Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3495/2021 07.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı Cavabdeh Abdulhüseyn oğluna qarşı «əlavə xərclərə cəlb etmə və s.» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin binasında məhkəmə iclasından kənar qaydada nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdeh Abdulhüseyn oğluna qarşı «əlavə xərclərə cəlb etmə və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı X1 atası Ukrayna vətəndaşı Cavabdeh Abdülhseyn oğlunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81ci maddəsində göstərilən qaydada qızının ali təhisili başa çatana kimi qanunla nəzərdə tutulmuş zəruri xərclərə cəlb edilməsi barədə və Ukrayna Respublikası Dnepropetrovsk şəhəri Lenin rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli Qətnaməsi ilə nəzərdə tutulan və borclunun məhkəmənin qətnaməsinin tələblərini tam həcmdə icra etməməsi səbəbindən ödənilməyən aliment borclarının ondan tutulması istiqamətində Ukraynanın müvafiq məhkəməsi qarşısında Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsi tərəfindən müraciət edilməsinin tapşırılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, tələbdən göründüyü kimi iddiaçı məhkəmə qətnaməsinin icrası ilə bağlı məsələni mübahisələndirərək bu barədə məhkəmə tapşırığı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunur ki, məhkəmə tapşırığının verilməsi barədə qətnamə qəbul edilməsi qanunla yolverilməz olmaqla, məhkəmə qətnaməsi işin mahiyyəti üzrə həlli ilə bağlı qəbul edilir. Bundan başqa, qeyd olunan məsələnin həlli məhkəmə aktının icrası ilə bağlı olmaqla icra qurumunun səlahiyyətinə aiddir. Eləcə də, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasinin Konstitusiyasinın 10cu maddəsinə əsasən Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. 148-ci maddəyə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. 151-ci maddəyə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikası və Ukrayna Respublikasının qoşulduğu, xx xxxxxx 2004-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, 2002-ci il oktyabrın 7-də qəbul edilmiş «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın «Hüquqi yardım» adlanan 1-ci hissəsində göstərilmişdir ki, razılığa gələn Tərəflərin ədliyyə müəssisələri mülki, ….. işləri üzrə qarşılıqlı hüquqi yarlımı bu Konvensiyanın müddəalarına uyğun olaraq göstərirlər. Məhkəmə izah edir ki, iddiaçı səlahiyyətli qurumlara müraciət etməklə həmin Kovensiyanın şərtlərinə müvafiq olaraq məhkəmə aktının icrası ilə bağlı məsələnin həllinə nail ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən biri-birilə bağlı olmayan tələblər bir ərizədə birləşdirilməklə məhkəməyə müraciət edilmişdir. Həmin tələblərin bir ərizədə birləşdirilməsi qanunauyğun deyildir. MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir-neçə tələb birləşdirildikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, hazırki vəziyyətdə ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli, qərardad ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməli, məhkəmə aktının icrası ilə bağlı məsələnin həlli ilə əlaqədar iddiaçıya müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququnun olduğu, «cavabdehin zəruri xərclərə cəlb edilməsi» hissəsində isə iddia ərizəsində göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, qərara aldim: İddiaçı Cavabdeh Abdulhüseyn oğluna qarşı «əlavə xərclərə cəlb etmə və s.» tələbinə dair ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina edilsin, qərardad ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-3495/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3495/2021
07.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver