Məhkəmə qərarları › İş №2(060)-3539/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3539/2020

23.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3539/2020 23.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ümumi əmlakın bölgüsü” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “ümumi əmlakın bölgüsü”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında yerləşən 1.5 ha torpaq sahəsinin iddiaçı və cavabdeh arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 1995-ci ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından iki övladları var. Birgə nikah dövründə (1997-ci ildə) Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında yerləşən 1.5 ha torpaq sahəsi alınmışdır. Həmin torpaq həyat yoldaşının adınadır. Hesab edir ki, sözügedən torpaq sahəsi birgə nikah dövründə alındığından bölünməlidir. Həyat yoldaşının adına olan torpaq sahəsinə görə hüquqmüəyyənedici sənədləri həyat yoldaşı və qardaşı X1 başqa bir şəxsin adına rəsmiləşdirmək üçün ona hədə-qorxu gələrək razılıq ərizəsi almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, həmin torpaq sahəsində iddiaçıda olan məlumata görə tikinti işləri aparılır. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər DƏDRX-nin X4 təqdim edilmişdir. xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərmişdir ki, iddia tələbini qəbul edir. İddiaçı ilə birgə nikah dövründə Suqmayıt şəhəri, 76-cı məhəlləünvanında yerləşən, 1,5 ha torpaq sahəsi almışlar. Həmin torpaq sahəsi onun qardaşının adınadır. Həmin əmlakın iddiaçı ilə aralarında bölünməsinə etiraz etmir. Bu barədə məhkəməyə ərizə təqdim edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir, məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Vİ-JQ seriyalı 410199 №-li nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.1995-ci il tarixdə Yardımlı rayon, İHB-nin Sırıq kənd ərazi nümayəndəliyində 10 nömrəli nikah qeydi ilə nikah bağlanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3539/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X6 tərəfindən göndərilmiş xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri, 76-cı məhəlləünvanında yerləşən 1.5 ha torpaq sahəsinin qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar etmək mümkün olmamışdır. Eləcə də Cavabdeh adına 2 saylı X3 xidmət göstərdiyi ərazi vahidi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, göründüyü kimi tərəflər arasında xx.xx.1995-ci il tarixdə rəsmi nikah bağlanmaqla hüquq və vəzifələr yaranmışdır. İddiaçı iddia edilən əmlakların birgə nikah dövründə əldə edildiyini və ümumi birgə mülkiyyətləri olaraq bölünməsini iddia edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. 9.4-cü maddəsinin tələbinə görə ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır və təmin oluna bilməz. Belə ki, toplanmış sübutlardan göründüyü kimi iddia predmetini təşkil edən torpaq sahəsi ilə bağlı hər hansı əmlak hüququ cavabdehin adına qeydə alınmamış, belə bir əmlakın mövcud olması müəyyən edilməmiş və bununla bağlı iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə cavabdehin iddianı etirafına gəldikdə isə, bu etirafı Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinin tələblərinə istinadən qanunazidd olduğundan qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işüzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “ümumi əmlakın bölgüsü” tələbinə dair iddiası sübuta yetirilmədiyindən rədd edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “ümumi əmlakın bölgüsü” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar