Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-32/2025 24.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Cavabdeh1 və Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı maddi ziyanın ödənilməsi və s. tələbinə və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MTK-ya qarşı (şərəf və layaqətin müdafiəsi, təkzib verilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Və Cavabdeh3nə qarşı maddi ziyanın ödənilməsivə s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC tərəfindən müxtəlif sosial şəbəkələrdə yayılan video və məqalələrdəki “Deputatın tikdiyi İddiaçı yaşayış evləri xəstəlik mənbəyinə çevrilib” başlığı altında yayılan “MTK-nın tikdiyi mənzillərin keyfiyyətsiz olması, onların qısa bir müddətdə yararsız vəziyyətə düsməsi, tikinti zamanı kafel-metlaxın ara məsafəsinin boş saxlanması və izolyasiva olunmaması, bu səbəbdən də mənzillərə su sızmasının yaranması, rütubətə səbəb olması və divar kağızlarının qopması və həmin binada bir neçə mənzillərə baxış keçirərək eyni faktlarla üzləşməsi ” məlumatın həqiqətə uyğun olmayan hesab edilməsi, həqiqətə uyğun olmayan, yalan məlumatların cavabdehlər tərəfindən təkzib olunması, qeyd olunan, yayılmış həqiqətə uyğun olmayan, yalan məlumatlara görə cavabdehlər tərəfindən iddiaçıdan üzr istənilməsi, İddiaçı MTK-nın işgüzar nüfuzunu ləkələyən yalan məlumatların yayılması nəticəsində dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi məqsədilə cavabdehlərdən müştərək qaydada MTK-nın xeyrinə 1.000.000 (bir milyon) manatın tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC tərəfindən müxtəlif sosial şəbəkələrdə yayılan video ilə İddiaçı MTK-nın işgüzar nüfuzuna zərər vuran məlumatların, yəni həmin MTK tərəfindən tikilən və təmir edilən binalarda təmirin keyfiyyətsiz olması barədə məlumatların həqiqətə uyğun olmayan hesab edilməsi, həmin məlumatların cavabdehlər tərəfindən təkzib edilməsi, qeyd olunan, yayılmış həqiqətə uyğun olmayan məlumatlara görə cavabdehlər tərəfindən iddiaçıdan üzr istənilməsi İddiaçı MTK-nın işgüzar nüfuzunu ləkələyən yalan məlumatların yayılması nəticəsində İddiaçı MTK-ya dəymiş maddi zərərin əvəzi kimi 500.000 (bes yüz min) manat və mənəvi zərərin əvəzi kimi 500.000 (bes yüz min) manat olmaqla, ümumilikdə 1.000.000 (bir milyon) manat pulun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MTK-ya qarşı (şərəf və ləyaqətin müdafiəsi, təkzib verilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində həqiqəti əks etdirməyən və yalan məlumatların - Cavabdeh2 və Cavabdeh1 “yaxın münasibətdə olduğu” ifadəsinin və AR-nın DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə etdiyi müraciətdə “Kristal Abşeron“ MTK-nı şantaj etdiyi, hədə-qorxu gələrək hansısa layihələrin ona verilməsini, bu olmayacağı təqdirdə isə onları biabr etməklə hədələmək barədə qeyd edilən ifadələrin təkzib olunması barədə həmin orqana və ona məktub verilməsi, rəsmi olaraq ondan üzr istənilməsi barədə öhdəliyin cavabdehin - “Kristal Abşeron“ MTK-nın üzərinə qoyulması, onun şərəf və ləyaqətinə xələl gətirən məlumatlar yazmaqla ona mənəvi zərər vurduğuna görə 100 000 (yüz min) manat məbləğində mənəvi ziyanın, həmçinin ödənilmiş dövlət rüsumunun ödənilməsi öhdəliyinin cavabdehin “Kristal Abşeron“ MTKnın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə və Cavabdeh1 və Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizələri barədə qarşılıqlı razılıq əldə etdiklərindən iddia ərizələrinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdirlər. Məhkəmə hesab edir ki, hər iki iddiaçı iddia ərizəsinin qaytarılmasını xahiş etdiyindən ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.1-ci maddəsinə və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. 5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. 5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-32/2025 saylı mülki işi üzrə iddiaçı "xxxx" MTK tərəfindən xx.xx.2024-cü il tarixli, 10376 (**********) saylı qəbz əsasında ödənilmiş 1300 (bir min üç yüz) manat məbləğində pul iddiaçı "xxxx" MTK-ya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı maddi ziyanın ödənilməsi və s. tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçınə, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MTK-ya qarşı (şərəf və layaqətin müdafiəsi, təkzib verilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Cavabdeh2 geri qaytarılsın. İddiaçı "xxxx" MTK tərəfindən xx.xx.2024-cü il tarixli, 10376 (**********) saylı qəbz əsasında ödənilmiş 1300 (bir min üç yüz) manat məbləğində pul iddiaçı "xxxx" MTK-ya geri qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-32/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-32/2025
24.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver