Məhkəmə qərarları › İş №2(060)-312/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-312/2022

22.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-312/2022 22.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı X3 Cavabdeh qarşı kanalizasiya qurğusunun ləğv edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, işin məhkəmədə baxılmağa hazırlanması üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı kanalizasiya qurğusunun ləğv edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, AR MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 5.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. AR MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Beləliklə, məhkəmə AR MPM-nin 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətlərinə analogiya üzrə həmin Məcəllənin 259.0.6-cı maddəsini tətbiq edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıdakıları və AR MPM-nin 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X2 cavabdeh X1 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlansın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar