Məhkəmə qərarları › İş №2(060)-3460/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3460/2025

25.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3460/2025 25.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 ünvan 1 ünvanına dair yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o-İddiaçı xx xxx 1946-cı il tarixdə anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Hazırki iş üzrə cavabdehlər onun oğlu və nəvəsidir. Sözügedən mənzildə pasport qeydiyyatında olsalar da yaşamırlar, mənzil ilə heç bir əlaqələri yoxdur. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehlərin mənzilə yaşayış-istifadə hüququ yoxdur. Onların uzun illərdir ki, sözügedən mənzildə yaşamaması başqa yaşayış yerlərinin olmasına və həmin mənzilə ehtiyaclarının olmamasına dəlalət edir. Belə ki, AR-sı DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 22 iyun 2023-cü il tarixli arayışından da görünür ki, cavabdehlər sözügedən mənzildə qeydiyyatda olmamış, sənəd işlərinin həlli üçün müvəqqəti qeydiyyata düşmüşdürlər. Bildirmək istəyir ki, hazırda xüsusi mülkiyyətində olan mənzil ilə bağlı satmaq, bağışlamaq və s. digər hərəkətlər etmək istəsə də cavabdehin mənzildə yaşamamasına baxmayaraq pasport qeydiyyatında olması səbəbindən razılığı tələb edilir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir.Hesab edir ki, mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanına dair mənzilə istifadə hüququna xitam verilməli və həmin mənzildən pasport qeydiyyatından çıxarılmalıdır. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək,iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə yaşayış-istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə aşağıda göstərilənlərə əsasən razı deyil, iddia tələbini qəbul etmir və ona görə də iddia ərizəsinə etirazın verilməsi zəruridir.İddia ərizəsindən göründüyü kimi İddiaçı onun doğma anası və mənzilin mülkiyyətçisidir. Məhkəmənin nəzərinə çatdırır ki, sözügedən mənzil onlara vəfat etmiş atası X4 miras əmlak kimi qalmış, eyni zamanda mənzil mərhum atasına iş yerindən ailə üzvlərinin sayı nəzərə alınmaqla hələ özəlləşməmiş, order əsasında verilmiş, mənzildə uşaqlıqdan yaşamış və mənzilin özəlləşməsində iştirak etmiş, atası X6 vəfatından sonra bir övlad kimi, baxmayaraq ki, o da vərəsədir sözügedən mənzilin anası İddiaçı adına keçməsinə etiraz etməmişdir. Anası ilə aralarında hər hansı formada mübahisə, dava-dalaş olmamış, o bir övlad kimi daim anasının börmətini saxlamış, hal-hazırda bir ana kimi hörmətini saxlayır.Lakin bacısı X17 ona verilmiş etibarnamədən və onun xəstəliyindən istifadə edərək eyni binada, ünvan 2 ünvanında yerləşən iki otaqlı mənzilin satılmasına və əldə olunmuş 62.000 pul vəsaitinin ələ keçirilməsinə nail olmuşdur. Həmin mənzilin satışından evin oğul övladı kimi ona hər hansı formada pay ayrılmamışdır. O yenə də bir övlad kimi mənzilin mülkiyyətçisi ilə bunun səbəbləri ilə maraqlanmamışdır. Ən azından qeydiyyatda olduğu mənzildə yaşamağa davam etmişdir. Lakin şəkər xəstəliyindən, ürək çatışmamazlığından və digər ayağında olan problemlərdən əziyyət çəkdiyindən səhhəti ilə bağlı, ən əsas onun qeydiyyatda olmaqla ailəmsi ilə yaşadığı mənzil 5-ci mərtəbədə yerləşdiyindən və o beşinci mərtəbəyə çıxıb düşə bilmədiyindən, oğlu onu çiynində daşıdığından və ailə üzvləri bununla bağlı əziyyət çəkdiklərindən o. məcburiyyət qarşısında qalaraq müvəqqəti ünvan 8 unvanında kirayədə yaşayır. Ailəsi. Həyat yoldaşı X5 və oğlu Cavabdeh2 da ona baxmaq və qulluq etmək üçün məcburiyyət qarşısında qalaraq onunla yaşayırlar. xx.xx.2024-cü ildə açıq ürək əməliyyatı olunmuş və ona 5-ci mərtəbəyə çıxıb düşmək çətin olduğundan üzürlü səbəblərdən mənzilə qayıdıb həmin mənzildə yaşaya bilməmişdir. Bundan başqa kirayə yaşadıqları mənzildə kirayə müqaviləsinə əsasən yaşayır.Lakin kirayə xərclərini ödəməkdə əziyyət çəkdiyindən, vaxtlı-vaxtında ödəyə bilmədiklərindən ev sahibi kirayə müqaviləsini yeniləməmiş və hal-hazırda mənzilini boşaltmağı tələb edir. Qeydiyyatda olduğu, anasına məxsus mənzilin açarı onda olmasına baxmayaraq, iddiaçı mənzilin açarını dəyişdirdiyindən mənzilə daxil ola bilmir. Dəfələrlə tələb etməyinə baxmayaraq iddiaçı qapını açıb onları evə buraxmadığından o və oğlu, hətta ailəsi qeydiyyatda olduqları mənzilə daxil ola bilməmişdirlər. Anasından şikayət etməyi özünə sığışdırmadığından ev sahibindən işin məhkəmədə olmasını bildirərək məhkəmə mübahisəsi həllini tapana kimi onlara vaxt verməsini xahiş etmişdir. Hal-hazırda həmin mənzildə ailəsi ilə kirayədə yaşamağa məcburdur.Mənzilin mülkiyyətçisi olan doğma anası İddiaçı isə bacısı X9 öyrətməsi ilə ona qarşı heç bir əsaslı səbəb olmadan, hətta qanunvericiliyin tələbinə əsasən ona kompensasiya məbləği təklif etmədən hazırki iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir.Halbuki, o, mərhum atası Babayev Salman vəfat edəndən sonra hazırki mənzilə görə onun vərəsəsi olsa da, öz vərəsə hüquqlarından imtina edərək atasından miras qalmış mənzilin anasının adına keçməsinə etiraz etməmişdir. Mənzil kommunal xərclərindən bu gündə 018 65 8-60-03 saylı ev telefonunun aylıq xərcləri onun tərəfindən 25 manat civarında hər ay ödənilir, ona məxsus əmlaklar bu gün də qeydiyyatda olduğu mənzildədir.Qeyd edir ki, bacısı X17 boşanmışdır, iki uşağı ilə onun razılığı ilə onun himayəsində yaşamışdır, onun uşaqlarının saxlanmasına, oxuyub təhsil almasına bir dayı kimi o köməklik etmişdir. Həmin vaxt onun maddi imkanı yaxşı idi və bacısı ilə heç bir problemim yox idi. Bacısı uşaqları hal-hazırda Polşada yaşayır və işləyir. Bacısına və uşaqlarına maddi dəstək olmağına bütün qonşuları şahiddir.Hal-hazırda səhhəti ilə bağlı maddi vəziyyəti çox ağırdır, heç bir yerdə işləmir və İ qrup əlildir. Həyat yoldaşı da ona baxdığı üçün heç bir yerdə işləyə bilmir. Oğlu fəhlə işləyir və həmçinin mənə maddi cəhətdən dəstək olur. Çünki o, mütamadi olaraq müayinə və müalicə olunur, dərman pereparatları qəbul edir. Əməliyyatı ilə bağlı borc etmişdir. Belə ki, açıq ürək əməliyyatı olmuşdur. Oğlunun sayəsində ailənin ehtiyaclarını, kirayə xərclərini çox çətinliklə ödəyir. Qeydiyyatda olduğu ünvan üzrə ərazi üzrə poliklinikada qeydiyyatdadır.O, qeydiyyatda olduğum mənzili daimi yaşamaq məqsədi ilə deyil, müvəqqəti səhhəti ilə bağlı 5-ci mərtəbədən düşüb çıxa bilmədiyi üçün müvəqqəti tərk etmək məcburiyyətində qalmışdır. Hal-hazırda bu səbəbdən, həmçinin iddiaçı onu və oğlu Elməddini, daha doğrusu ailəsini mənzilə buraxmadığından kirayədə yaşayır.Onun və ailə üzvlərinin adına hər hansı formada daşınmaz əmlak, ev, fərdi yaşayış və torpaq sahəsi yoxdur. Sözügedən mənzil onun və ailə üzvlərinin yeganə yaşayış yeridir. Onun hal-hazırki maddi imkanı başqa mənzil almağa imkan vermir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, 1974-1975-ci illərdən bəri orada yaşıyır və qeydiyyatdadır.Notariusa gedib anasının adına evi keçirmişdir.Bugünə kimi kommunal haqları o ödəmişdir. 2022-ci ildən ayaqları kəsilmişdir və 1-ci qrup əlildir deyə orada yaşamır.Bacısını və uşaqlarını o böyütmüşdür. İddiaçı 23 sentyabr 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 25 sentyabr tarixinə təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı. ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1(Yeni qaydalarla AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 789, M5,m1) ünvanında İddiaçı adına xx.xx.2015-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 270 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 17 avqust 2015-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. X10, Cavabdeh2, İddiaçı, X17, X11, X7 da qeydiyyatda olan digər şəxslər kimi göstərilmişdirlər. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. X10, X17, X11, X7 da qeydiyyatda olan digər şəxslər kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli texniki pasportdan görünür ki, ünvan 1(Yeni qaydalarla AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 789, M5,m1) İddiaçı adınadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məktuba cavabdan(hüquqi rejimlə bağlı) görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, Koroğlu prospekti, ev 61, mənzil 24 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 789, M5, m1) ünvanında yerləşən mənzil Sumqayıt şəhər X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli protokolu əsasında X6 adına xx.xx.2006-cı il tarixdə verilmiş 14 nömrəli reyestr kitabında 21-ci səhifədə qeydiyyata alınmış, inventar işi 34414 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. xx.xx.2015-ci il tarixində Sumqayıt şəhər 3 saylı notariat kontorunun verdiyi 2V-51 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X17 və İddiaçı hər biri miras əmlakdan bərabər irs almışlar. Həmin notariusun 3M-602 saylı xx.xx.2015-ci il tarixli miras payın bağışlanması müqaviləsi əsasında İddiaçı adına tam mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2015-ci il tarixli ******* seriyalı, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 25 dekabr 2014-cü ildə vəfat etmiş X6 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olanlar İddiaçı və X12r.Hər biri miras əmlakdan bərabər hissədə irs almalıdır.Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş 14 nömrəli reyestr kitabının 21-ci səhifəsində qeydə alınmış inventar işi 34414 olan qeydiyyat vəsiqəsinə əsasən Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 61 saylı evin 24 nömrəli mənzilindən ibarətdir. İş materiallarında olan AZ-İ seriyalı, 722461 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 25 dekabr 2014-cü ildə Sumqayıt şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015 ilin 01 ayının 15 günündə 066 № ilə qeyd edilmişdir. İş materiallarında olan İddiaçı notariat kontoruna ünvanladığı ərizədən görünür ki, qızı X14 qanun üzrə vərəsəli hüququ haqqında şəhadətnaməyə daxil etməyi xahiş etmişdir. İş materiallarında olan arayışdan görünür ki, X13 ölənə qədər ünvan 1 ünvanında yaşamışdır.Mənzil 3 otaqlıdır, sahəsi 47.31 kv.metrdir. Mənzil 5 mərtəbəli evin 5-ci mərtəbəsində yerləşir.Daimi qeydiyyatda olan şəxslər X17, X8 və X2r. İş materiallarında olan daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına(yüklülyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 3 otaqlı, yaşayış sahəsi 47.31 kv.m, köməkçi sahəsi 20.03 kv.m-dən ibarət 61 saylı evin 24 №-li mənzili xüsusi mülkiyyət hüququ əsasında Sumqayıt şəhər, DTİ,MHQ, ŞKİ-nin 27 yanvar 2006-cı il tarixli 03 №-li protokolu əsasında X6 adına xx.xx.2006-cı il tarixində 14 №-li reyestr kitabında 21-ci səhifədə 34414 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan ünvan 7 ünvanlanmış ərizədən görünür ki, X17 və İddiaçı 25 dekabr 2014-cü il tarixdə vəfat etmiş X4 qalmış miras əmlakı qəbul etmişdir. Miras qalan əmlak Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 61 saylı evin 24 nömrəli mənzilindən ibarətdir. İş materiallarında olan ailə tərkibi haqqında arayışdan görünür ki, Cavabdeh1 9-cu mikrorayon, ev 53, mənzil 55 ünvanında qeydiyyatsız yaşayır. Ailə üzvləri X5 və Cavabdeh2dur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mənzillərin, evlərin müvəqqəti istifadəyə verilməsi müqaviləsindən (kirayə müqaviləsi) görünür ki,ünvan 8 ünvanında yerləşən ümumi shaəsi 42.2 kv.m olan mənzili kirayəyə verən X1 Cavabdeh1 xx.xx.2025ci il tarixinədək verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 30 iyun 2015-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdehlər əvvəllər mübahisəli mənzildə yaşasalar da, iş materialları ilə təsdiq edilir ki, cavabdehlər artıq həmin mənzildə yaşamır. Məhkəmə hesab edir ki, cavabdehlərin və yetkinlik yaşına çatmayan uşaqlarının mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıdığından, cavabdehlər artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadığından və cavabdehin mübahisəli mənzilə istifadə hüququnun qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı cavabdehə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən, iddia təmin olunmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 61, 24 saylı mənzildə yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun tutulması ilə bağlı hər hansı tələb olmadığından ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 61, 24 saylı mənzildə yerləşən yaşayış sahəsinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar