Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3469/2021 23.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə müəyyən edilmiş ümumi məbləğin 30%həddində ödənilməsi tələbi” barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X2 Cavabdeh Bakı Filialında təhsilinin davam etdirilməsinə Cavabdeh tərəfindən şərait yaradılması və dərslərin online regimdə keçirildiyi dövr üzrə təhsil haqqının müqavilə üzrə müəyyən edilmiş ümumi məbləğin 30% həddində ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün 23.04.2021-ci il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin həmin tarixdə iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini məhkəməyə bildirməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə müəyyən edilmiş ümumi məbləğin 30%həddində ödənilməsi tələbi” barədə mülki iş baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun İddiaçı qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3469/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3469/2021
23.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver