Məhkəmə qərarları › İş №2(060)-3538/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3538/2021

05.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3538/2021 05.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı nikah haqqında təkrar şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı nikah haqqında təkrar şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 ilə mərhum anası X3 arasında 1974-cü ildə Ermənistan Respublikasının, Krasnoselo rayonunun, Qaraqaya kəndində qeydə alınmış nikah qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin icraatına 29.03.2021-ci il tarixdə daxil olmuş mülki işin hazırlıq iclası 09.04.2021-ci il tarixə, saat 10:20-ə təyin edilmiş, məhkəmə baxış iclası 28.04.2021-ci il tarixə, saat 11:20-ə təyin olunmuş, İddiaçı məhkəmə baxış iclasında iştirak etmişdir. Növbəti məhkəmə baxış iclası 05.05.2021-ci il tarixə, saat 10:50-ə təxirə salınmışdır. İddiaçı və cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, 05.05.2021-ci il tarixə, saat 10:50-ə təyin edilmiş məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı nikah haqqında təkrar şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı nikah haqqında təkrar şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar