Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3456/2021 26.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Haсıyeva Yeganə Müslüm qızının katibliyi ilə Ərizəçi İddiaçı maraqlı tərəf Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “faktın müəyyən edilməsinə dair” dair ərizəyə açıq məhkəmə iсlasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 94 saylı, 23.01.1992-ci il tarixli sərəncamı ilə ailə tərkibinə görə 31.01.1992-ci il tarixli, 63/918 saylı order ilə onun adına qeydə alınmış Sumqayıt Şəhər, 10-cu mikrorayon ümumi sahəsi 39.6 kv.m və 3 otaqlı 41 saylı evin 42 saylı mənzili ilə halhazırda yaşadığı Sumqayıt Şəhər, 10-cu mikrorayon ümumi sahəsi 53.13 kvadrat metrdən ibarət 4 otaqlı , 41 saylı evin 42 saylı mənzilin eyni olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün 26.10.2021-сi il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Hazırda ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizə ilə mürajiət edərək, mülki işi baxılmamış saxlanılmaqla, işdə olan sənədlərin əsillərini ona geri qaytarılmasını xahiş etmişdir. Azərbayсan Respublikası MPM-nin 259.0.11-сi maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və сavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Yuxarıdakıları və Azərbayсan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: Ərizəçi İddiaçı maraqlı tərəf Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “faktın müəyyən edilməsinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun ərizəçi İddiaçı qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3456/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3456/2021
26.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver