Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3221/2024 17.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid katibliyi ilə, İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər 1 saylı Sumqayıt Regional "Asan xidmət" mərkəzinin notariat ofisi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı imtina əqdinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 1 saylı Sumqayıt Regional Cavabdeh1 notariat ofisində anaları X1 miras qalmış və mirasın onlara çatacaq hissəsindən imtina edilməsi barədə İddiaçı1 və İddiaçı2 18 fevral 2023-ci il tarixli və 25 fevral 2023-cü il tarixli imtina əqdlərinin (iradə ifadələrinin) etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə 3-cü şəxlərin-Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülki iş üzrə cavabdehlər kimi tanınması; 1 saylı Sumqayıt Regional Cavabdeh1 notariat ofisində xx.xx.2022-ci ildə ölən anaları X1 miras qalmış əmlakın onlara çatacaq hissəsindən imtina edilməsi barədə İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli imtina əqdlərinin (iradə ifadələrinin) etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə barışıq sazişini təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştrak edən İddiaçı1 barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştrak edən Cavabdeh3 barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştrak edən Cavabdeh4 barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştrak edən Cavabdeh2 barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştrak edən Cavabdeh4 vəkili barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh 1 saylı Sumqayıt Regional "Asan xidmət" mərkəzinin notariat ofisi məhkəmə iclasına gəlmədiyində və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilən saziş aşağıda qeyd edilən məzmundadır.
1. Cavabdehlər İddiaçı1 və İddiaçı2 öhdəlik götürür ki, mərhum anaları, miras qoyan X2 məxsus olmuş Sumqayıt şəhəri, Corat qəsəbəsi, məh.78, ev 229-un (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Müşviq Bəkiyev küçəsi 32.) çıxarış ( hüquqmüəyyənedici sənəd: Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X6 veridiyi reyestr nömrəsi **********78-10301 olan xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış) üzrə 66, 30 kv.m olan 4/6 hissə miras əmlakın onlara çatacaq miras hissəsindən imtina edirlər.
2. Cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 öhdəlik götürürlər ki, İddiaçı1 və İddiaçı2 miras qoyan X2 məxsus olmuş Sumqayıt şəhəri, Corat qəsəbəsi, məh.78, ev 229-un (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Müşviq Bəkiyev küçəsi 32.) çıxarış üzrə 66, 30 kv.m olan yaşayış sahəsindən (hüquqmüəyyənedici sənəd: Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X6 veridiyi reyestr nömrəsi **********78- 10301 olan xx.xx.2022- ci il qeydiyyat tarixli çıxarış) onlara çatacaq miras hissəsindən onların xeyrinə imtina edilməsini nəzərə alırlar. Buna görə X3 və nənələri X2 məxsus olan miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, məh.78, ev 229-un (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Müşviq Bəkiyev küçəsi 32.) çıxarış üzrə 0,08 ha torpaq sahəsinin onlara çatacaq miras hissəsindən əmiləri İddiaçı1 faktiki istifadə etdiyi və yaşayış evi tikdiyi torpaq sahəsi hissəsini sazişə uyğun natural bölgü sxemi əsasınada, ona bağışlayacaqlar.
3. Cavabdehlər İddiaçı1 və İddiaçı2 öhdəlik götürlər ki, X3 və X2 məxsus olan miras payının ( çıxarış üzrə 0,08 ha torpaq sahəsi) faktiki istifadə etdiyi və yaşayış evi tikdiyi torpaq sahəsi hissəsinin natural bölgü sxemi əsasınada İddiaçı1 notarial qaydada bağışlanmasından, bu barədə adına mülkiyyət hüquq ilə çıxarısaldıqdan 3 ay sonra ailə üzvlərimizlə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, məh. 78, ev 229-un (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Müşviq Bəkiyev küçəsi 32.) çıxarış üzrə 66, 30 kv.m olan yaşayış sahəsindən yaşayış yeri üzrə pasport qeydiyyatından çıxacaqdırlar.
4. Bu sazişə görə ailə üzvlərinin Sumqayıt şəhəri, Corat qəsəbəsi, məh.78, ev 229dan (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Müşviq Bəkiyev küçəsi 32.) qeydiyyatdan çıxması bu sazişə uyğun miras əmlakın faktiki istifadə etdiyi və ev tikdiyi torpaq sahəsi hissəsi İddiaçı1 notarial qaydada bağışlanmasından, bu barədə adına mülkiyyət hüquq ilə çıxarış aldıqdan 3 ay sonra həyata keçiriləcəkdir.
5. Bu saziş bundan əvvəl bu miras əmlak olan: Sumqayıt şəhəri, Corat qəsəbəsi, məh.78, ev 229-un (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Müşviq Bəkiyev küçəsi 32.) çıxarış üzrə daşınmaz əmlakın ümumi hisəsi 66, 30 kv.m, torpaq sahəsinin ölçüsü 0,08 ha olan miras əmlak barəsində şifahi və yazılı razılaşmalarının davamıdır.
6. Bu müqavilənin şərtlərinin pozulmasına görə tərəflər məsuliyyət daşıyırlar və bir birlərinə dəymiş ziyanı ödəməyi öhdələrinə götürülər. Bu sazişin şərtlərinin pozulmasına görə tərəflər məhkəmə qarşısında cavabdehlik daşımağa hazırdırlar. Məhkəməyə təqdim olunmuş barışıq sazişindən görünür ki, tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək Mülki Məcəllənin 881-ci maddəsinin tələbləri qaydasında müvafiq saziş bağlamışlar. Həmin sazişlə tərəflər mübahisənin həlli qaydasını müəyyənləşdirərək bununla bağlı üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin iddiaçı və cavabdehlər ayrı-ayrılıqda məhkəməyə müraciət edərək bağladıqları barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətlə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə isə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 67-1.1-ci maddəsinə əsasən vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. Azərbaycan Respublikası MPM-nin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 121.1ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Cavabdeh4 Elman qızına Vəkil göstərdiyi 30 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin təqdim etdiyi barışıq sazişi Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinin tələblərinə uyğun verilmişdir, qanuna zidd deyildir və hər hansı başqa bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 170, 191, 261- 264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ :
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər 1 saylı Sumqayıt Regional "Asan xidmət" mərkəzinin notariat ofisi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı imtina əqdinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə barışıq sazişi aşağıda qeyd edilən şərtlərlə təsdiq olunsun. Barışıq sazişinin şərtlərinə görə:
1. Cavabdehlər İddiaçı1 və İddiaçı2 öhdəlik götürürlər ki, mərhum anaları, miras qoyan X2 məxsus olmuş Sumqayıt şəhəri, Corat qəsəbəsi, məh.78, ev 229-un (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Müşviq Bəkiyev küçəsi 32.) çıxarış ( hüquqmüəyyənedici sənəd: Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X6 veridiyi reyestr nömrəsi **********78-10301 olan xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış) üzrə 66, 30 kv.m olan 4/6 hissə miras əmlakın onlara çatacaq miras hissəsindən imtina edirlər.
2. Cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 öhdəlik götürürlər ki, İddiaçı1 və İddiaçı2 miras qoyan X2 məxsus olmuş Sumqayıt şəhəri, Corat qəsəbəsi, məh.78, ev 229-un (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Müşviq Bəkiyev küçəsi 32.) çıxarış üzrə 66, 30 kv.m olan yaşayış sahəsindən (hüquqmüəyyənedici sənəd: Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X6 veridiyi reyestr nömrəsi **********78- 10301 olan xx.xx.2022- ci il qeydiyyat tarixli çıxarış) onlara çatacaq miras hissəsindən onların xeyrinə imtina edilməsini nəzərə alırlar. Buna görə X3 və X2 məxsus olan miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, məh.78, ev 229-un (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Müşviq Bəkiyev küçəsi 32.) çıxarış üzrə 0,08 ha torpaq sahəsinin onlara çatacaq miras hissəsindən İddiaçı1 faktiki istifadə etdiyi və yaşayış evi tikdiyi torpaq sahəsi hissəsini sazişə uyğun natural bölgü sxemi əsasınada, ona bağışlayacaqlar.
3. Cavabdehlər İddiaçı1 və İddiaçı2 öhdəlik götürürlər ki, X3 və X2 məxsus olan miras payının ( çıxarış üzrə 0,08 ha torpaq sahəsi) faktiki istifadə etdiyi və yaşayış evi tikdiyi torpaq sahəsi hissəsinin natural bölgü sxemi əsasınada İddiaçı1 notarial qaydada bağışlanmasından, bu barədə adına mülkiyyət hüquq ilə çıxarısaldıqdan 3 ay sonra ailə üzvlərimizlə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, məh. 78, ev 229-un (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Müşviq Bəkiyev küçəsi 32.) çıxarış üzrə 66, 30 kv.m olan yaşayış sahəsindən yaşayış yeri üzrə pasport qeydiyyatından çıxacaqdırlar.
4. Bu sazişə görə ailə üzvlərinin Sumqayıt şəhəri, Corat qəsəbəsi, məh.78, ev 229dan (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Müşviq Bəkiyev küçəsi 32.) qeydiyyatdan çıxması bu sazişə uyğun miras əmlakın faktiki istifadə etdiyi və ev tikdiyi torpaq sahəsi hissəsi İddiaçı1 notarial qaydada bağışlanmasından, bu barədə adına mülkiyyət hüquq ilə çıxarış aldıqdan 3 ay sonra həyata keçiriləcəkdir.
5. Bu saziş bundan əvvəl bu miras əmlak olan: Sumqayıt şəhəri, Corat qəsəbəsi, məh.78, ev 229-un (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Müşviq Bəkiyev küçəsi 32.) çıxarış üzrə daşınmaz əmlakın ümumi hisəsi 66, 30 kv.m, torpaq sahəsinin ölçüsü 0,08 ha olan miras əmlak barəsində şifahi və yazılı razılaşmalarının davamıdır.
6. Bu müqavilənin şərtlərinin pozulmasına görə tərəflər məsuliyyət daşıyırlar və bir birlərinə dəymiş ziyanı ödəməyi öhdələrinə götürülər. Bu sazişin şərtlərinin pozulmasına görə tərəflər məhkəmə qarşısında cavabdehlik daşımağa hazırdırlar. Mülki iş üzrə icraata xitam verilsin. Cavabdeh4 Elman qızına Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 30 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verə bilərlər.
Hakim Elmir Hüseynov