Məhkəmə qərarları › İş №2(060)-3175/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3175/2021

20.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3175/2021 20.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Xöşbət oğlunun sədrliyi Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Cəbrayıl rayon Quycaq icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 11 saylı doğum haqqında akt qeydində bacısı X2 təvəllüdünün “xx.xx.1954-cü il”dən “xx.xx.1953-cü il”ə, ana qrafasında ana adının “Sitara” dan “Sitarə”yə düzəliş edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bacısı X5 xx.xx.1953-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Bacısı xx.xx.2020-ci ildə ölmüşdür və onun doğum haqqında şəhadətnaməsi itmişdir. Cəbrayıl rayon Quycaq icra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.1954-cü il tarixli, 11 saylı doğum haqqında akt qeydində bacısının doğum tarixi xx.xx.1954, ana adi isə Sitara kimi qeyd olunmuşdur, lakin bacısına məxsus digər sənədlərdə doğum tarixi xx.xx.1953-cü il, ana adı Sitarə kimi qeyd olunmuşdur. Bununla bağlı müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi həmin yalnışlığın aradan qaldıralmasından imtina etmişdir. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddələrinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan: - AZE № 01379384 serialı, xx.xx.2003-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1953-cü ildə Cəbrayıl rayonu, Daşkəsən kəndində doğulmuşdur. -ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxxx 2020-ci ildə ürəyin hipertenziv xəstəliyi səbəbindən ölmüşdür. -doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi və xx.xx.1961-ci il təvəllüdlü X1 atası X6, anası X3r. -orta təhsil haqqında attestatın surətindən görünür ki, orada X2 təvəllüdü 1953-cü qeyd edilmişdir. -səkkizillik təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, orada X2 təvəllüdü 1953-cü qeyd edilmişdir. -C00417491 nömrəli passportun surətindən görünür ki, orada X2 təvəllüdü xx.xx.1953cü il göstərilmişdir. -X4 məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, onun orada təvəllüdü 1953-cü il qeyd edilmişdir. - Sumqayıt şəhər qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx xxxxxx 2021-ci il tarixli 05/Q-07/62 saylı məktubdan görünür ki, Cəbrayıl rayon Quycaq icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 11 saylı doğum haqqında akt qeydində X5 doğulduğu tarix xx.xx.1954-cü il, ana adı Sitara kimi qeyd edilmişdir. Buna baxmayaraq şəxsiyyət vəsiqəsində isə doğum tarixi xx.xx.1953-cü il il qeyd olunmuşdur. Bundan əlavə Sumqayıt qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 1433 saylı, xx.xx.2020-ci il tarixli ölüm akt qeydində ölən şəxsin doğulduğu tarix xx.xx.1953-cü il kimi qeyd olunmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, X5 əslində xx.xx.1953-cü ildə anadan omuşdur və anasının adı Sitarədir. Bu fakt Ərizəçi məhkəməyə ünvanladığı ərizəsinə əlavə etmiş olduğu sənədlərin surətindən təsdiqini tapır. Məhkəmə hesab edir ki, X2 doğum haqqında şəhadətnaməsində səhvən doğum tarixi “xx.xx.1954”, ana adı Sitara olaraq əks olunmuşdur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 339.1-ci maddəsinə müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Belə ki, Sumqayıt şəhər qeydiyyat şöbəsindən Ərizəçi ünvanlanmış məktubda, onun müraciətinə cavab olaraq bildirilmişdir ki, onun bacısına məxsus olan doğum şəhadətnaməsində olan yanlışlığın düzəldilməsi mümkün olmamışdır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X9 məxsus olan Cəbrayıl rayon Quycaq icra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.1954-cü il tarixli, 11 saylı doğum haqqında akt qeydində olan yanlışlıq aradan qaldırılsın və onun doğulduğu tarix xx.xx.1953-cü il, ana adı Sitarə kimi qeyd edilsin. Cəbrayıl rayon Qucaq icra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.1954-cü il tarixli, 11 saylı doğum haqqında akt qeydində olan yalnışlığın düzəldilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar