Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-315/2022 27.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 938 manat sığorta ödənişi məbləği və ödənilmiş 30.40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 968.40 manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış AS 353/20 saylı "Avtomobillərin kompleks sığortası” müqaviləsinə əsasən “Qrindeks” SC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus H027445 dövlət qeydiyyat nömrə nişanlı, “Hyundai Accent” markalı avtomobil cəmiyyətdə kompleks sığortalanmışdır. 30.10.2020-ci il tarixdə sürücü Cavabdeh2, Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz ML350” markalı, **-DS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq sığortalanmış avtomobillə toqquşmuşdur. TP seriyalı, ******* saylı inzibati xəta haqqında qərara əsasən Cavabdeh2 yol hərəkəti qaydalarını pozduğu və hadisə zamanı avtomobili etibarnaməsiz idarə etdiyi üçün hadisədə təqsirli şəxs kimi tanınmışdır. 13.11.2020-ci il tarixli zərər aktına əsasən hadisə nəticəsində “Hyundai Accent” markalı, H027445 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 1038 manat məbləğində zərər dəydiyi hesablanmış və şərtsiz azadolma məbləği nəzərə alınmaqla 938 manat sığorta ödənişi "xxxx" MMC-yə ödənilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etdiyi üçün iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə mülki işə cavabdehinlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Nəqliyyat vasitələrinin sığortası şəhadətnaməsindən görünür ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Qrindeks” SC-nin AR-dakı nümayəndəliyinə məxsus “Hyundai Accent” markalı, H027445 dövlət qeydiyyat nömrə nişanlı avtomobil 12.07.2020-ci- 12.07.2021-ci ilədək sığortalanmışdır. - İş materiallarına əlavə edilmiş AR DİN Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin məhkəməyə 02.12.2021-ci il tarixli məktubla göndərdiyi 30.10.2020-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh2 yol-nəqliyyat hadisəsi törətmiş və etibarnamə olmadan avtomobili idarə etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. - İş materiallarına əlavə edilmiş AR DİN Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin məhkəməyə 02.12.2021-ci il tarixli məktubla göndərdiyi TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 30.10.2020-ci il tarixində, saat 14.50-də “Mercedes Benz ML350” markalı, **-DS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinərək törətdiyi yolnəqliyyat hadisəsinə görə 40 manat məbləğinda inzibati qaydada cərimə edilmişdir. - İş materiallarında olan 10.11.2020-ci il tarixli hesab məlumatından görünür ki, “Hyundai Accent” markalı, H027445 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə bağlı ehtiyat hissələri 628 manat, təmir xərci 410 manat olmaqla, ümumi ödənilməli məbləğ 1038 manat məbləğ təşkil edir. - İş materiallarına əlavə edilmiş ödəniş tapşırığının məzmunundan aydın olur ki, “Hyundai Accent” markalı, H027445 dövlət qeydiyyat nömrə nişanlı avtomobil üçün dəymiş zərərə görə 1038 manat məbləğində pul vəsaiti köçürmə yolu ilə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödəniş edilmişdir. - 16.11.2020-ci il tarixli sığorta aktından görünür ki, “Qrindeks” SC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus olan “Hyundai Accent” markalı, H027445 dövlət qeydiyyat nömrə nişanlı avtomobil 12.07.2020-ci il tarixindən 12.07.2021-ci ilə kimi "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmış və 30.10.2020-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı qeyd olunan avtomobil üçün dəymiş zərərə görə 1038 manat "xxxx" MMCyə ödəniş edilmiş, 100 manat azadolma məbləği “Qrindeks” SC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına köçürülmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin məhkəməyə göndərdiyi 26.01.2022-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhər “Asan xidmət” mərkəzində 17.04.2019-cu il tarixli 7e-7023 saylı reyestrlə Cavabdeh1 tərəfindən Maraqlı şəxs bütün əmlaka və hüquqlara dair etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında Maraqlı şəxs “Mercedes BENZ ML, 350” minik markalı, **-DS-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə 09.05.2020-ci il tarixli 7e-3803 saylı reyestrlə X4 (10.04.2021-ci il tarixdə qüvvədən düşmüşdür) 30.10.2020-ci il tarixli 7e-10333 saylı reyestrlə Cavabdeh2 (31.10.2021-ci il tarixdə qüvvədən düşmüşdür) və 14.11.2020-ci il tarixli 10967 reyestrlə təsdiq olunmuş Cəfər-X2 (15.11.2021-ci il tarixdə qüvvədən düşmüşdür) nəqliyyat vasitəsindən istifadə etmək üçür etibarnamə verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin məhkəməyə 26.01.2022-ci il tarixli məktubla göndərdiyi “Elektron notariat” X1 sistemdən çıxarılmış məlumatdan görünür ki, Maraqlı şəxs Cavabdeh1 mülkiyyətində olan “Mercedes BENZ ML, 350” minik markalı, **-DS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 30.10.2020-ci il tarixində, saat 15:43-də 30.10.2021-ci il tarixədək idarə etməyi Cavabdeh2 etibar etmişdir. - "xxxx" ASC-nin "xxxx" Sığorta Şirkəti ASC-nin İdarə Heyəti sədrinin müavini Abas Miskənliyə ünvanlanmış 26.11.2020-ci il tarixli məktubundan və həmin məktubla göndərilən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin sistemindən çıxarılmış icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Mercedes BENZ ML, 350” minik markalı, **-DS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin icbari sığorta müqaviləsi 30.10.2020-ci il tarixdə saat 15:39:57-də bağlanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə bağlanmış AS 353/20 saylı "Avtomobillərin kompleks sığortası” müqaviləsinə əsasən “Qrindeks” SC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus H027445 dövlət qeydiyyat nömrə nişanlı, “Hyundai Accent” markalı avtomobil cəmiyyətdə kompleks sığortalanmışdır. 30.10.2020-ci il tarixdə, saat 14.50-də sürücü Cavabdeh2, Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz ML350” markalı, **-DS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq sığortalanmış avtomobillə toqquşmuşdur. 13.11.2020-ci il tarixli zərər aktına əsasən hadisə nəticəsində “Hyundai Accent” markalı, H027445 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 1038 manat məbləğində zərər dəydiyi hesablanmış və şərtsiz azadolma məbləği nəzərə alınmaqla 938 manat sığorta ödənişi iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Cavabdeh2 yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada 40 manat cərimə edilmişdir. Cavabdeh2 istifadəsində olan avtomobil digər Cavabdeh1 mülkiyyətində olmuş və Maraqlı şəxs Cavabdeh1 mülkiyyətində olan “Mercedes BENZ ML, 350” minik markalı, **-DS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 30.10.2020-ci il tarixində, saat 15:43-də 30.10.2021-ci il tarixədək idarə etməyi Cavabdeh2 etibar etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 avtomobili etibanamə olmadan idarə etdiyi üçün iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qeyd olunan Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının subroqasiya hüququnun yaranması, Cavabdeh2 tərəfindən iddiaçıya maddi ziyan vurulması və Cavabdeh2 buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 938 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia bu hissədə əsaslıdır. Eyni zamanda məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi etibar etdiyi əmlakın etibar edilənin məlumatı olub-olmamasından asılı olmayaraq 3-cü şəxs tərəfindən etibarnaməsiz istifadəsi nəticəsində vurulmuş zərər üçün məsuliyyət daşımır. Belə ki, məhkəmə Cavabdeh2 sözügedən avtomobili etibarnaməsiz idarə etməsini əmlakın mülkiyyətçisinə münasibətdə hüquqa zidd hərəkət nəticəsində mənbənin onun sahibliyindən çıxması kimi qiymətləndirir. Ona görə də iddia Cavabdeh1 qarşı hissədə əsassızdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, tutulmalı məbləğ 1000 manatdan aşağı olduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, Cavabdeh2 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 938 manat sığorta ödənişi məbləği və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı olmaqla, cəmi 968.40 manat pul tutularaq iddiaçı "xxxx" ASCyə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-315/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-315/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver