Məhkəmə qərarları › İş №2(060)-3158/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3158/2021

30.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3158/2021 30.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X19 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X2 Leyla Eldar qızı ilə ailə həyatı qurmuş, onların nikahlarından iki uşaqları 05.05.2007-ci ildə X17 və 29.06.2009-cu ildə X18 andan olmuşdur. Uşaqların anası Leyla Kazımova 28.12.2010-cu ildə rəhmətə getmişdir. Oğlu Murad sonradan Cavabdeh ilə ailə həyatı qurmuşdur. X30 Vətən müharibəsi zamanı 27.09.2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Oğlu şəhid olduqdan sonra cavabdeh sığorta ödənişindən 11000 manat, H.Əliyev fondundan 10000 manat, Müdafiə Nazirliyindən 3000 manat, Cəlilabad rayon icra hakimiyyəti tərəfindən 1000 manat, hüzr məclisindən 12000 manat, oğlu Muradın əmək haqqısından 1700 manat, əlavə yardımlardan 1100 manat, ümumilikdə 39800 manat pulu götürərək özü ilə birlikdə Sumqayıt şəhərinə getmişdir. Həmin pullar onun yatdığı yastığın altından gizlincə götürülərək cavabdeh tərəfindən özündə saxlanılmış və kəndin qazel markalı avtomobilinin sürücüsü cavabdehlə birlikdə onların xəbəri olmadan evdən müəyyən əşyalarla birlikdə həmin pulları da götürərək Sumqayıt şəhərinə getmişdir. Qeyd edilən faktı qazel markalı maşının sürücüsü də təsdiq edə bilər. Hal-hazırda uşaqlar onun yanında qalır. Onların təminatlarını o ödəyir. Halbuki həmin pullar uşaqların təminatı üçün nəzərdə tutulmuşdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən, Cavabdeh 39800 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, İddiaçı izahatına uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, o X9 ikinci ailəsi omuş, Muradın birinci ailəsindən iki uşağı var, onunda biz qızı var. O Muradın birinci ailəsindən olan uşaqlara 11 baxıb, Muradla birlikdə Füzuli rayonunda yaşamışdır. 27 sentyabr 2020-ci ildə Murad şəhid olmuş, o Cəlilabada gəlmişdir. Ona 11000 manat sığorta haqqı, 10000 manat X21, 3000 manat Müdafiə Nazirliyindən, cəmi 24000 manat məbləğində pul ödənilmişdir. Bundan başqa 500 manat icra Hakimiyyətindən, 1000 manat isə yardım verilmişdir. Hüzrdə yığılan puldan isə xəbəri olmamışdır. Aldığı puldan 700 manat iddiaçıya qəbirsanlıqda hasar çəkməsi üçün vermiş, 300 manat isə uşaqlara xərcləmişdir. O aralarında mübahisə yarandığına görə evdən çıxmış, pullar isə onda olduğu üçün özü ilə götürmüşdür. Onda ümumilikdə 24800 manat pul olmuşdur. Qalan pullardan xəbəri yoxdur. Bununla bağlı onu Cəlilabad rayon Polis İdarəsinə çağırmışlar, polis idarəsində də eyni izahatı vermişdir. Ona görə də məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək Cavabdeh izahatına uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının, onun nümayəndəsinin və cavabdehin, onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 05.05.2007-ci il tarixdə doğulmuşdur. X3, anası X10r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 29.06.2009-cu il tarixdə doğulmuşdur. X3, anası X10r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 27.09.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində odlu silah və adi silah növləri ilə törədilmiş zədələmələr nəticəsində Füzuli rayonunda ölmüşdür. İş materiallarında olan 19.10.2020-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh Azərbaycan Beynəlxalq Bankının Cəlilabad filialından 3000 manat dəfn xərci almışdır. İş materiallarında olan 09.12.2020-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh Azərbaycan Beynəlxalq Bankının Cəlilabad filialından 11000 manat şəhid olma ilə əlaqədar pul almışdır. İş materiallarında olan 06.10.2020-ci il tarixli aktın surətindən görünür ki, “xxxx” MMC firması şəhid X9 ailəsinə 500 manat yardım etmişdir. İş materiallarında olan Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının 28 yanvar 2021-ci il tarixli qəyyumluğa verilmə barədə sərəncamının surətindən görünür ki, X17 və X18 birgə yaşadıqları nənələri iddaçı İddiaçı qəyyumluğuna verilmişlər. Məhkəmə sorğusu əsasında Cəlilabad Rayon Polis Şöbəsindən alınıb iş materiallarına əlavə edilmiş X5 müraciəti üzrə toplanmış 43 saylı rədd materialından müəyyən edilir ki, Cavabdeh şəhid ailəsi kimi verilmiş 24000 manat pulu qaynanası İddiaçı yaşadığı evdən götürüb Sumqayıt şəhərinə atası evinə aparmışdır. Məhkəmə sorğusu əsasında Cəlilabad Rayon 1 saylı Notariat Ofisindən alınıb iş materiallarına əlavə edilmiş X5 vərəsələrinin dairəsi barədə məlumat, həmçinin mirası qəbul etmiş və mirasdan imtina etmiş vərəsələrin ərizələrinin surətindən müəyyən edilir ki, İddiaçı, Cavabdeh, X17, X18 və X1 Xəqani Nadir oğlunun vərəsələri olmuş, İddiaçı şəhid olmuş oğlu X4 miras qalmış ona çatası paydan nəvələri X17 və X11 verilməsi üçün qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1274-cü maddəsinin tələbinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1299.1-ci maddəsinə əsasən miras payının bərabərləşdirilməsi göstərilmiş xidmətlərə və mirasın həcminə uyğun olaraq ədalətlə aparılmalıdır. Tərəflərin məhkəməyə verdiyi izahatından və iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, Cavabdeh həyat yoldaşı X9 şəhid olması ilə əlaqədar 11000 manat, 10000 manat X21, 3000 manat Müdafiə Nazirliyindən dəfn xəci, cəmi 24000 manat məbləğində pul almışdır. Bundan əlavə 500 manat, 1000 manat yardım verilmişdir. Cavabdeh aldığı həmin puldan 700 manat iddiaçıya qəbirsanlıqda hasar çəkməsi üçün vermiş, Cavabdeh X9 şəhid olması ilə əlaqədar verilmiş yardımdan 24800 manat məbləğində pul qalmışdır. Məhkəmə hesab edir ki, şəhid ailəsi kimi ödənilmiş pulda şəhid ailəsi kimi iddaçı İddiaçı qəyyumluğuna verilmiş şəhid X9 övladları X6 və X7 vərəsə kimi payları var. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh X9 şəhid olması ilə əlaqədar verilmiş yardımdan qalan 24800 manat məbləğində pulun yarısı, yəni şəhid X8 övladları X12 və X11 miras qalmış pay 12400 manat məbləğində pul alınıb iddaçı İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Bununla yanaşı, İddiaçı iddia tələbində Cavabdeh şəhid X9 hüzr məclisindən yığılmış 12000 manat, oğlu Muradın əmək haqqısından 1700 manat, əlavə yardımlardan 1100 manat məbləğində pulun özü ilə götürüb aparmasını qeyd etmiş, lakin məhkəmə iclasında iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 12400 manat məbləğində pul alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12400 (on iki min dörd yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar