Məhkəmə qərarları › İş №2(060)-31/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-31/2022

01.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-31/2022 01.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçılar İddiaçı16, İddiaçı9, İddiaçı11, İddiaçı3, İddiaçı15, nümayəndələri və vəkili Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Yusibov Musa Nuru oğlunun vərəsəsi İddiaçı5, Kərimov Zabil Allahverdi oğlunun vərəsəsi İddiaçı6, X2 vərəsəsi İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, Mehdiyev Azər Cəmil̇ oğlu, İddiaçı18 və X6 Cavabdeh qarşı “paylı mülkiyyətdəki paya kompensasiya verilməsi yolu ilə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Yusibov Musa Nuru oğlunun vərəsəsi İddiaçı5, Kərimov Zabil Allahverdi oğlunun vərəsəsi İddiaçı6, X2 vərəsəsi İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, Mehdiyev Azər Cəmil̇ oğlu, İddiaçı18 və X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat kompensasiya verilməklə, onun Sumqayıt Avtomobil Dəstəsində mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Yusibov Musa Nuru oğlunun vərəsəsi İddiaçı5, Kərimov Zabil Allahverdi oğlunun vərəsəsi İddiaçı6, X2 vərəsəsi İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, Mehdiyev Azər Cəmil̇ oğlu, İddiaçı18 və X6 nümayəndələri və vəkili Vəkil iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh payının naturada ayrılması, payın naturada ayrılması mümkün olmadıqda isə Cavabdeh 1500 manat kompensasiya verilməklə, onun Sumqayıt Avtomobil Dəstəsində mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı16 iddianı müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri İİ Paralel küçəsində yerləşən TXMOFƏM-nin avtomobil dəstəsi Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramı çərçivəsində “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 30.12.2002-ci il tarixdə keçirilən auksionda kollektivə satılmış, 06.01.2003-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçılardan İddiaçı1 Məhəmməd oğlu vəkil edilmiş şəxs kimi özəlləşdirmə ilə bağlı bütün əməliyyatları həyata keçirmiş, obyektib ümumi dəyəri iqtisadi inkişaf Nazirliyi tərəfindən 65.231.000 AZM müəyyən edilmiş, həmin məbləğin 15 %-i, yəni, 9.784.650 AZM əmək kollektivinin üzvlərinə özəlləşmə çekləri ilə ödənilmiş, müəssisənin yerdə qalan dəyərini 100% qiymətləndirməklə, onun 30%-i, yəni 16.633.800 AZM iddiaçılardan İddiaçı1 tərəfindən öz vəsaiti hesabına ödənilmiş, özəlləşməni əmək kollektivi apardığına görə, özəlləşdirilən əmlakın ümumi dəyərinin 30%-i əmək kollektivinin üzvləri arasında bərabər bölünməklə onlara bağışlanmış, yerdə qalan 40%-i yəni, 22.178.400 AZM girov müqaviləsi bağlanılmaqla 2 il müddətinə ödənilməli olduğu halda iddiaçılardan İddiaçı1 vəsaiti hesabına dərhal ödənilmişdir. Lakin müəssisə tam özəlləşdirilsə də, fəaliyyət göstərmir. Belə ki, İqtisadi İnkişaf Nazirliyinin verdiyi 30.01.2003cü il tarixli 000116 saylı şəhadətnamədə özəlləşdirmədə iştirak etmiş əmək kollektivinin üzvlərinin adları göstərilmiş, mövcud qanunvericiliyə görə əmək kollektivinin hər bir üzvünün payının müəyyənləşdirməsi üçün özəlləşdirilmədən sonra təsis müqaviləsi bağlanmalıdır. Təsis müqaviləsi bağlandıqdan sonra müəssisə dövlət orqanlarında və bankda qeydiyyatdan keçərək fəaliyyət göstərə bilər. Özəlləşmədə iştirak etmiş əmək kollektivinin 20 üzvündən 19 nəfəri təsis müqaviləsi bağlamağa razılıq versə də, cavabdeh bununla razılaşmır. Müəssisə bu səbəbdən fəaliyyət göstərə bilmir. Ona görə də hesab edirlər ki, cavabdehin özəlləşmə çeki əsasında sahibi olduğu 0.75% yəni müvafiq olaraq 489.233 AZM təşkil edir. Odur ki, cavabdehin payının cüzi olmasını, onun öz hüqularından sui-istifadə edərək müəssisənin fəaliyyət göstərməsinə əsaslı maneçilik törətməsini, digər payçıların hüquqlarını kobud surətdə pozaraq, onların paylarına müvafiq gəlir əldə etmək imkanlarını məhdudlaşdırmasını nəzərə alaraq, Hesab edirlər ki, cavabdehə 1500 manat məbləğində kompensasiya verilməklə, onun Sumqayıt Avtomobil Dəstəsində mülkiyyət hüququna xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh payının naturada ayrılması, payın naturada ayrılması mümkün olmadıqda isə Cavabdeh 1500 manat kompensasiya verilməklə, onun Sumqayıt Avtomobil Dəstəsində mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə iddiaçılar İddiaçı9, İddiaçı11, İddiaçı3 və İddiaçı15 İddiaçı16 izahatına uyğun izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmədə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Yusibov Musa Nuru oğlunun vərəsəsi İddiaçı5, Kərimov Zabil Allahverdi oğlunun vərəsəsi İddiaçı6, X2 vərəsəsi İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, Mehdiyev Azər Cəmil̇ oğlu, İddiaçı18 və X6 nümayəndəsi və vəkili Vəkil Elman oğlu iddia tələbini müdafiə edərək göstərdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət xidmətinin məktubundan görünür ki, Cavabdeh payı 2.025% təşkil edir. İşdə olan 30.10.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri İİ Paralel küçəsində yerləşən ümumi sahəsi 886.2 kv.m. olan qeyri yaşayış binasının həmin tarixə bazar dəyəri 175 min, likvid dəyəri isə, 131 min manat təşkil edir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, birgə iddiaçılar 14.09.2004-cü il tarixdə Sumqayıt şəhəri İİ Paralel küçəsində yerləşən TXMOFƏM-nin avtomobil dəstəsindəki paylarını nizamnamə kapitalına qoymaqla “İddiaçı1 və başqalarının tam ortaqlı Metallurq firması”nı yaratmışlar. Hazırda birgə iddiaçılar öz aralarındakı razılaşmaya əsasən payları aşağıdakı şəkildə bölmüşlər: X7 -0.1%, İddiaçı8 -0.1%, İddiaçı14 - 0.1%, İddiaçı11 - 0.1%, İddiaçı13 - 0.1%, İddiaçı6 -0.1%, İddiaçı12 - 0.1%, İddiaçı10 - 0.1%, İddiaçı5 - 0.1%, İddiaçı16-0.1%, İddiaçı3 - 48,3%, İddiaçı15 - 0.1%, İddiaçı4 - 0.1%, İddiaçı18 - 0.1%, İddiaçı2 - 0.1%, İddiaçı7 - 0.1%, İddiaçı9 - 50%, İddiaçı1 - 0.1%, İddiaçı17 - 0.1%. Göstərilənləri nəzərə alaraq, Cavabdeh payının naturada ayrılması, payın naturada ayrılması mümkün olmadıqda isə Cavabdeh 1500 manat kompensasiya verilməklə, onun Sumqayıt Avtomobil Dəstəsində mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədən iştirak edən zaman iddia tələbini qəbul etməyərək göstərmişdir ki, onun ilk öncə onun sözügedən müəssisədə çox böyük zəhməti keçmişdir. Bundan başqa, iddiaçılar tərəfindən təklif olunan kompensasiya həddindən çox aşağıdır. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçılar İddiaçı16, İddiaçı9, İddiaçı11 Matab oğlu, İddiaçı3, İddiaçı15, nümayəndələri və vəkili Vəkil və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamenti Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında №000116 saylı 30.01.2003-cü il tarixli “Şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Yusibov Musa Nuru oğlu Sumqayıt şəhəri, İİ Paralel küçəsində yerləşən TXMOFƏM-nin avtomobil dəstəsini qüvvədə olan qanunvericilik əsasında 65231000 AZM almışdır. İş materiallarında olan “Qanun üzrə vərəsəlik hüququ haqqında” 14.01.2020-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, 28.10.2015-ci ildə ölmüş Yusubov Musa Nuru oğlu vərəsəsi İddiaçı5 Sumqayıt şəhəri, yataqana 18, məhəllə 41 və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı ərazi vergilər idarəsinin 29.12.2019-cu il tarixli **********924800 nömrəli Publik hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışa və İddiaçı1 və Başqalarının tam ortaqlı “Metallurq” firmasında mərhum Yusifov Musa Nuru oğluna məxsus 0.1% pay hissədən ibarətdir. İş materiallarında olan “Qanun üzrə vərəsəlik hüququ haqqında” 14.01.2020-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, 05.02.2015-ci il tarixdə ölmüş Kərimov Zabil Allahverdi oğlunun vərəsəsi oğlu- İddiaçı6 Sumqayıt şəhəri, məhəllə 2, ev 2A, mənzil 7 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı ərazi vergilər idarəsinin 29.12.2019-cu il tarixli **********924800 nömrəli Publik hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışa və İddiaçı1 və Başqalarının tam ortaqlı “Metallurq” firmasında mərhum Kərimov Zabil Allahverdi oğluna məxsus 0.1% pay hissədən ibarətdir. İş materiallarında olan “Qanun üzrə vərəsəlik hüququ haqqında” 16.01.2020-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, 02.10.2017-ci il tarixdə ölmüş X1 vərəsələri qızı-İddiaçı7 Sumqayıt şəhəri, məhəllə 41, ev 5, mənzil 50 və qızı Baöırova Leyla Fərmayıl qızı Sumqayıt şəhəri, məhəllə 41, ev 5, mənzil 50 miras əmlakdan hər biri 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı ərazi vergilər idarəsinin 29.12.2019-cu il tarixli **********924800 nömrəli Publik hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışa və İddiaçı1 və Başqalarının tam ortaqlı “Metallurq” firmasında mərhum X3 məxsus 0.1% pay hissədən ibarətdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.10.2020-ci il tarixli “qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 886.2 kv.-dən ibarət olan qeyri-yaşayış binasının 30.10.2020-ci il tarixə olan bazar dəyəri-175000 (bir yüz yetmiş beş min) manat, likvid dəyəri 131000 (bir yüz otuz bir min) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 18.12.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, İİ Paralel küçəsində yerləşən keçmiş TXMOFƏM-in Avtomobil dəstəsi 2003-cü ildə Cavabdeh da üzvü olduğu 20 (iyirmi) nəfər əmək kollektivi tərəfindən özəlləşdirilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Prezidentinin 10.08.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq müəssisənin əmlakının 15 faizi hərraca çıxarılmış və həmin hissənin (85%in) 30 faizi də əmək kollektivinə güzəşt edilmişdir. 85 faizin yerdə qalan 70%-nin dəyəri də alıcılar tərəfindən ödənilmiş, lakin kimin nə qədər pul ödəməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində məlumat mövcud deyildir və bu barədə məlumat alıcılar tərəfindən verilə bilər. Beləliklə Əmlak Məsələləri Dövlət Xidmətində mövcud olan məlumatlara əsasən, Cavabdeh qeyd edilən müəssisənin əmlakının kollektivinə güzəştli satışa yönəldilmiş hissəsindəki payı 0,75%, hərracda satılmış hissəsindəki payı ən azı 1,275% olmaqla cəmi ən azı 2.025%-dir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17.12.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiq olunan obyekt üzrə payçıların hər birinin payına düşən pay (sahə) barədə mülki iş materiallarında məlumat olmadığından ünvan 1ndə yerləşən TXMOFƏM-nin avtomobil Dəstəsinin payçılarının paylarına uyğun şəkildə naturada bölünməsinin mümkün olub-olmaması barədə tədqiqat aparılmadı. Tədqiq olunan obyektin planlı yerləşməsini, o cümlədən tikililərin bir-birinə bitişik şəkildə yerləşdiyini, inzibati binaya yalnız bir giriş-çıxış qapısının olduğunu, Cavabdeh tədqiq olunan obyekt üzrə ümumi payının 17,94 kv.metr təşkil etdiyini, obyekt üzrə həmin paya uyğun sahənin naturada mövcud olmadığını nəzərə alaraq, ünvan 1ndə yerləşən TXMOFƏM-nin avtomobil Dəstəsindən Cavabdeh payının naturada ayrılması mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Dİn-in BPQMİ-nin MAPS şöbəsinin 29.06.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 23, mənzil 26-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17.12.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiq olunan obyektin planlı yerləşməsini, o cümlədən tikililərin bir-birinə bitişik şəkildə yerləşdiyini, inzibati binaya yalnız bir giriş-çıxış qapısının olduğunu, Cavabdeh tədqiq olunan obyekt üzrə ümumi payının 17,94 kv.metr təşkil etdiyini, obyekt üzrə həmin paya uyğun sahənin naturada mövcud olmadığını nəzərə alaraq, ünvan 1ndə yerləşən TXMOFƏM-nin avtomobil Dəstəsindən Cavabdeh payının naturada ayrılması mümkün deyildir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 29 oktyabr 2010-cu il tarixli Qərarında hüquqların təminatının mütənasibliyi ilə əlaqədar qeyd etmişdir ki, Əsas Qanun hüquq və azadlıqlarla yanaşı onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006- cı il tarixli Qərarı, § 93). Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Mülki Məcəllənin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.4-cü maddəsinə görə, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payma tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd olunan normalardan çıxış edərək və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17.12.2021-ci il tarixli ekspert rəyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilərək, Cavabdeh ünvan 1ndə yerləşən TXMOFƏM-nin avtomobil Dəstəsində payının naturada ayrılma mümkün olmadığı üçün ona 1500 manat kompensasiya verilməklə Sumqayıt Avtomobil Dəstəsində mülkiyyət hüququna xitam verilməli və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabeh Cavabdeh alınaraq İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 100 (bir yüz) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh ünvan 1ndə yerləşən TXMOFƏM-nin avtomobil Dəstəsində payının naturada ayrılması mümkün olmadığı üçün ona 1500 manat kompensasiya verilməklə Sumqayıt Avtomobil Dəstəsində mülkiyyət hüququna xitam verilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabeh Cavabdeh alınaraq İddiaçı1 ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar