavabdeh2 vəkili Vəkil1 Rəsul oğlu iddia ərizəsinə etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 və Abdullayevə Aynurə Məhəmməd qızı Cavabdeh1 qarşı darvazanın sökülməsi, divarın əvvəlki vəziyyətinə bərpa edilməsi və iddiaçıların xüsusi mülkiyyətlərindən sərbəst istifadə etmələrinə hər hansı məhdudiyyətin yaradılmasının cavabdehə qadağan edilməsi tələbinə dair iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişlər. Hesab edir ki, iddiaçıların bu tələbi tam əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ərizəsində göstərilmiş hallar isə heç nə ilə (nə yazılı və maddi sübutlar, nə şahid ifadələri ilə) sübut edilməmişdir və faktiki olaraq uydurma xarakter daşıyır, iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün heç bir tədbir görməmişlər, ümumiyyətlə, bu hal (iddiaçıların xüsusi mülkiyyətlərində olan daşınmaz əmlakdan sərbəst istifadə etmələrinə cavabdeh tərəfindən hər hansı maneələrin yaradılması faktı) mövcud olmadığına görə belə sübutların əldə olunması da qeyri mümkündür. İddiaçıların mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin daş hasarla əhatə olunduğu nəzərə alınsa, qanuni sahiblərinin iradəsinə zidd olaraq kənar şəxslərin ora daxil olması və mülkiyyətçilərə öz əmlakından sərbəst istifadə etmələrinə hər hansı formada maneələr törətməsi iddiası absurd bir tələb kimi səslənir. Digər tərəfdən, özlərinə məxsus olan torpaq sahəsi və bağ evinə gedən yoldan cavabdehin də istifadə etməsinin iddiaçılar tərəfindən öz mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməsi də tam əsassız və absurd tələb hesab olunmalıdır. Belə ki, həmin yol iddiaçılar üçün olduğu kimi, Cavabdeh1 üçün də mülkiyyətində olan torpaq sahəsinə və bağ evinə daxil olmaq üçün mümkün olan yeganə vasitə olmuşdur. Hazırda isə bu yoldan həmin daşınmaz əmlakın yeni mülkiyyətçisi Cavabdeh2 öz bağ evinə daxil olmaq üçün yeganə vasitə kimi istifadə edir. Qonşuların və digər torpaq sahiblərinin sahəsindən keçmədən öz torpaq sahəsinə giriş-çıxışı üçün onun bu yoldan əlavə başqa imkanı yoxdur. Bu yolun heç bir qonşu üçun istifadəsi nəzərdə tutulmadığı, yoldan istifadəyə dair yalnız iddiaçıların müstəsna hüquqa malik olmaları haqqında iddiaları tam absurd, nə qanuna, nə də sağlam məntiqi düşüncəyə əsaslanmayan bir tələbdir. İddia tələbinin qanuni əsası kimi iddiaçılar tərəfindən istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 157.4-cü maddələrinin məzmunundan da göründüyü kimi, yalnız mülkiyyətçi öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hazırkı iş üzrə isə iddiaçıların özlərinə məxsus olan torpaq sahəsi və bağ evinə gedən yolun altındakı torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə yolun altındakı torpağın hər hansı hüquqla iddiaçılara məxsusluğu müəyyən edilməmişdir. Ümumiyyətlə, bu cür torpaq ümumi istifadədə olan torpaqlar kateqoriyasına aiddir və heç kəsin xüsusi mülkiyyətinə verilə bilməz. Bundan əlavə, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bir hal da ondan ibarətdir ki, iş üzrə təyin edilmiş məhkəmə erspertizasının nəticələrinə dair verilmiş ekspert rəyindən də göründüyü kimi, ümumiyyətlə, iddiaçılardan biri olan İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinə gedən yol digər iddiaçı Abdullayevə Aynurə Məhəmməd qızının mülkiyyətində olan torpaq sahəsinin daxilindən keçir. Belə olan halda iddiaçıların hər hansı hüququnun pozulmasından və «maraqlı tərəf» kimi məhkəmədə iddia qaldırmaq hüququna malik olmaqlarından söhbət gedə bilməz. Beləliklə, iddiaçılara hər hansı formada məxsus olmayan, həm də ümumi istifadə üçün nəzərdə tutulmuş yolun altındakı torpaq sahəsindən istifadənin başqa şəxslərə, xüsusilə də öz torpaq sahəsinə giriş-çıxışı üçün bu yoldan başqa imkanı olmayan şəxsə qadağan edilməsi tələbi tam qanunsuz və əsassızdır. Hər kəsin özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hüquqi mövqeyinə əsaslanaraq hesab edirəm ki, ümumiyyətlə iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları olmamışdır. İddiaçıların, özlərinə məxsus olan torpaq sahəsi və bağ evinə gedən yola açılmış qapının (metal darvazanın) sökülərək divarın əvvəlki vəziyyətə bərpa edilməsi tələbi də tam əsassızdır. Öz iddia tələblərini əsaslandırmaq üçün iddiaçılar qeyd olunan yola qapının açılması üçün cavabdeh tərəfindən müvafiq dövlət orqanlarının razılığının və ya qərarının alınmamasını, qapının özbaşına, qanunsuz, tikinti norma və qaydalarının tələblərinin pozulmaqla açılmasını bildirsələr də, cavabdehin hərəkətləri ilə konkret olaraq hansı qanunvericilik və ya digər normativ hüquqi aktın tələblərinin pozulduğunu göstərməmişlər. Hazırkı mübahisənin predmeti olan metal darvazanın quraşdırıldığı torpaq sahəsi Cavabdeh1 tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilmiş və bu torpaq üzərində bağ evi inşa edilmişdir. Sonradan həmin daşınmaz əmlak Cavabdeh2 mülkiyyətinə keçmişdir. Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada əldə etdiyi torpaq sahəsi və bağ evinə dair mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla və Texniki Pasportla rəsmiləşdirilmişdir. Bu rəsmi sənədlər qüvvədədir və onların etibarlılığı heç bir dövlət orqanı, hüquqi və ya fiziki şəxs tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Qanun tələbinə görə, yalnız lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin siyahısı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəqiq göstərilmişdir. Bağ sahəsinə giriş-çıxış üçün nəzərdə tutulmuş metal darvazanın quraşdırılması üçün hər hansı dövlət orqanının razılığının, qərarının və ya icazələrin alınması nə həmin Məcəllədə, nə də digər normativ hüquqi aktda nəzərdə tutulmamışdır. Bağ sahəsinə giriş-çıxış üçün quraşdırılmış metal darvazanın layihələndirmə tələbləri şəhərsalma planlaşdırma norma və qaydalarında əks olunmamışdır. Nəinki darvazanın, hətta hündürlüyü ən çoxu 2,2 metr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların tikintisinə heç bir icazə tələb olunmur (Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsi). Belə olduğu təqdirdə şəxsin xüsusi mülkiyyətində olan bağ sahəsinə giriş-çıxış üçün quraşdırdığı darvazanın iddiaçılar tərəfindən heç bir normativ hüquqi akta istinad edilmədən «özbaşına, tikinti norma və qaydalarının tələbləri pozulmaqla açılmış» hesab edilməsi və onun sökülərək, divarın əvvəlki vəziyyətə bərpasının tələb edilməsi tamamilə qanunsuz və əsassız Cavabdeh2 Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş mülkiyyət hüququnun kobud şəkildə pozulmasına səbəb olan tələbdir. Cavabdeh2 mülkiyyət hüququna belə müdaxilə qanunsuzdur və daşınmaz əmlakın qanuni mülkiyyətçisi kimi onun bu cür müdaxilədən müdafiə olunmaq hüququ var. Şərh olunanları nəzərə alaraq və yuxarıda qeyd olunan qanun normalarını rəhbər tutaraq, darvazanın sökülməsi, divarın əvvəlki vəziyyətə bərpa edilməsi və iddiaçıların xüsusi mülkiyyətlərindən sərbəst istifadə etmələrinə hər hansı məhdudiyyətin yaradılmasının cavabdehə qadağan edilməsi tələbinə dair İddiaçı1 və Abdullayevə Aynurə Məhəmməd qızının iddiasının təmin edilməməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək göstərmişdir ki, iddia ərizəsinə əlavə tərtib edilərkən iş üzrə Cavabdeh2 ata adı texniki səhv nəticəsində Fəzalı kimi yazılmışdır. Ona görə də iş üzrə cavabdehin Cavabdeh2 olmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində və iddia ərizəsinə əlavədə göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili, Cavabdeh2 vəkili Vəkil1 Rəsul oğlu məhkəmə iclasında iddianı qəbul eməyərək iddia ərizəsinə etiraza uyğun eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərdi ki, torpaq sahəsi heç kimin mülkiyyətində deyil, ümumi yoldur. Həmin torpaq sahəsi Bələdiyyə mülkiyyətindədir. Darvazanın açılması üçün heç bir icazə tələb olunmur. Həmçinin hasarın çəkilməsi üçün heç kimdən icazə alınması nəzərdə tutulmayıb. Torpaq bölünüb bir hissəsi Cavabdeh2 satılmışdır. Cavabdehlərin heç bir qohumluq əlaqəsi yoxdur. Darvazanın iddiaçılara heç bir maneçiliyi olmamışdır. Tikinti gedərkən bir iki gün yola tökülən mişar daşları maneçilik törədib, sonradan həmin daşlar yığışdırılıb. Hazırda həmin yolda iddiaçılara maneçilik törədilən hər hansı maneə yoxdur. Ona görə də məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, hazırkı iş üzrə mübahisə tərəflər arasındadır, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi heç bir cavabdehlik daşımır, ona görədə işin mahiyyəti üzrə həll olunmasını məhkəmənin mülahizəsinə buraxdı. İş üzrə ekspert X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, iş üzrə rəyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi və iş materiallarında olan sənədlər əsasında vermişdir. Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 952 nömrəli bağ sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B949 və 946 nömrəli bağ sahələrinin giriş-çıxış yoluna açılmış əlavə qapı texniki pasporta qismən uyğun olmasını onunla əsaslandırdı ki, mübahisələndirilən dəmir darvazanın yeri Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 952 nömrəli bağ sahəsinin texniki pasportunda öz əksini tapmamışdır. Mübahisəli Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 952 nömrəli bağ sahəsinə və iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B949 və 946 nömrəli bağ sahələrinə mütəxəssisin və tərəflərin iştirakı ilə baxış keçirmişdir. Baxış zamanı cavabdeh bildirmişdir ki, qardaşı ilə aralarında olan mübahisəyə görə bağ sahəsini bölmüşlər. Ona düşən bağ sahəsinin qapısı olmadığı üçün məcburi qapını iddiaçıların bağ sahəsinə tərəf açmışdır. Onlarda isə elə bir baza yoxdur ki, qapıların yerini müqayisə etsin. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.1034 ha torpaq sahəsində yerləşən B-949 nömrəli bağ sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində 28.03.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt şəhər ərazi idarəsi tərəfindən verilmiş daşınmaz əmlakın pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-949 nömrəli bağ sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.12 ha torpaq sahəsində yerləşən 946 nömrəli ev İddiaçı2 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində 19.11.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı ərazi idarəsi tərəfindən verilmiş texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 946 İddiaçı2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan fotoşəkillərdən müəyyən edilir ki, mübahisə edilən bağ torpaq sahəsində hasara alınmış yola tərəf olan bir hissəsi sökülmüş, həmin yola mişar daşları tökülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.12 ha torpaq sahəsində yerləşən 952 nömrəli bağ evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində 06.03.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 952 Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallar elektron GPS aləti vasitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx” MMC-nin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi, iddiaçıya və cavabdehin iştirakı ilə çöl-ölçmə işləri aparılaraq müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan invertar nömrəsi 37276 texniki pasportunda qeyd olunan darvaza iddaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 946 nömrəli bağ sahələrinin giriş-çıxış yoluna açılmış darvaza texniki pasporta qismən uyğundur. Cavabdeh X2 mülkiyyətində olan invertar nömrəsi 37276 texniki pasportunda qeyd olunan darvaza iddaçılar İddiaçı1 və Abdullayevə Aynurə Məhəmməd qızının mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 946 nömrəli bağ sahələrinə gedən ümumi istifadədə olan yola açılır. İddaçı İddiaçı1 mülkiyyətində olan RX-0007531 nömrəli çıxarışlı torpaq sahəsinə gedən yol İddiaçı2 mülkiyyətində olan RX-0518097 nömrəli çıxarışlı torpaq sahəsinin daxilindən keçir. Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 952 G nömrəli bağ sahəsinin giriş-çıxış qapısı texniki pasporta qismən uyğundur. İddaçı İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yeriəşən 946 nömrəli bağ sahəsinin giriş-çıxış yolu texniki pasporta qismən uyğundur. İddaçı İddiaçı1 mülkiyyətində olan RX-0007531 nömrəli çıxarışı torpaq sahəsinə gedən yol Abdullayevə Aynurə Məhəmməd qızının mülkiyyətində olan RX- 0518097 nömrəli çıxarışlı torpaq sahəsinin daxilindən keçir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 20 fevral 2020-ci il tarixli, 25852 №-li ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisi Rəfael Hüseynovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, birinci sual üzrə Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 952 nömrəli bağ sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B949 və 946 nömrəli bağ sahələrinin giriş-çıxış yoluna açılmış əlavə qapı texniki pasporta qismən uyğundur. İkinci sual üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisi Rəfael Hüseynovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan invertar nömrəsi 37276 texniki pasportunda qeyd olunan darvaza iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 946 nömrəli bağ sahələrinə gedən ümumi istifadədə olan yola açılır. İddiaçı1 mülkiyyətində olan RX-0007531nömrəli çıxarışlı torpaq sahəsinə gedən yol İddiaçı2 mülkiyyətində olan RX-0518097 nömrəli çıxarışlı torpaq sahəsinin daxilindən keçir. Üçüncü sual üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisi Rəfael Hüseynovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 952 G nömrəli bağ sahəsinin giriş-çıxış qapısı texniki pasporta qismən uyğundur. Dördüncü sual üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisi Rəfael Hüseynovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yeriəşən 946 nömrəli bağ sahəsinin giriş-çıxış yolu texniki pasporta qismən uyğundur. İddaçı İddiaçı1 mülkiyyətində olan RX-0007531 nömrəli çıxarışı torpaq sahəsinə gedən yol Abdullayevə Aynurə Məhəmməd qızının mülkiyyətindi olan RX-0518097 nömrəli çıxarışlı torpaq sahəsinin daxilindən keçir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.0603 ha torpaq sahəsində yerləşən 952 G nömrəli bağ evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüququ 29.03.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 952 G Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan fotoşəkillərdən müəyyən edilir ki, mübahisə edilən bağ torpaq sahəsinə gedən yola tökülmüş mişar daşları yoldan götürülmüşdür. Məhkəmə iddianı qismən təmin edilməsi qənaətinə gələrkən aşağıda qeyd olunan hüquq normalarına istinad etməklə bərabər, qeyd etməyi zəruri hesab edir ki, tərəflərin istifadə etdiyi ümumi yola açılmış darvazanın texniki pasportda nəzərdə tutulmadığı halda əvvəlki təyinatının dəyişdirilməsi və bunun qarşılıqlı hörmət əsasında həyata keçirilməyərək maneçilik yaradılması mülkiyyət hüququnun ümumi qəbul olunmuş normalarına ziddir. Belə ki, işin məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında araşdırılmış hallarına əsasən müəyyən edilir ki, məhkəmə Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 952 nömrəli bağ sahəsinin mübahisə predmeti olan hissəsinə açılmış darvaza texniki pasportda nəzərdə tutulmadığı halda, işin məhkəmə araşdırması getdiyi müddətdə 29.03.2020-ci il tarixdə Cavabdeh2 satmışdır. Məhkəmə tərəfindən mübahisə olunan sahəyə baxış keçirilərkən Cavabdeh2 izahat verərək təsdiqlədi ki, o, torpaq sahəsini bəyənərkən darvazanın artıq həmin hissədə olduğunu, sonradan isə torpaq sahəsini alaraq rəsmiləşdirmişdir. Bundan əlavə ekspert X6 məhkəmə iclasında, həmçinin mübahisə olunan sahəyə baxış keçirilərkən bildirdi ki, ekspertiza onun tərəfindən 20.02.2020-ci il tarixdə keçirilərkən Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 952 nömrəli bağ sahəsindən açılmış darvaza texniki pasportda nəzərdə tutulmamış, o, iş materiallarında olan mövcud sənədlər əsasında rəy vermişdir. Məhkəmənin iddianın qismən təmin olunması qənaətinə gəlməsinə əsas, işin məhkəmə araşdırması zamanı müəyyən edilən hallar və aşağıda qeyd olunan qanunvericilikdə nəzərdə tutulmuş normalardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, əşyaya mülkiyyət hüququnun başqa şəxsə keçdiyi hallarda, mülkiyyətçinin dəyişməsinə baxmayaraq əşya öz yüklülüyünü saxlayır və özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ olan şəxs həmin hüquqdan istifadə etməkdə davam edir. Bunun hüquqi əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsi təşkil edir. Həmin maddəyə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququnun mülkiyyət hüququ ilə eyni üsulla müdafiə olunmasını da həmin hüquqa aid səciyyəvi xüsusiyyət kimi qeyd etmək olar. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsindən görünür ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın qismən təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən isə torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına sökülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddanın qismən təmin edilməsi nəticəsinə gələrkən işin məhkəmə araşdırılması zamanı iş materiallarına əlavə edilmiş sənədlərlə, mübahisə edilən sahəyə ekspertin iştirakı ilə baxış keçirərək, mütəxəssis və ekspert rəylərinə əsasən müəyyən etmişdir ki, İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B-949 nömrəli bağ sahəsində olan torpaq sahəsinin və İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 946 nömrəli bağ evinin yeganə giriş-çıxış yoluna Cavabdeh1 tərəfindən qanunsuz olaraq qapı (metal darvaza) açılmış, iddiaçıların dəfələrlə cavabdehlərə həmin qapının sökülüb əvvəlki vəziyyətinə gətirilərək maneənin aradan qaldırması bildirilsədə bunun heç bir əhəmiyyəti olmamışdır. Əksinə olaraq Cavabdeh1 öz qanunsuz hərəkətlərini davam etdirərək tərəflər arasında olan mübahisəyə məhkəmədə baxılarkən mülkiyyətində olan mübahisəli ünvan 3 ünvandakı bağ evinin yerləşdiyi 0.0603 ha torpaq sahəsi ilə bağlı formal olaraq digər Cavabdeh2 ilə arasında alqı-satqı müqaviləsi bağlamış və ünvan 3 ünvandakı bağ evinə dair Cavabdeh2 adına reyestr nömrəsi **********67-11301, qeydiyyat tarixi 29.03.2020-ci il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın 19 fevral 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının Cavabdeh2 qadağan edilməsi hissəsində iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 229 manat tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına, 50 manat isə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B-949 nömrəli bağ sahəsində olan torpaq sahəsinin və İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 946 nömrəli bağ evinin yeganə giriş-çıxış yoluna qanunsuz açılmış qapı (metal darvaza) sökülsün. Divarın əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsi Cavabdeh1 və Cavabdeh2 həvalə edilsin. ünvan 3 ünvandakı bağ evinin yerləşdiyi 0.0603 ha torpaq sahəsi ilə bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh2 adına verilmiş ünvan 3 ünvandakı bağ evinə dair reyestr nömrəsi **********67-11301, qeydiyyat tarixi 29.03.2020-ci il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” ləğv edilsin. İddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının Cavabdeh2 qadağan edilməsi hissəsində iddia tələbi təmin edilməsin. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 229,90 (iki yüz iyirmi doqquz manat doxsan qəpik) manat xərc Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (Kapital Bank ASC Xətai filialı, filialın kodu 200071, VÖEN 990003611, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, benfisiarin adı kadastr və yerqur layiha tadq mar, VÖEN **********, hesab AZ23AİİB********************) hesabına keçirilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-30/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-30/2021
09.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver