Məhkəmə qərarları › İş №2(060)-338/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-338/2023

16.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-338/2023 16.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququna xitam verildməsi və mənzilin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nun və Cavabdeh4 ünvan 3 ynvanında yerləşən ümumi sahəsi 65,3 kv.m olan 3 otaqlı 18 nömrəli mənzildən istifadə hüquqlarına xitam verməklə məcburi qaydada çıxarılmaları və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizəsinə dəqiqləşdirmə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nun və Cavabdeh4 ünvan 3 ynvanında yerləşən ümumi sahəsi 65,3 kv.m olan 3 otaqlı 18 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X1 arasında Kredit müqaviləsi və həmin müqaviləyə əsasən B.M.Fətullayevaya məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65,3 kv.m olan 3 otaqlı 18 nömrəli mənzil ipoteka hüququ ilə yüklü edilmişdir. Borclu B.M.Fətullayeva kredit öhdəliklərini vaxtlı vaxtında yerinə yetirmədiyi üçün, iddiaçı kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqa yıt Şəhər Məhkəməsinin 09 mart 2017-ci il tarixli 2(060)-334/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli 2(105)-2273/2017 saylı qətnaməsi ilə şikayət qismən təmin olunmuşdur. Hal-hazırda mübahisəli mənzil ƏMDK DƏDRX-nin 31 may 2021-ci il tarixli ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən "xxxx" BOKT MMC-nin mülkiyyətindədir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nun və Cavabdeh4 ünvan 3 ynvanında yerləşən ümumi sahəsi 65,3 kv.m olan 3 otaqlı 18 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinə uygun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və məhkəməyə gəlməmələrinin səbəbləri barədə qabaqcadan xəbər verməmişlər. Mülki-Prosessual Məcəllənin 36.1-ci maddəsinə görə yaşayış yeri məlum olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Belə olan halda, məhkəmə Mülki-Prosessual Məcəllənin 147 və 185.5-ci maddələrinə görə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********** saylı daşınmaz əmlakın Dövlət Reyestridən çıxarışın surətindən müəyyən edilir ki, ünvan 3, mənzil 18 "xxxx" BOKT MMC-nin mülkiyyətindədir. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 11 saylı Mənzil Kommunal sahəsinin xx.xx.2013-ci il tarixli, “2 N-li forma” arayışından müəyyən edilir ki, ünvan 3, 18 saylı mənzildə Cavabdeh1,Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 həmin mənzildə qeydiyyatdadırlar. İşə əlavə olan Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2017-ci il tarixli 2(060)- 334/2017 saylı qətnaməsindən görünür ki, "xxxx" BOKT MMc-nin iddia tələbi qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli 2(105)- 2273/2017 saylı qətnaməsi ilə şikayət qismən təmin olunmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin xx.xx.2019cu il tarixli notariat işindən müəyyən edilir ki, X3, X4 və Yusubova Mətanət Mansir qızı ünvan 2 ünvanında yerləşən 9 saylı mənzilin satılmasına etiraz etmədiklərini öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsasını təsdiq edən halları sübuta yetirib. Belə ki, iddiaçı ünvan 3, mənzil 18-i alqı-satqı yolu ilə əldə edib. Sonradan həmin müqaviləni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə aldırıb və ona hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli Çıxarış verilməklə, o, mənzilə mülkiyyət hüququ qazanıb. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 3-da yerləşən 18 saylı mənzildə yaşamadıqlarını və özlərinə məxsus əmlaklarını götürüb daimi yaşamaq üçün başqa yerə getmələrini nəzərə alaraq, məhkəmə cavabdehlərin həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 65,3 kv.m olan 3 otaqlı 18 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar