Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-337/2024 19.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X28 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdeh "xxxx" X31 Səhmdar Cəmiyyətinin nümayəndəsi X16 iştirakları ilə İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra İdarəsinə, Cavabdeh3nə və "xxxx" X31 Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələri barədə protokolun və onun əsasında DƏDRX tərəfindən verilmiş çıxarışın ləğvi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2(105)-704/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən tərtib edilməyən Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixli, xx/xx/215630 saylı Hərracın Keçirilməsinə dair “Sifariş”in etibarsız hesab edilməsi, "xxxx" MMC tərəfindən keçirilmiş Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 2, mənzil 90 əmlakına dair 124/22 saylı, xx.xx.2022-ci il tarixli hərracın nəticələri barədə protokolun etibarsızlığı və onun əsasında DƏDRX tərəfindən verilmiş çıxarışın etibarsızlığı barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşmə verərək, cavabdeh "xxxx" MMCni əsl cavabdeh "xxxx" MMC hərrac mərkəzi ilə əvəz edilməsini, Cavabdeh1 16/31 saylı, xx.xx.2020-ci il tarixli hərracın keçirilməsi haqqında sifariş məktubuna əsasında həyata keçirilmiş Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 2 saylı evin 90 saylı mənzilin əldə edilməsinə dair 39/03 saylı, xx.xx.2020-ci il tarixli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında "xxxx" Kommersiya bankı ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3640/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsin əsasən onun və 4 nəfər ailə üzvünün Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 2 saylı evin 90 saylı mənzilindən istifadə hüquqlarına xitam verilmiş və həmin mənzilin boşaldılması qət edilmişdir. Buna səbəb həmin mənzilin icra məmurunun sifarişi əsasında hərrac vasitəsilə ipoteka qoyulmuş bank (Unibank KB ASC) vasitəsilə alınması olmuşdur. Yaranmış işsizilik, maddi sıxıntılar və borclunun ani səhhəti ilə əlaqədar olaraq yaranmış vəziyyət səbəbi ilə qeyd edilən borc öhdəliyinin icrasında məhkəməyə qədər və məhkəmə prosessləri zamanı çətinliklər yaranmış və bu haqda "xxxx" ASC- yə təsdiqedici sənədlərlə birlikdə dərhal məlumat verilsə də hec bir ortaq razılığa gəliniməsinə dair cəhdlər Bank tərəfindən qarşılanmamışdır. İpoteka qoyuan və kredit borcu götürən şəxs-X12 xx.xx.2020-ci il tarixdə beyin xərçıngindən vəfat etmişdir. Cavabdeh1 tərəfindən məktubla İpoteka predimeti olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 2 saylı evin 90 saylı mənzili açıq hərrac vasitəsi ilə realizə edilərək tələbkar "xxxx" ASC-nin kredit borcunun qaytarılması üçün hərrac keçirən təşkilata sifariş vermişdir. İcra məmurunun sifarişindən, hərracın keçirilməsindən, əmlakın hansı qiymətə özgəninkiləşdirilməsindən heç bir məlumatları olmamışdır. Bunun nəticəsində əmlak çox ucuz qiymətə satılmış, kredit borcunun tam ödənilməsinə imkan verilməmiş, son nəticədə isə vaxtilə borcdan ikiqat qiymətə baha olan mənzil ucuz satılaraq onlardan yenə də kredit borcu tələb edilmişdir. Bundan savayı Sifariş məktubunda “ipoteka haqqında” qanunda qeyd edilən ipoteka predmetinə məxsus əmlaklar barədə məlumatlar dolğun göstərilməmiş və bu da alıcı kütləsinin olmamasına gətirib çıxarmaqla nəticələnib. Hesab edir ki, bu sifariş etibarsiz hesab edilməli və məlum icra vərəqəsinə uyğun tərtib edilməli və tərəflərin istəyinə uyğun başqa hərrac təşkilatına göndərilməlidir. Verilmiş sifariş əsasında ixtisaslaşdırılmış hərrac təşkilatı olan "xxxx" MMC, sifarişi “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunun və digər qanunvericilik aktları tələblərinin kobud pozulması ilə icra etmişdir. Bunlarla yanaşı ipotekaqoyan olaraq konstition hüquqlarından məhrum edilmişdir. Əmlak özgəninkiləşdirilməsi olduqca ucuz qiymətə həyata keçirilmişdir. Bu kateqoriyadan olan mənzillərin hazırki likvid dəyəri hərracdakı qiymətdən olduqca yuxarıdır. Buradan belə məlum olur ki, hərracı sifariş verən qurumla hərracı həyata keçirən qurum və mənzilin alıcı olan bankın nümayəndəsi öncədən əlbir olaraq mülki qanunvericiliyin tələblərinə uyğun gəlməyən əqd bağlamışlar ki, bu da qanunla qadağandır. İlk hərrac xx.xx.2020-ci ildə olmuş amma elanları (keçirilmə və baş tutmama) olmamışdır. Buna baxmayaraq heç bir hərracın baş tutmaması barədə elan belə verilməmişdir ki, buda ipoteka haqqında qanunun tələbi kobud pozulmuşdur. İkinci hərrac xx.xx.2020-ci il tarixində olmuş amma elanları (keçirilmə və baş tutmama) olmamışdır. Həmçinin hərrac bildirişlərinin ipotekaqoyana göndərilmə/qəbul haqqında hər hansı qəbz olmamışdır. Belə ki, hərracın açıqlığı ilə yanaşı konstition hüquqları pozulmuşdur. Əgər birinci hərrac baş tutmamışdırsa, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özündə rəsmi internet saytında məlumat hərrac mərkəzi tərəfindən dərc etdirilməli olduğu halda dərc etdirilməmişdir. Xüsusən qeyd etmək istərdi ki, qeyd etdiklərimlə yanaşı ona və ünvanına heç bir hərrac keçirilməsi ilə bağlı bildiriş/hər hansı sənəd daxil olmamışdır. Abşeron rayonu üzrə İcra və probasiya şöbəsindən edilmiş müraciətlə ondan xəbərsiz ona məxsus əmlakın artıq satıldığını bilmişdir. Qeyd olunan və qanunvericilik normalarına əsasən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 2, mənzil 90-a dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracların nəticələri qanunvericiliklə müəyyənləşdirilmiş qaydaların pozulması ilə keçirildiyindən, hərracarın hazırlanma müddətləri və keçirilmə qaydası pozulduğundan, ipotekasaxlayana məlumat verilmədən keçirildiyindən birinci hərrac və təkrar hərracların baş tutmaması barədə elan verilmədiyindən bu barədə tərtib edilmiş protokol etibarsız elan edilməli və onun əsasında DƏDRX-tərəfindən verilmiş çıxarış ləğv edilməlidir. Hərracın keçirilməsi üçün sifariş verən cavabdeh təşkilat olan Cavabdeh1 Sumqayıt şəhəri, 9-cu mkr, ev 64 ünvanında yerləşir. Bundan savayı, ipoteka predmeti olan əmlak da Sumqayıt şəhəri ərazisində yerləşir. Bundan savayı, ipoteka predmeti olan əmlak da Sumqayıt şəhəri ərazisində yerləşən üçün işin obyektiv, əsaslı araşdırılması və hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdivə eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi "xxxx" X31 Səhmdar Cəmiyyətinin nümayəndəsi O.B.Babayev iddia tələbini qəbul etməyərək bildirdi ki, ipoteka predmeti olmuş Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 2, mənzil 90 X1 mülkiyyətində olmuşdur. Buna baxmayaraq, hazırkı İddiaçı tərəfindən qaldırılmış və onun X7 adından iddia qaldırmaq üçün səlahiyyətini təsdiq edən sənəd işin materiallarına əlavə edilməmişdir. X1 mülkiyyətində olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 2, mənzil 90 kreditin təminatı olaraq "xxxx" ASC-də ipotekaya qoyulmuş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-13/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında tutma yönəldilərək açıq hərraca çıxarılmışdır. xx.xx.2020-ci il tarixində ilkin hərrac, xx.xx.2020-ci il tarixində isə təkrar hərrac keçirilmiş, hərracın keçirilməsi ilə bağlı elanlar verilmiş və bildirişlər göndərilmişdir. Hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq əmlak ipoteka saxlayan "xxxx" ASC-yə təklif edilmişdir. Təklif məktubu, ipoteka saxlayan "xxxx" ASC ilə yanaşı, məlumat üçün X3 və İddiaçı göndərilmişdir. "xxxx" MMC-nin 013633 və 013632 №li poçt qaimələrindən də görünür ki, təklif məktubu xx.xx.2020-ci il tarixində imzalanaraq qəbul edilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2020-ci il tarixində hərracın keçirilməsindən məlumath olmuş, buna baxmayaraq 3 ildən artıq vaxt keçdikdən sonra hərracı mübahisələndirmişdir. “Külək" MMC-nin hərracın nəticələri haqqında xx.xx.2020-ci il tarixli 39/03 saylı protokoluna əsasən qeyd olunan mənzil "xxxx" ASC-yə satılmışdır. Bununla bağlı “Külək" MMC ilə "xxxx" ASC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeyd olunan ev üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış və çıxarış verilmişdir. Onu da qeyd edir ki, "xxxx" ASC Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 2, mənzil 90-dan istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılması tələbinə dair iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3640/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Beləliklə, iddiaçı tərəfindən hərracın etibarsızlığı ilə bağlı tələb 1 ildən artıq müddət keçdikdən sonra məhkəməyə verildiyindən, həmin tələb məhkəməyə müraciət etmək üçün müddətin keçməsi əsası ilə rədd edilməlidir. İş üzrə cavabdehlər Sumqayıt şəhər İcra İdarəsi və Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmalkın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməlrinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlərin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-13/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər X8, İddiaçı, X17 və X15 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli, 2(060)11742/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X9 və İddiaçı Babakərəm qızından "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2014-ci il tarixli 49/14SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 49-1/14SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 16466,82 ABŞ dolları, faiz borcu üzrə 2010,39 ABŞ dolları, cərimə borcu üzrə 20 ABŞ dolları, cəmi 1.8497,21 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanır yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, tutmanın ipoteka lə yüklü edilmiş X4 məxsus Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2 saylı evin 90 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2014-ci il tarixli 49/14SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 49-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə 18497,21 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun «Unibank « KB ASC-yə ödənilməsi, ipoteka predmeti Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2 saylı evin 90 saylı mənzilin ilkin satış qiymətinin 21000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin hərracda satıldıqdan sonra ən geci bir ay ərzində həmin yaşayış sahəsindən X9, İddiaçı Babakərəm qızı, X17 və X13 çıxarılması, qalan hissədə iddianın rədd edlməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli, 2(060)11742/2016 saylı qətnaməsindən cavabdeh X1 apelyasiya şikayəti üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(105)13/2019 saylı qətnaməsi ilə cavabdeh X1 apelyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh X1 apelyasiya şikayəti üzrə Sumqayıt şəhər Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli, 2(060)11742/2016 saylı qətnaməs: ipoteka predmeti olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2 saylı evin 90 saylı mənzilinin ilkin satış qiymətinin 21000 (iyirmi bir min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2 saylı evin 90 saylı mənzilinin hərracda ilkin satış qiyməti 25000 (iyirmi beş min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Cavabdeh1 xx.xx.2021-ci il tarixli “Qərar”ın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3640/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu şəxslər X13, X10, X5, İddiaçı, X2, onların yetkinlik yaşına çatmayan ailə üzvləri xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2009-cu il təvəllüdlü X6 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 2 saylı evin 90 saylı mənzilə istifadə hüquqlarına xitam verilməli və həmin mənzil onlar tərəfindən boşaldılmalıdır. İcra işi Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən tam icra olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3640 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan İİ-JQ №494385 saylı, xx.xx.1983-cü il tarixli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 ilə X11 xx.xx.1983-cü il tarixdə nikaha girmişlər və sonuncuya “Dadaşova” soyadı verilmişdir. İşə əlavə olan AZ-İİ №079620 saylı, 0-4.07.2020-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 26 iyun 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Cavabdeh1 "xxxx" MMC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-13/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraatda X1 mülkiyyətində olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəs, S.Bəhluzadə küç, ev 2,90 saylı mənzilin qiymətləndirilməsi keçirilmiş və həmin mənzilin hərracın keçirilməsini xahiş etmiş və bu barədə X7 və İddiaçı Babakərim qızına məlumat vermişlər. İş materiallarında olan X18 saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 39/03 nömrəli protokolun surətindən görünür ki, İpoteka predmetinin (mənzil) “İpoteka Haqqında” Azərbaycan Respublikası qanun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 15937,50 manat qiymətlə tələbkar əldə etmək hüququ bildirilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.5-ci maddəsinə əsasən, hərrac açıq auksion formasında keçirilir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda... 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7-ci maddəsinə əsasən, Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1-ci maddəsinə əsasən, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmə qeyd edir ki, iddiaçı tərəf 20 oktyabr 2020-ci il tarixli, 39/03 nömrəli “Açıq hərracın yekunları barədə protokol”un onlara rəsmi qaydada təqdim edilməməsini bildirməklə, mülkün kimə, hansı qiymətə satılmasından məlumatsız olduğunu qeyd etmişlər. Lakin məhkəmə iclasında və iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı tərəfin hərraclardan məlumatsız olması sübuta yetirilməməklə yanaşı məhkəməyə təqdim edilmiş sübutlarla hərracın qanunauyğun şəkildə keçirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalmz konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərannda da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalmz zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2- ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndimişdif. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasım obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. İddiaçı hərracın etibarsızlığı ilə bağlı tələb 1 ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin ötürülməsi iddia tələbinin rədd edilməməsinə əsas verir. Qeyd olunan hüquqi normalardan çıxış edərək, hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra İdarəsinə, Cavabdeh3nə və "xxxx" X31 Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələri barədə protokolun və onun əsasında DƏDRX tərəfindən verilmiş çıxarışın ləğvi tələbinə” dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-337/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-337/2024
19.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver