Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3338/2021 31.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X4 İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs Tovuz rayon Notariat Kontoruna qarşı “qanun üzrə yeganə vərəsə kimi miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizə ilə məhkəməyə müraciət edərək, mərhum ataları X7 miras qalmış Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0.5939 ha torpaq sahəsi, Tovuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 23 nömrəli qərarı ilə ayrılmş 0.09 ha torpaq sahəsi, Tovuz rayon, Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 86.3 kv.m olan fərdi yaşayış evi, Bakı şəhəri 1-ci Alatava küçəsində yerləşən 88B saylı fərdi yaşayış evi və **-UR-*** dövlət qeydiyyat nişanlı, “X18 SE” minik markalı avtomobilə dair qanun üzrə vərəsə kimi onların, yəni İddiaçı1 və İddiaçı2 hüququnu tanımaqla həmin əmlaklar üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras qalmış əmlaklara onların hər birilərinin, yəni İddiaçı1 və İddiaçı2 bərabər hissələrdə 1/2 hissə) payları müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinə dəqiqləşmə verərək, mərhum ataları X7 miras qalmış Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0.5939 ha torpaq sahəsi, Tovuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 23 nömrəli qərarı ilə ayrılmş 0.09 ha torpaq sahəsi, Tovuz rayon, Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 86.3 kv.m olan fərdi yaşayış evi, Bakı şəhəri 1-ci Alatava küçəsində yerləşən 88B saylı fərdi yaşayış evi və **-UR-*** dövlət qeydiyyat nişanlı, “X18 SE” minik markalı avtomobilə dair qanun üzrə vərəsə kimi onların həmin əmlakları faktiki qəbul etmələri, paylarının müəyyən edilərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinə dəqiqləşmə verərək, mərhum ataları X7 miras qalmış Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0.5939 ha torpaq sahəsi, Tovuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 23 nömrəli qərarı ilə ayrılmş 0.09 ha torpaq sahəsi, Tovuz rayon, Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 86.3 kv.m olan fərdi yaşayış evi, Bakı şəhəri 1-ci Alatava küçəsində yerləşən 88B saylı fərdi yaşayış evi və **-UR-*** dövlət qeydiyyat nişanlı, “X18 SE” minik markalı avtomobilə dair qanun üzrə vərəsə kimi onların həmin əmlakları faktiki qəbul etmələri, hər birinin payları ½ hissədə müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək göstərdi ki, iddiaçıların mərhum ataları X15 25.04.2019-cu il tarixdə vəfat etmişdir. Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0.5939 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında mərhum ataları X11, anaları Hüseynova Bəsdiyə və iddiaçılara məxsus olmuşdur. Həmçinin, Tovuz rayon, Dondar Quşçu kəndində yerləşən iki otaqlı, ümumi sahəsi 86.3 kv.m olan fərdi yaşayış evi də mərhum atalarına məxsus daşınmaz əmlak olmuşdur. Mərhum atalarından miras qalmış digər əmlak Bakı şəhəri, Yasamal rayonu, 1ci Alatava küçəsindəki, 2 otaqlı, 88B saylı fərdi yaşayış evidir. Həmin fərdi yaşayış evini birgə nikah dövründə iddiaçıların ataları və anaları X5 və X15 ilə birgə əldə etmişlər. Tovuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 23 nömrəli qərarı ilə 0.09 ha torpaq sahəsi aqrar islahat zamanı mərhum atalarına ayrılmşdır. Bu barədə JN-440A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. ** UR *** dövlət qeydiyyat nişanlı “X18 SE" minik markalı avtomobil ataları X11 məxsus olmuşdur. Hal-hazırda bütövlüklə miras əmlak tərəflərindən qəbul edilmiş və faktiki idarə olunur, miras əmlakı qəbul etmiş vərəsələr olaraq biz övladları İddiaçı1 və İddiaçı2 və anaları X5 pasport qeydiyyatında olmaqla Yasamal rayonu, 1-ci Alatava küçəsindəki, 2 otaqlı, 88B saylı fərdi yaşayış evində yaşayırdılar. Cavabdeh mərhum atalarının ikinci həyat yoldaşıdır. Cavabdeh hal-hazırda Sumqayıt şəhərində yaşayır. Atalarından qalan bütün miras əmlaklara faktiki olaraq iddiaçılar sahiblik edir. Həmçinin mirası qəbul etməklə bağlı iddiaçılar notarait kontoruna ərizə ilə də müraciət etmişlər. Cavabdeh isə nə mirası faktiki olaraq qəbul etmiş, nə də bu barədə notariat orqanlarına müraciət etmişdir. Birinci növbə vərəsə kimi qeyd edilən əmlaklara iddiaçılar tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras qalmış əmlaklara iddiaçılar vərəsəlik hüquqlarınını tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməli olmasına baxmayaraq, üçüncü şəxs Tovuz Rayon Notariat Kontoru tərəfindən mirasın qəbulu ilə bağlı 1-ci dərəcəli vərəsələr arasında mübahisə olduğu əsas gətirilərək vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Göstərilənləri nəzərə alaraq, mərhum ataları X7 miras qalmış Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0.5939 ha torpaq sahəsi, Tovuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 23 nömrəli qərarı ilə ayrılmş 0.09 ha torpaq sahəsi, Tovuz rayon, Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 86.3 kv.m olan fərdi yaşayış evi, Bakı şəhəri 1-ci Alatava küçəsində yerləşən 88B saylı fərdi yaşayış evi və **- UR-*** dövlət qeydiyyat nişanlı, “X18 SE” minik markalı avtomobilə dair qanun üzrə vərəsə kimi onların həmin əmlakları faktiki qəbul etmələri, hər birinin payları ½ hissədə müəyyən edilməsi barədə qətnamə qət etməyi məhkəmədən xahiş etdi. Cavabdeh, üçüncü şəxs Tovuz rayon Notariat Kontoru və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçılar İddiaçı1 oğu və İddiaçı2 ona qarşı”qanun üzrə yeganə vərəsə kimi miras əmlakının qəbul edilməsinin və əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizələri vardır. İddia tələbini qəbul etmir. Ona görə ki, onun iddiaçılardan və rəhmətlik ataları X7 heç bir tələbi olmamış, indi də yoxdur. İddia tələbinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxır və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı1 nümayəndəsi və vəkili Vəkil izahatını dinləyərək, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ №021296 saylı, 14.05.2019-cu il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X19 25.04.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Tovuz rayonu, Dondarquşçu kəndində yerləşən iki otaqlı, ümumi sahəsi 86.3 kv.m, o cümlədən yaşayış sahəsi 57.7 kv.m-dən ibarət olan fərdi yaşayış şəxsi mülkiyyət hüququ əsasında X9 adına qeydə alınmışdır. İş materiallarında Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının FM seriyalı, №011916 saylı “Qeydiyyat Vəsiqəsi”nin surətindən görünür ki, Bakı şəhəri, 1 Alatava küçəsindəki 2 (iki) otaq, 28,8 kv.m, yaşayış sahəsi 52,1 kv. ümumi sahəsi torpaq sahəsindən ibarət 88 “b” saylı fərdi yaşayış evi X1 adına ½ payda, X15 ½ hissədə adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının MH seriyalı, №151987 saylı “Qeydiyyat Vəsiqəsi”nin surətindən görünür ki, Bakı şəhəri, 1 Alatava küçəsindəki 88 “b” nömrəli yaşayış evi X9 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamənin surətindən görünür ki, Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0,09 ha torpaq sahəsi X9 və onun ailə üzvləri olan X8, X10 və İddiaçı2 istifadəsinə verilmişdir. İş materiallarında olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən 19.12.2019-cu il tarixli arayışından görünür ki, Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində X9 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Çıxarış”ın surətindən görünür ki, Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0,5939 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında paylı mülkiyyət kimi X15, İddiaçı2, X5 və İddiaçı1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AB №005426 saylı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “X18 SE” minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X12r. İş materiallarında olan “Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında” 25.01.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 88-də yaşayan İddiaçı2, notariat ofisinə, Tovuz rayonu, Dondar Quşçu kəndində yaşamış, 25 aprel 2019-cu i tarixdə vəfat etmiş atası X7 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün 17 dekabr 2019-cu il tarixdə ərizə təqdim etmişdir. Ərizə, ona əlavə edilmiş sənədlərdən məlum oldu ki, mirasın bölüşüdürülməsi ilə əlaqədar 1-ci dərəcəli vərəsələr arasında mübahisə vardır. Tərəflərindən İddiaçı2 mirasın qəbulu ilə bağlı qanunvericiliyin tələbləri izah edilmişdir. Lakin İddiaçı2 tələbini dəyişməmişdir. İş materiallarında olan Tovuz rayon Qeydiyyat Şöbəsinin 17.12.2019-cu il tarixli arayışının surətindən görünür ki, İddiaçı1 xx.xx.1981-ci il tarixdə Tovuz rayonu, Dondar Quşçu kəndində anadan olmuşdur. Ata-qrafasında X15, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan Tovuz rayon Qeydiyyat Şöbəsinin 17.12.2019-cu il tarixli arayışının surətindən görünür ki, İddiaçı1 01.01.1980-ci il tarixdə Tovuz rayonu, Dondar Quşçu kəndində anadan olmuşdur. Ata-qrafasında X15, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan №1549 saylı, 11.12.2019-cu il tarixli “Nikahın Bağlanması haqqında” çıxarışın surətindən görünür ki, X15 ilə X5 arasında olan nikah 09.04.1978-ci il tarixdə Tovuz rayon Dondar Quşçu kənd İcra Nümayəndəliyində bağlanmış və 03 nömrə ilə qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tovuz rayon notariat ofisinin X3 ünvanladığı 24.07.2020-ci il tarixli məktubun surətindən görünür ki, 16 sentyabr 2000-ci il tarixdə Yasamal rayon Qeydiyyat Şöbəsində onun mərhum əri X15 ilə nikahlarının pozulması qeyd edilmişdir. Mülki Məcəllənin 1163-cü maddəsinə boşanmış ərarvad bir-birindən sonra vərəsə ola bilməzlər. Əlavə olaraq, X15 31.08.2001-ci il tarixdə Yasamal rayon X2 Mətanət Kamal qızı ilə nikah qeydiyyatından keçmişdir. Belə olan halda onun və övladlarının vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Tovuz rayonu İcra Hakimiyyəti başçısının Dondar Quşçu kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05.04.2021-ci il tarixli arayışından görünür ki, X15 25.04.2019-cu il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra ondan miras qalmış 2 (iki) otaqlı ümumi sahəsi 86,3 kv.m, o cümlədən yaşayış sahəsi 57,7 kv.m-dən ibarət olan fərdi yaşayış evindən, 0,09 ha həyətyanı və 0,5939 ha pay torpağından ailə üzvləri olan, oğlu İddiaçı1 və qızı İddiaçı2 hal-hazırda da istifadə edirlər. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat birliyi 24 saylı Mənzil Kommunal sahəsinin 07.04.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı1 və İddiaçı2 1-ci Alatava, 88 saylı evdə qeydiyyatdadırlar. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 2, mənzil 42-də qeydiyyatdadır. Məhkəmə hesab edir ki, iddiaçıların ataları olan X7 miras qalmış Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0.5939 ha torpaq sahəsi, Tovuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 23 nömrəli qərarı ilə ayrılmş 0.09 ha torpaq sahəsi, Tovuz rayon, Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 86.3 kv.m olan fərdi yaşayış evi, Bakı şəhəri 1-ci Alatava küçəsində yerləşən 88B saylı fərdi yaşayış evi və **- UR-*** dövlət qeydiyyat nişanlı, “X18 SE” minik markalı avtomobil X9 mülkiyyəti olmuş olduğundan, mübahisəli əmlaklar miras əmlakı kütləsidir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, miras qoyan X15 vəfat etdiyi günədək özündən miras qalmış əmlaka dair hər hansı şəxsin adına vəsiyyətnamə qoymamışdır. Ona görə də məhkəmə hesab edir ki, miras qoyun X7 miras qalmış əmlaka dair vərəsəlik məsələsi qanun üzrə vərəsəlik qaydasında həll edilməlidir. Həmin Məcəllənin 1151-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1145-сi maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edildiyi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. İş materiallarından göründüyü kimi miras qoyan X9 25 aprel 2019-cü il tarixdə vəfat etməsi ilə ondan miras qalmış əmlaklara dair vərəsəlik açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar, arvad (ər), valideynlər (övladlığa götürülənlər) qanun üzrə birinci növbə vərəsə hesab edilirlər. Həmin Məcllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsində təsbit edilmişdir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə miras əmlakına dair vərəsələrin dairəsini araşdıraraq hesab edir ki, iddiaçılar və cavabdeh miras qoyan X9 övladları və həyat yoldaşı olduqlarından onlar qanun üzrə birinсi növbəli vərəsələridir. Azərbaycan Respbulikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirasın qəbulundan imtina edə bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İş materiallarında olan “Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında” 25.01.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 88-də yaşayan İddiaçı2, notariat ofisinə, Tovuz rayonu, Dondar Quşçu kəndində yaşamış, 25 aprel 2019-cu i tarixdə vəfat etmiş atası X7 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün 17 dekabr 2019-cu il tarixdə ərizə təqdim etmişdir. Ərizə, ona əlavə edilmiş sənədlərdən məlum oldu ki, mirasın bölüşüdürülməsi ilə əlaqədar 1-ci dərəcəli vərəsələr arasında mübahisə vardır. Tərəflərindən İddiaçı2 mirasın qəbulu ilə bağlı qanunvericiliyin tələbləri izah edilmişdir. Lakin İddiaçı2 tələbini dəyişməmişdir. Azərbaycan Respbulikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vərəsələrdən Cavabdeh miras açıldığı xəbərdar olmaqla qanunla müəyyən edilmiş vaxtda notariat orqanına müraciət etməmiş, eyni zamanda özünün də məhkəməyə təqdim etdiyi yazılı ərizəsində iddia tələbini qəbul etmədiyini göstərsə də, iddiaçılardan və rəhmətlik ataları X7 heç bir tələbi olmamış, hazırda da olmadığını qeyd etmişdir. Lakin məhkəmə tədqiqatı zamanı və iş materialları ilə müəyyən olunmuşdur ki, miras qoyan X9 25 aprel 2019-cu il tarixdə vəfatından sonra ondan miras qalmış miras əmlakları birinci növbəli vərəsələri olan uşaqları- iddiaçılar İddiaçı1 və İddiaçı2 miras əmlaka sahiblik etməklə və mirası faktik surətdə idarə etməklə qəbul etmişlər. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum ataları X7 miras qalmış Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0.5939 ha torpaq sahəsi, Tovuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 23 nömrəli qərarı ilə ayrılmş 0.09 ha torpaq sahəsi, Tovuz rayon, Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 86.3 kv.m olan fərdi yaşayış evi, Bakı şəhəri 1-ci Alatava küçəsində yerləşən 88B saylı fərdi yaşayış evi və **-UR-*** dövlət qeydiyyat nişanlı, “X18 SE” minik markalı avtomobilə dair qanun üzrə vərəsə kimi onların həmin əmlakların qəbul edilməsi faktı müəyyən edilərək həmin əmlaklara dair hər birinin payları ½ hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş üzrə ödənilmiş 11 (on bir) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum ataları X7 miras qalmış Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0.5939 ha torpaq sahəsi, Tovuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 23 nömrəli qərarı ilə ayrılmş 0.09 ha torpaq sahəsi, Tovuz rayon, Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 86.3 kv.m olan fərdi yaşayış evi, Bakı şəhəri 1-ci Alatava küçəsində yerləşən 88B saylı fərdi yaşayış evi və **- UR-*** dövlət qeydiyyat nişanlı, “X18 SE” minik markalı avtomobilə dair qanun üzrə vərəsə kimi onların həmin əmlakların qəbul edilməsi faktı müəyyən edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum ataları X7 miras qalmış Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0.5939 ha torpaq sahəsi, Tovuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 23 nömrəli qərarı ilə ayrılmş 0.09 ha torpaq sahəsi, Tovuz rayon, Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 86.3 kv.m olan fərdi yaşayış evi, Bakı şəhəri 1-ci Alatava küçəsində yerləşən 88B saylı fərdi yaşayış evi və **- UR-*** dövlət qeydiyyat nişanlı, “X18 SE” minik markalı avtomobilə dair hər birinin payı ½ hissədə müəyyən edilsin. İş üzrə ödənilmiş 11 (on bir) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı1 ödənilsin. Hazırki qətnamə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3338/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3338/2021
31.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver