Məhkəmə qərarları › İş №2(060)-3432/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3432/2020

08.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3432/2020 08.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı vəkili X8, X1, Cavabdeh Sumqayıt şəhər Corat Bələdiyyəsi sədri Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı və X6 Sumqayıt şəhər Corat bələdiyyənin sədri Cavabdeh qarşı «cavabdehin vəzifəli şəxsinin hərəkətlərinin qanunsuz hesab edilərək cavabdehlər tərəfindən iddiaçılara vurulmuş maddi və mənəvi zərərlərə görə pul tutulması tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X2 şəhər Corat bələdiyyənin sədri Cavabdeh qarşı «cavabdehin vəzifəli şəxsinin hərəkətlərinin qanunsuz hesab edilərək cavabdehlər tərəfindən iddiaçılara vurulmuş maddi və mənəvi zərərlərə görə pul tutulması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Corat Bələdiyyəsinin və bələdiyyənin vəzifəli şəxslərinin hərəkətləri qanunsuz hesab edilməli, iddia üzrə cavabdeh Sumqayıt şəhər Corat Bələdiyyəsi 2013-cıi ildən başlayaraq onlara məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 2391 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozmaq və torpağı ələ keçirmək üçün müxtəlif əsassız və qanunsuz iddialar yazmaqla onların hər birinə vurduqları 10.000 (on min) manat maddi zərərin, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2391 saylı bağ sahəsinin onlara məxsus olmasını bilə-bilə Sumqayıt şəhər Corat Bələdiyyəsinin sədri qəsdən həmin torpağın bir hissəsini Elman Ağayev adlı şəxsə satmaqla pulunu mənimsəyərək hər birinə 15.000 (on beş min) manat olmaqla ümumilikdə 50.000 (əlli min) manat maddi zərərin cavabdehlərdən tutularaq onlara ödənilməsinə dair və həmçinin cavabdehin qanunsuz hərəkətləri müqabilində yeddi il məhkəmələrdə qaldığından, yaşadığı evə hər il yeni məhkəmə bildirişləri göndərməklə onu və ailəsini qorxu içərisində saxlamaları, hər dəfə torpaq sahəsinə müxtəlif işçiləri göndərərək torpağı boşaltmaq kimi hədələr etməsi, bu kimi xəbərlərdən sarsıntı keçirib aylarla xəstə yatmağının, müalicələr götürməyinin, məhkəmələr müddətində səhhətinə vurulmuş zərərləri əlavə olaraq 20.000 (iyirmi min) manat mənəvi zərər olaraq cavabdehlərdən tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X14 iddia tələbini əsaslı hesab edərək göstərdi ki, Sumqayıt şəhər Corat bağlar massivində yerləşən sahəsi 0,25 hektar olan 2391 saylı bağ torpaq sahəsi üzərində tikilmiş bağ evi ilə birlikdə 1961-ci ildən X16 qanuni istifadəsində olmuş, sonradan 1985-ei ildə həmin bağ sahəsi X16 razılığı ilə X4 və onun ailə üzvlərinin istifadəsinə keçmişdir. 2000-ci ildə X5 həmin bağ sahəsində yaşadığı vaxt elektrik cərəyanının vurması nəticəsində vəfat etmiş, bundan sonra mərhum X4 ailə üzvləri olaraq iddiaçılar Sumqayıt şəhəri, Corat Bağlar massivində yerləşən sahəsi 0.25 hektar olan, 2391 saylı bağ torpaq sahəsi üzərində tikilmiş bağ evində yaşamaqda davam etmişlər. İddiaçı olaraq 2005-ci ildə ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək, 1985-ci ildən etibarən istifadəsində olan 2391 saylı bağ torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi ilə bağlı müraciət etdikdə, oradan iddiaçıya hər bir vətəndaşın adına yalnız 0.12 hektar torpaq sahəsinin sənədləşdirilə bilinməsi bildirilmişdir. Ona görə də, bələdiyyə əməkdaşlarının təklifi ilə faktiki olaraq istifadədə olan 2391 saylı bağ torpaq sahəsinin 0,12 hektarından ibarət hissəsini iddiaçının oğlu X7, digər 0,12 hektardan ibarət hissəsini isə iddiaçının, yəni İddiaçı adına sənədləşdirmək qərarına gəlmişlər. Sözügedən bağ sahəsinin bir hissəsinə 2391 digər hissəsinə isə B-2391 nömrəsi verilmişdir. Bundan sonra iddiaçılar hər biri ayrı-ayrılıqda Sumqayıt Bələdiyyəsinə müraciət edərək istifadədə olan bağ torpaq sahələrinin iddiaçıların adına sənədləşdirilməsini xahiş etmişlər. X15n-dən iddiaçılara həmin zaman bildirilmişlər ki, torpaq sahəsinin alqı-satqısı üçün bələdiyyə xəzinəsinə hər bir torpaq sahəsi üçün 3.000000 (həmin dövrdə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq, üç milyon) manat məbləğində pul ödənilməlidir. İddiaçı və Xəyal Mehdiyev həmin pul məbləğlərini X9 Xəzinəsinə ödəmişdir. Sonra X15 xx xxxxxxx 2006-eı il tarixli, 1740 saylı və xx xxxxxxx 2006-cı il tarixli, 1748 saylı məktubla Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə müraciət edərək, iddiçıların adına bağ torpaq sahələrinin sənədləşməsi üçün rəy verilməsini xahiş etmişlər. Həmin vaxt X15 tərəfindən İddiaçı adına B-2391 saylı bağ torpaq sahəsinin və X6 adına 2391 saylı bağ torpaq sahəsinin planı çəkilmişdir. Lakin iddiaçılara məlum olmayan səbəblərdən bağ torpaq sahələrinin adlarına keçirilməsi ilə bağlı sənədləşmə işləri yckunlaşdırılmamış və ölkədə yerli özünü idarə orqanları yaradıldıqdan sonra sözü gedən ərazilər Sumqayıt şəhər Corat Bələdiyyəsinin balansına verilmişdir. Sumqayıt şəhəri, Corat bağlar massivində yerləşən sahəsi 0.25 hektar olan 2391 saylı bağ torpaq sahəsi üzərində 1985-ci ildən etibarən iddiaçının mərhum həyat yoldaşı X4 və onun ailə üzvləri olaraq onların əvəzsiz mülkiyyət hüququ yaranmışdır. 2000ci ildə X13 vəfat etdiyi üçün iddiaçıların Sumqayıt şəhəri, Corat bağlar masivində yerləşən sahəsi 0.25 hektar olan 2391 saylı bağ torpaq sahəsi üzərində yaranmış hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin əvəzində cavabdeh olan Sumqayıt şəhəri Corat Bələdiyyəsi iddiaçıların xəbəri olmadan istifadədə olan 2391 saylı bağ torpaq sahəsinin bir hissəsini X12 adlı şəxsə satmış və bu səbəbdən iddiaçıların istifadəsində 2000 kvadrat metr olan 2391 nömrəli bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişlər. Bu səbəbdən 1985-ci ildən etibarən 27 il ərzində ailənin daimi yaşayış yeri olmuş Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 2391 saylı bağ torpaq sahəsi üzərində iddiaçıların əvəzsiz mülkiyyət hüququ yaranması faktı tanınmaqla, bu hüququn dövlət qeydiyyatına alınması barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt şəhər Məhkəməsi tərəfindən xx xxx 2013-cü il tarixli, 2(060)- 2506/2013 saylı qətnaməsi ilə iddiaçıların bağ torpaq sahəsi üzərində əvəzsiz mülkiyyət hüququnun tanınması barədə iddia tələbləri təmin olunsada Sumqayıt şəhəri Corat Bələdiyyəsinin vəzifəli şəxsləri müxtəlif maneələr yaratmaqla halal olaraq əldə etdikləri və iddiaçılara məxsus, hazırda mülkiyyətçisi olduğu torpağı müxtəlif yollarla ələ keçirməyə cəhd elmişlər. Məhkəmə qətnaməsi Sumqayıt şəhəri Corat Bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən Azərbayean Respublikası Ali Məhkəməsinə qədər mübahisələndirilmiş, hətta iddiaçılara məxsus torpaq sahəsini iddiaçıların xəbəri olmadan cavabdeh bələdiyyənin sədri qanunsuz olaraq Elman Ağayev adlı şəxsə satması və pulunu mənimsəməsi kimi hallar azmış kimi, iddiaçının mərhum həyat yoldaşından qalan bağ torpaq sahəsini zəbt etmək kimi xam xəyallara düşərək, müxtəlif tipli və müxtəlif mövzularla 7 (yeddi) ildir ki, iddiaçılara qarşı məhkəmələrdə qəsdən qanunsuz və qərəzli iddialar qaldırmaqla iddiaçılara mənəvi sarsıntı yaşatmaqla məşğuldurlar. Cavabdehlərin hər dəfə bu cür sübuta əsaslanmayan iddiaları qaldırmaqla bilavasitə və tənha qadın olaraq iddiaçıya mənəvi iztirablar verməklə, müxtəlif insanları qapılarına göndərməklə ərazinin, torpağın zorla boşaldılmasına nail olmağa çalışmaları kimi hallar iddiaçlara maddi və mənəvi sarsıntı yaşatmaqla bərabər, maddi və mənvi zərər vurmaqla yanaşı, həmçinin torpaq üzərində mülkiyyət hüquqlarını da pozmağa cəhd göstərmişlər. Bu istiqamətdə ailənin başsız olmasından sui istifadə edərək əlehinə istənilən xərclər çəkməklə, torpağından, evindən çıxartmağa pullar sərf etmişlər. Cavabdehlərin bu kimi vicdansız hərəkətlərinə nə ad vermək olar??? Məgər bu kimi hərəkətlərin tənha qadına, həyat yoldaşını itirmiş kimsəsiz qadına qarşı olunması cavabdehin özbaşınalığından, maddi mənfəətindən və özünə güvənməsindən xəbər vermirmi??? Sumqayıt şəhəri Corat Bələdiyyəsi ilə aralarında olan məhkəmə qərarlarını ardıcıl olaraq sıra ilə qeyd edir ki, məhkəmədə iddia tələbinin mahiyyəti aydın olsun. Sumqayıt şəhər Məhkəməsinin xx xxx 2013cü il tarixli, 2(060)-2506/2013 saylı qətnaməsi, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli, 2(060)-3724/2014 saylı qətnaməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2014cü il tarixli, 2(105)-1453/2014 saylı qətnaməsi, Sumqayıt şəhər Məhkəməsində çıxarılmış xx xxx 2013-cü il tarixli, 2(060)-2506/2013 saylı qətnaməsini ləğv edən Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli, 2(105)-1587/2014 saylı qərardadı, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(102)-4994/2014 saylı qərarı ilə əlehinə çıxarılmış qərardadın ləğvi və mülki işin yeni baxışa göndərilməsi barədə qərarı, Sumqayıt şəhər Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(060)-2506/2013 saylı qətnaməsini dəyişdirmədən qüvvədə saxlayan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(1051-645/2015 saylı qətnaməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(105)-645/2015 saylı qətnaməsindən Sumqayıt şəhər Corat Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayətini təmin etməyən Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxxxxx 2015-ci il tarixli, 2(102)-4503/2015 saylı qərarı, Sumqayıt İnqzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2-1(85)-219/2017 saylı Sumqayıt şəhər Corat Bələdiyyəsi tərəfindən verilmiş iddianın mümkün sayılmaması barədə qərardadı, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(060)-4658/2018 saylı Sumqayıt şəhər Corat Bələdiyyəsi tərəfindən verilmiş qeydiyyatın ləğv olunması, çıxarışın etibarsız hesab olunması barədə iddiası üzrə qərardadı, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-4658/2018 saylı Sumqayıt şəhər Corat Bələdiyyəsi tərəfindən verilmiş qeydiyyatın ləğv olunması, çıxarışın etibarsız hesab olunması barədə iddianın baxılmamış saxlanması barədə qərardadı, xx.xx.2019-cu il tarixli Sumqayıt şəhər Corat Bələdiyyəsi tərəfindən verilmiş qeydiyyatın ləğv olunması, çıxarışın hissəvi etibarsız hesab olunması barədə iddia ərizəsinin surəti, Sumqayıt şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-3114/2019 saylı Sumqayıt şəhər Corat Bələdiyyəsi tərəfindən verilmiş qeydiyyatın ləğv olunması, çıxarışın etibarsız hesab olunması barədə iddiasının rədd olunması barədə qətnaməsi, həmin qətnamədən Sumqayıt şəhər Corat Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinin baxılaraq Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-3236/2019 saylı qətnaməsi ilə təmin olunmaması barədə qətnamələri. İddia tələbi tamamilə əsaslıdır və təmin olunmalı, cavabdeh bələdiyyə və onun sədrindən iddiaçılara vurulmuş maddi və mənəvi zərər iddiaçıların xeyrinə tutularaq ödənilməlidir. Belə ki, Sumqayıt şəhər Corat Bələdiyyəsi 2013cü ildən başlayaraq iddiaçını və oğlunu Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 2391 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozmaq və torpağı ələ keçirmək üçün müxtəlif əsassız və qanunsuz iddialar yazmaqla məhkəmə variantlarından istifadə edərək, iddiaçının hər birinə 10.000 manat maddi zərər vurmuşdur. Sumqayıt şəhəri, Corat bağlan ərazisində yerləşən 0.25 ha torpaq sahəsfndən ibarət 2391 saylı bağ torpaq sahəsinin iddiaçılara məxsus olmasını bilə-bilə Sumqayıt şəhər Corat Bələdiyyəsinin sədri qəsdən həmin torpağın bir hissəsini Elman Ağayev adlı şəxsə satmaqla pulunu mənimsəyərək hər birinə 15000 manat olmaqla ümumilikdə 50000 manat maddi zərər vurmuşlar. Sumqayıt şəhər Corat Bələdiyyəsi hər dəfə məhkəmələrdə tələbin cuzi mahiyyətini dəyişməklə iddiaçılara məxsus olan eyni bağ torpaq sahəsi ilə bağlı müxtəlif iddialar qaldıraraq iddiaçıları yeddi il ərzində yay-payış-qış bilmədən məhkəmələrə aparıb gətirtmişlər. İddiaçı ahıl yaşında olduğundan yaşadığı evə hər il hər dəfə yeni məhkəmə bildirişləri gəldikdə təzyiqi qalxmış, üzərinə təcili tibbi yardım, həkim çağrılmış, mərhum həyat yoldaşının ölümündən sonra bu cür xəbərlərə görə böyük stress və sarsıntı keçirtməyə başladığından bu cür hallar iddiaçının sağlamlığına əks təsir etmiş və ömrümün azalmasına gətirmişdir. Cavabdehin iddiaçıya və ailə üzvlərinə qarşı hərəkətləri müqabilində səhhətində xeyli geriləmələr müşahidə olunmaqdadır. Həmçinin cavabdeh Sumqayıt şəhər Corat Bələdiyyəsi və onun sədri bu yeddi il ərzində yaşadığı evə hər il yeni məhkəmə bildirişləri göndərməklə iddiaçını və ailəsini qorxu içərisində saxlamışdır. Sumqayıt şəhər Corat Bələdiyyəsinin iddiaçıya qarşı qurduğu məhkəmələrdə iştirak etmək üçün nümayəndə və vəkilə xərclər çəkərək, pullar ödəmişdir. Bütün bu göstərdiklərimin səbəbkarı olan Sumqayıt şəhər Corat Bələdiyyəsindən və onun sədrindən iddiaçıya vurulan mənəvi zərərə görə ümumilikdə əlavə 20000 (iyirmi min) manat pulun da məhkəmədə xeyrinə tutulmasını və iddiaçıya ödənilməsini tələb edir. Hesab edir ki, cavabdchin yuxarıda sadaladığı formada yaratdığı bu cür manələrə görə əlavə 20000 (iyirmi min) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt şəhər Corat bələdiyyənin sədri Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, o, iddiaçılara hər hansı bir maddi və mənəvi ziyan vurmamışdır. Belə ki, o, bələdiyyənin sakinlərinin hüquqlarının müdafiəsi məqsədi ilə öz vəzifə səlahiyyətləri çərçivəsində hüquqlarından istifadə edərək məhkəməyə müraciət etmiş, yaxudda məhkəmə qərarlarından şikayət vermişlər. Hesab edir ki, bu hüquqlarından da istifadə etmək qanun pozuntusu deyil. Ona görə iddia tələbi əsassızdır və rədd edilməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarınıdinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə qətnamələrinin məzmunundan aydın olur ki, tərəflər arasında bağ torpaq sahəsinə dair müxtəlif vaxtlarda və müxtəlif məhkəmə instansiyalarında məhkəmə çəkişməsi olmuş və həmin çəkişmələrlə bağlı müvafiq məhkəmə qərarları qəbul edilmişdir. İddiaçı tərəf məhkəmə çəkişməsini əsas gətirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar iddiasının əsası kimi istinad etdiyi hallara dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq mötəbər dəlilləri məhkəməyə təqdim edə bilmədiyi üçün iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyənedilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləkilə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı və X6 Sumqayıt şəhər Corat bələdiyyənin sədri Cavabdeh qarşı «cavabdehin vəzifəli şəxsinin hərəkətlərinin qanunsuz hesab edilərək cavabdehlər tərəfindən iddiaçılara vurulmuş maddi və mənəvi zərərlərə görə pul tutulması tələbinə» dair iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı və X6 Sumqayıt şəhər Corat bələdiyyənin sədri Cavabdeh qarşı «cavabdehin vəzifəli şəxsinin hərəkətlərinin qanunsuz hesab edilərək cavabdehlər tərəfindən iddiaçılara vurulmuş maddi və mənəvi zərərlərə görə pul tutulması tələbinə» dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar