Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3160/2025 07.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi ilə, İddiaçı cavabdeh Az.Kond.Vent.X1 Cəmiyyətinə qarşı «daşınmaz əmlakın qiymətləndirilməsi, açıq hərradcdan satılması və maddi ziyan» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1370,4 kv/m olan əmlak kompleksi kimi müəssisədən ibarət olan daşınmaz əmlakın qiymətləndirilməsi və həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılmaqla, satış pulundan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1038/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdeh "xxxx" MMC-dən sağlamlığına vurulmuş zərərin əvəzi olaraq ödənilməli olan 35466,04 manat məbləğində ödənc və 287 manat məbləğində mediasiya xərcinin tutularaq ona ödənilməsi, yerdə qalan məbləğin cavabdehə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsi icraata qəbul edilə bilməz. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(060)-1038/2024 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-dən İddiaçı sağlamlığına vurulmuş zərərin əvəzi olaraq ödənilməli olan 35466,04 manat məbləğində ödənc və 287 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və həmin İdarənin 04 sentyabr 2024-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(060)- 1038/2024 saylı qətnaməsinin icrasının təmin edilməsi məqsədilə cavabdehə məxsus əmlakın qiymətləndirilməsi, açıq hərracda satılmasını və əldə edilmiş vəsait hesabına icra sənədi üzrə borcun ona ona ödənilməsini məhkəmədən xahiş edir. Başqa sözlə desək iddiaçı hazırki iddianı qaldırmaqla Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(060)-1038/2024 saylı qətnaməsinin icrasına nail olmağa çalışır. Bununla bağlı qeyd olunmalıdır ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Belə olan halda məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icra olunması üçün tədbirlərin görülməsinə (cavabdehə məxsus əmlakın satılaraq, satışdan əldə edilmiş vəsaitin icra sənədi üzrə borcun ödənilməsinə yönəldilməsinə) dair məsələyə iddia icraatı qaydasında baxılması yolverilməzdir. İddiaçıya izah olunsun ki, Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(060)-1038/2024 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi ilə bağlı icra məmurunun hərəkətlərindən narazıdırsa, icra məmurunun hansı hərəkətlərindən və hərəkətsizliyindən narazı olmasını əsaslandırmaqla bununla bağlı ərizə ilə icra icraatı qaydasında həmin icra sənədini vermiş məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh AZ.Kond.Vent.X1 Cəmiyyətinə qarşı «daşınmaz əmlakın qiymətləndirilməsi, açıq hərradcdan satılması və maddi ziyan» tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh AZ.Kond.Vent.X1 Cəmiyyətinə qarşı «daşınmaz əmlakın qiymətləndirilməsi, açıq hərradcdan satılması və maddi ziyan» tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və əlavə edilmiş sənədlər iddiaçıya rəsmi qaydada təqdim olunsun. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-3160/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3160/2025
07.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver