Məhkəmə qərarları › İş №2(060)-3380/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3380/2023

04.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3380/2023 04.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu İddiaçı cavabdehlər Cavabdeh1nə, "xxxx" BOKT MMC-yə və Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı hərracın etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı oğlu cavabdehlər Cavabdeh1nə, "xxxx" BOKT MMC-yə və Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduqları Sumqayıt şəhəri, Corat qəsəbəsi, 580B/1 ünvanında yerləşən fərdi yaşayış evlərinə görə Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv olunması və fərdi evin yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Sumqayıt şəhəri üzrə İcra və Probasiya şöbəsinə qarşı hər hansı tələb irəli sürməmişdir AR MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Bu Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Mülki iş materiallarından görünür ki, ərizəyə 100 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. AR MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən AR MPM-nin 149-cu maddəsinin tələbləri pozulduğundan, həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalı, həmin iddiaya görə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Məhkəmə, eyni zamanda, hazırki tələb üzrə gələcəkdə qəbul ediləcək məhkəmə aktının keçiriləcək məcburi icra tədbirlərinin qanuniliyi baxımından bu və ya digər formada Cavabdeh1 maraqlarına toxuna biləcəyi ehtimalına görə həmin qurumun cavabdeh qismində qoyulması dəlili ilə razılaşmır. Belə ki, AR MPM-nin 149.2.3-cü maddəsində iddia bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələbin göstərilməsi imperativ qaydada nəzərdə tutulmuşdur. Hazırki halda iddia ərizəsindən göründüyü kimi Cavabdeh1 cavabdeh kimi göstərilsə də, ona qarşı hər hansı bir tələb yönəlməmişdir. Qeyd olunan prosessual norma bu mübahisənin nəticəsi üzrə məhkəmə qərarının icrasından irəli gələn gələcəkdə baş verməsi ehtimal olunan iddianın maraqlara toxunma perspektivini deyil, hal-hazırda konkret cavabdehə qarşı yönələn aydın tələbin ərizədə göstərilməsi labüdlüyünü təsbit etmişdir. Bundan əlavə, məhkəmə qərarının və ya onun icrasının maraqlarına toxunacaq şəxsin mütləq cavabdeh olması heç də zəriri deyil və qanunvericiliyin tələblərinə cavab vermir. Çünki, o, tələbin bilavasitə yönəlmədiyi, iddaya cavab verməli olmayan maraqlı şəxs də ola bilər. Başqa sözlə, məhkəmə qərarı yalnız cavabdehlərin maraqlarına toxunmur, hər maraqlı şəxs isə heç də cavabdeh demək deyil və olmur. Mülki Prosessual Məcəllə isə iddianın maraqlı şəxsin qeydiyyatda (olduğu və ya yerləşdiyi) yerə görə iddianın verilməsi qaydasını müəyyən etməmişdir. Bununla yanaşı, icra məmurunun həyata keçirdiyi məcburi icra tədbirlərinin qanunvericiliyin mübahisələndirilməsi artıq ayrı- icra icraatı qaydasında icraatdır. Bəzi, qanunvericilikdə göstərilən hallarda isə ümumiyyətlə, inzibati icraatdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul olunacaq məhkəmə qərarının maraqlara toxunmaq ehtimalına əsaslanmaq qanunvericiliyin yuxarıda göstərilən tələblərinə zidd olmaqla yanaşı, hüquqi müəyyənlik prinsipi ilə də uzlaşmır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.2-152.4 və 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1nə, "xxxx" BOKT MMC-yə və Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı hərracın etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. xx.xx.2023-cü il tarixdə ********** №-li qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar