Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-346/2024 23.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat əsas borc, 1500 manat faiz borcu, 5000 manat mənəvi zərərə görə, ümumilikdə 9500 manat vəsaitin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X1 tərəfindən qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən cinayət işi üzrə aparılmış istintaqın gedişi zamanı müəyyən edilmişdir ki, Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı Məmməd oğlunun etibarından sui-istifadə edərək sonuncunun oğlu X2 barəsində təyin edilmiş 10 il müddətində azadlıqdan məhrum etmə cəzasını yüngülləşdirməkdə köməklik göstərəcəyinə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 25 mart 2018-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 2000 manat və 2018-ci ilin aprel ayının əvvəllərində ünvan 1 ünvanında 1000 manat alıb ələ keçirərək zərərçəkmiş İddiaçı ümumilikdə 3000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işi üzrə icraata xitam verilmiş, lakin cavabdeh iddiaçıdan aldığı pulu qaytamamışdır. İddiaçı hesab edir ki, tələbi əsaslı olmaqla təmin edilməlidir. İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, bildirdi ki, cavabdehə ümumilikdə 3000 manat vermişdir. Cavabdeh həmin puldan 500 manat və 250 manat olmaqla ümumilikdə 750 manat qaytarmış, qalan 2250 manatı qaytarmamışdır. Cavabdehdən ona verdiyi pulu tələb edir, artıq pul istəmir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə MPM-nin 185.5ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan : xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı Məmməd oğlunun etibarından sui-istifadə edərək sonuncunun oğlu X2 barəsində təyin edilmiş 10 il müddətində azadlıqdan məhrum etmə cəzasını yüngülləşdirməkdə köməklik göstərəcəyinə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 25 mart 2018-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 2000 manat və 2018-ci ilin aprel ayının əvvəllərində ünvan 1 ünvanında 1000 manat alıb ələ keçirərək zərərçəkmiş İddiaçı ümumilikdə 3000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı Məmməd oğlunun etibarından sui-istifadə edərək sonuncunun oğlu X2 barəsində təyin edilmiş 10 il müddətində azadlıqdan məhrum etmə cəzasını yüngülləşdirməkdə köməklik göstərəcəyinə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 25 mart 2018-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 2000 manat və 2018-ci ilin aprel ayının əvvəllərində ünvan 1 ünvanında 1000 manat alıb ələ keçirərək zərərçəkmiş İddiaçı ümumilikdə 3000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh tərəfindən 3000 manat borcdan 750 manatı geri qytarılmış, qalan 2250 manat iddiaçıya ödənilməmişdir. Buna görə də iddia tələbi ödənilməmiş borcun qaytarılmasına dair hissədə əsaslıdır. Bundan əlavə iddiaçı iddia tələbində 1500 manat faiz borcu tələb edir. Qeyd etmək lazımdır ki, tərəflər arasında müqavilə bağlanmamış, aralarında faiz borcu ilə bağlı razılıq olmamışdır. Belə ki, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. (Mülki Məcəllə 740.1) Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. (740.2) Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında faizin məbləği barədə razılıq olmamışdır. Odur ki, iddia tələbi 1500 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsassızdır. Bununla yanaşı iddiaçı ona dəymiş hesab etdiyi mənəvi zərərə görə cavabdehdən 5000 manat tələb edir. Həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində onun səhhətinə ziyan dəyməsini sübut edə bilmir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2250 manat alınaraq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilməlidir. Belə ki, iddia tələbinin təmin edilən hissəsi 2250 manat olduğundan, hazırki iddianın qiyməti də 2250 manat təşkil edir. Buna görə də qanunvericiliyin tələbinə əsasən 42,50 manat dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi iddiaçı məcburi köçkün olduğu üçün hazırki iddianın məhkəməyə verilməsi üçün ödənilməli olan rüsumdan azaddır. Belə olan halda iddianın verilməsi üçün ödənilməli olan 42,50 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2250 manat alınaraq İddiaçı ödənilsin. İddianın verilməsi üçün ödənilməli olan 42,50 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-346/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-346/2024
23.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver