Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-310/2022 19.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 iştirakları ilə İddiaçı-cavabdeh “Sumqayıt Tibbi Mərkəzi” X15 Sumqayıt 2 saylı Şəhər Xəstəxanasının cavabdehlər-iddiaçılar Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “qeyriyaşayış sahəsindən çıxarılma tələbinə dair” iddia ərizəsi üzrə və cavabdehlər-iddiaçılar Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iddiaçı-cavabdeh “Sumqayıt Tibbi Mərkəzi” X15 Sumqayıt 2 saylı Şəhər Xəstəxanasına qarşı “yaşayış sahəsinə, tikiliyə hüquqlarının tanınması və ya maddi və mənəvi ziyanların ödənilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddiaçı “Sumqayıt Tibbi Mərkəzi” X15 Sumqayıt 2 saylı Şəhər Xəstəxanası cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, onların yetkinlik yaşına çatmış övladları- Cavabdeh2, Cavabdeh3 və həmçinin azyaşlı övladları X4 “Sumqayıt Tibb Mərkəzi” X15 Sumqayıt 2 saylı Şəhər Xəstəxanasına məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, 52-ci məhəllə ünvanında yerləşən binasından çıxarılmaları barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 cavabdeh “Sumqayıt Tibbi Mərkəzi” X15 Sumqayıt 2 saylı Şəhər Xəstəxanasına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia təmin edilməsi, ilkin iddia ərizəsi təmin edilməyərək, mübahisələndirilən tikiliyə hüquqlarının tanınması və ya tikiliyə çəkdikləri 25 min manat pul vəsaitinin, 5 min manat tikiliyə icazə alınması verilmiş pulun, 15 min manat mənəvi ziyanın, cəmi 45 min manat maddi və mənəvi ziyanların cavabdeh Sumqayıt Tibb Mərkəzi X15 tərəfindən tutularaq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı-cavabdeh “Sumqayıt Tibbi Mərkəzi” X15 Sumqayıt 2 saylı Şəhər Xəstəxanasının nümayəndəsi X6 məhkəmədə iştirak edən zaman iddia tələbini müdafiə edərək qarşılıqlı iddianı qəbul etməyərək göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən Sumqayıt 2 saylı Şəhər Xəstəxanası ’’Sumqayıt Tibb Mərkəzi”X14 sahiblik və istifadə huququ əsasında məxsusdur və balansındadır. Lakin təəsüf ki, qeyd edilən binada 2007-ci ildən indiyə qədər qeyri-qanuni məskunlaşan cavabdehlər- Cavabdeh1, Cavabdeh4 onların yetkinlik yaşma çatmış oğulları- Cavabdeh2, Cavabdeh3 və həmçinin azyaşlı övladları X7 ilə birlikdə həmin binadan çıxmaları tələb olunsa da, qeyd olunan binadan çıxmırlar. Bildirirlər ki, xəstəxananın əsas binası təmamilə sökülərək dövlət büdcəsi hesabına müasir xəstəxana kompleksi inşa olunur. Lakin qeyd etdikləri kimi, cavabdehlərin xəstəxana kompleksinə daxil olan tikililərdən çıxmamaları həmin kompleksin təmir olunaraq tam şəkildə xidmət göstərməyə hazır vəziyyətə gətirilməsinə maneçilik törədir. Cavabdehlər hər dəfə yaşayış yerlərinin olmadığını bəhanə edərək qanunsuz olaraq zəbt etdikləri binadan çıxmaq istəmirlər. Hesab edirlər ki, qanunun tələbinə görə cavabdehlər qeyd şərtsiz həmin binadan çıxarılmalı və pozulmuş hüquqlar bərpa edilməlidir. Göründüyü kimi cavabdehlər hər hansı bir qanuni əsas olmadan zəbt etdikləri, üzərində hüquq qeydiyyata alınmış binanı tərk etməlidirlər. Belə olan halda cavadehlərin sözügedən binadan çıxarılması və hüquqlarını məhdudlaşdıran hərəkətlərin aradan qaldırılmalıdır. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh4, onların yetkinlik yaşına çatmış övladları- Cavabdeh2, Cavabdeh3 və həmçinin azyaşlı övladları X4 “Sumqayıt Tibb Mərkəzi” X15 Sumqayıt 2 saylı Şəhər Xəstəxanasına məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, 52-ci məhəllə ünvanında yerləşən binasından çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Sumqayıt Tibbi Mərkəzi” X15 Sumqayıt 2 saylı Şəhər Xəstəxanasının nümayəndəsi X11 məhkəmədə iştirak edən zaman digər nümayəndənin izahatına uyğun izahat verərək ilkin iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini və qarşılıqlı iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia tələbini qəbul etməyərək etirazını və qarşılıqlı iddia tələbini müdafiə edərək göstərdi ki, onlar 2007-ci ildə ailə üzvləri ilə birlikdə göstərilən ünvanda yerləşən yarımçıq tikilini, yaşayış sahəsini şəxsi vəsaiti hesabına təmir-tikinti və abadlaşdırma islərii apardıqdan sonra yaşamağa başlamışlar. Həmin tikilinin normal yaşayış şəraitinə salınması uçun 20.000 (iyirmi) mindən çox vəsait xərcləmişlər. Eyni zamanda dövlətin müvafiq qurumları tərəfindən kommunal xidmətlərlə təmin edilərək sayğaclar quraşdırılmış, nəzərdə tutulmuş şəkildə istifadə etdikləri sərrfiyyatlara görə müəyyən ödənişlər tərəflərinən ödənilmişdir. Qeyd edir ki, mübahisələndirilən tikilidə yaşamağa razılıq verilməsi üçün 2007-ci ildə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh təşkilatın baş həkimi olmuş İbrahim adlı şəxs onlardan 5000 (beş) min manat pul aldıqdan sonra mənzil şəraitlərinin yaxşılaşdırmaqla həmin ünvanda bu günə kimi yaşamağa başlamışlar. Qarşılıqlı iddia üzrə cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, guya onlar həmin tikilini özbaşlarına, qanunsuz olaraq zəbt etmişlər və yaşayışlar. Qeyd edir ki, bəhanə o halda olar ki, yerləşməsindən asil olmayaraq hər hansı bir ünvanda evləri, mənzilləri olsun. Hesab edir ki, bəhanə anlayışı o halda ola bilər ki qeyd etdiyi kimi başqa ünvanda mənzilləri və ya evləri və yaxud torpaq sahələri olsun. Həmçinin cavabdeh qanunsuz olaraq zəbt etmək anlayışına da düzgün yanaşmayaraq barələrində mənfi fikir formalaşdırmağa çalışaraq məhkəmə və digər qurumlar qarşısında onların nüfuzlarına xələl gətirən ifadələr işlətməklə iddialarının təmin edilməsinə nail olmaq istəyirlər. Belə olan halda hesab edirlər ki, onların bütün ailə üzvlərinin mənzil, yaşayış hüquqlarının çox kobud şəkildə pozulmasına gətirib çıxaran hərəkət və ya hərəkətsizlik edərək öz hüquqlarını həyata keçirərək digərlərinin hüquqlarının pozulmasını tələb edirlər məlum olduğu kimi 14 il bundan qabaq yaşamağa başladıqları faktiki mülkiyyələrində olan evlərinə bu günə kimi heç bir hüquq-mühafizə, dövlət və digər təşkilatlar rəsmi və ya şifahi şəkildə etirazlarını bildirməmişdir. Çünki, hamıya bəlli idi ki bu tikilini pul verib, xeyli miqdarda xərclər çəkərək yaşamağa başlamışlar. Əgər qanunsuz olaraq özbaşına zəbt etsəydilər təbii ki, istər cavabdeh təşkilat tərəfindən istərsə də digər qurumlar tərəfindən barələrində tədbir görülməsi üçün hərəkət edərdilər. Bundan başqa lazım gəldikdə hər hansı bir quruma yaşayış yeri barədə arayışlar tələb edildikdə müvafiq qurum tərəfindən həmin ünvanda yaşamaqlarını təstiq edən arayışlar verilmişdir. Nəzərə alınsa ki, mübahisələndırilən tikili dövlət mülkiyyətidir və onlarda dövlətin vətəndaşlarıydırlar, bu qarşılıqlı anlayış baxımından da təşkilatın 6 nəfər ilə üzvlərinin küçələrə düşməklərinə səbəb ola biləcək iddialarını bu şəkildə irəli sürməyə haqları yox idi. Bundan başqa cavabdeh qeyd edir ki güya dəfələrlə onların tikilidən çıxmaqlarını tələb etsələrdə onlar çıxmaq istəməmişlər. Bu ifadəni işlətmələri qarşılıqlı danışıqları təhrif edilmiş şəkildə qabardırlar. Onlara bu yaxınlarda şifahi bildiriş verildikdə onlar cavabdehə bildirmişlər ki, ya onları mənzillə, evlə, yaşayış sahəsi ilə təmin edin və ya tikiliyə hissə-hissə çəkdikləri təxminən 25 min manat pullarını ödəsinlər binadan çıxıb hardasa bir yerdən ev əldə edə bilsinlər. Cavabdeh onlarla razılaşmayaraq bu cür ədalətsiz mövqe nümayiş etdirərək təkliflərindən qərəzli şəkildə imtina etmışlər. Qeyd edir ki, Cavabdeh1 oğla birinci Qarabağ müharibəsinin könüllü doyüşçüsü, müharibə veteranıdır. Uzun illər polis orqanlarında Respublikalarının asayişinin keşiyində xidmətləri olmuşdur. Digər iddiaçı xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh2 ikinci Qarabağ döyüşçüsü olmuş, hal-hazırda əlillik dərəcəsində olmaqla döyüşlər zamanı ağır xəstəliyə düçar olan şəxsdir. Digər iddiaçı isə hal hazırda Kəlbəcər rayonunda "N” saylı hərbi hissədə müharibə şəraitində hərbi xidmətdədir. Bir tərəfdən də birinci iddia ərizəsinin irəli sürülməsinin əsasslığı ondan ibarətdir ki, hərbi xidmətdə olan şəxsin məhkəmə qarşısında duraraq hüquqlarını və maraqlarını qoruya bilmədiyi halda məhkəmə iclasları keçirilir. Onların ailə üzvlərinin məhz dövlətin ümumi mülkiyyətinn qorunması üçün canlarından keçərək qamlı ağır döyüşlərin iştirakçılarıdır. Oğlunun müharibədə sağlamlığının itirilməsi bir tərəfdən tikilini üç otaq və digər köməkçi sahə halına gətirməkləri bəllidir ki, nə qədər xərcə başa gəlmişlər. Cavabdehlərin onlara qarçı bu cür münasibət göstərməsi maddi-mənəvi, sosialiqtisadi cəhətdən ailə üzvlərinin acınacaqlı vəziyyətə düşmələrinə məruz qoymuş, məhkəmə və digər süründürməçiliyə səbəb olmuşdur. Bundan əlavə, onun qeydiyyatda olduğu ünvan qardaşına məxsusdur. Ona görə də hesab edirlər ki, məhkəmə onların qarşılıqlı iddialarını təmin etməli, ilkin iddia üzrə iddiaçının iddiasını isə rədd etməlidir. Göstərilənləri nəzərə alaraq, qarşılıqlı iddia təmin edilməsi, ilkin iddia ərizəsi təmin edilməyərək, mübahisələndirilən tikiliyə hüquqlarının tanınması və ya tikiliyə çəkdikləri 25 min manat pul vəsaitinin, 5 min manat tikiliyə icazə alınması verilmiş pulun, 15 min manat mənəvi ziyanın, cəmi 45 min manat maddi və mənəvi ziyanların cavabdeh Sumqayıt Tibb Mərkəzi X15 tərəfindən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4, Cavabdeh3 və məhkəmədə iştirak edən zaman Cavabdeh2 iddiaçı Cavabdeh1 izahatına uyğun izahat verərək, ilkin iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini və qarşılıqlı iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Sumqayıt Tibbi Mərkəzi” X15 Sumqayıt 2 saylı Şəhər Xəstəxanasının nümayəndələri X6 və X11, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi təmin olunmalı və qarşılıqlı iddia tələbi isə əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan, Vİİ-JQ № 375145 saylı, 10.10.1999-cu il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh1 ilə X5 arasında olan nikah Sumqayıt şəhər Nikah evində 10.10.1999-cu il tarixdə bağlanmış və 538 nömrə ilə qeyd edilməklə sonuncuya “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı, № 0******* və ******** saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Əfqan oğlu Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 60, mənzil 8-də qeydiyyatdadırlar. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 11 saylı Mənzil Kommunal sahəsinin 01.10.2021-ci il tarixli arayışlarından görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 60, mənzil 8 dövlət sektoruna aid olmaqla X2 adına qeydə alınmış və Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildə qeydiyyatda olsalarda yaşamırlar. Məhkəmə ilkin idddia tələbi üzrə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti ola bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və X3 haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarıilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və X3 haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Məhkəmə qeyd olunan normalara istinad edərək hesab edir ki, cavabdehlər hər hansı bir qanuni əsas olmadan zəbt etdikləri, üzərində hüquq qeydiyyata alınmış binanı tərk etməli, sözügedən binadan çıxarılmalı və iddiaçının hüquqlarını məhdudlaşdıran hərəkətlər aradan qaldırılmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə aşağıdakıları qeyd edir: “İnsan Hüquqları və X3 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmədə qarşılıqlı iddia tələbi üzrə iddiaçılar tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları, sübut edə bilmədi və o barədə sübutları təqdim etmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, onların yetkinlik yaşına çatmış övladları- Cavabdeh2, Cavabdeh3 və həmçinin azyaşlı övladları X4 “Sumqayıt Tibb Mərkəzi” X15 Sumqayıt 2 saylı Şəhər Xəstəxanasına məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, 52-ci məhəllə ünvanında yerləşən binasından çıxarılmalı, qarşılıqlı iddia üzrə cavabdehlər-iddiaçılar Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iddiaçı-cavabdeh “Sumqayıt Tibbi Mərkəzi” X15 Sumqayıt 2 saylı Şəhər Xəstəxanasına qarşı “qarşılıqlı iddia təmin edilməsi, ilkin iddia ərizəsi təmin edilməyərək, mübahisələndirilən tikiliyə hüquqlarının tanınması və ya tikiliyə çəkdikləri 25 min manat pul vəsaitinin, 5 min manat tikiliyə icazə alınması verilmiş pulun, 15 min manat mənəvi ziyanın, cəmi 45 min manat maddi və mənəvi ziyanların cavabdeh Sumqayıt Tibb Mərkəzi X15 tərəfindən tutularaq onlara ödənilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İlkin iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, onların yetkinlik yaşına çatmış övladları- Cavabdeh2, Cavabdeh3 və həmçinin azyaşlı övladları X4 “Sumqayıt Tibb Mərkəzi” X15 Sumqayıt 2 saylı Şəhər Xəstəxanasına məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, 52-ci məhəllə ünvanında yerləşən binasından çıxarılsınlar. Qarşılıqlı iddia tələbi rədd edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-310/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-310/2022
19.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver