Məhkəmə qərarları › İş №2(060)-3541/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3541/2021

09.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3541/2021 09.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı şəxsin doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1958-ci ildə Ermənistan Respublikasının, Sisiyan rayonunun, Dastakert kəndində anadan olması, veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında atasının adının Rəhim, soyadının Mənsumov, atasının adının Sərxan, ana qarafasında anasının adının Sayad, soyadının Mənsumova, atasının adının isə Bəşir kimi göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi iddia tələbinə dəqiqləşmə verərək, doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1958-ci il təvəllüdlü İddiaçı Ermənistan Respublikasının, Sisiyan rayonunun, Dastakert kəndində anadan olmuşdur. 20 mart 1980ci ildə X2 ilə nikaha girmişdir. 1988-ci ildə Erməni daşnakları tərəfindən doğma yurdyuvalarından didərgin düşmüş və həmin tarixdən Sumqayıt şəhərində məskunlaşmışdır. Ona məxsus olan doğum haqqında şəhadətnamə Ermənistan Respublikasında qalmışdır. Hal-hazırda həmin sənədin dublikatını almaq məlum səbəblərdən mümkün deyildir. Bu səbəbdən də Sumqayıt şəhər qeydiyyat şöbəsinə ərizə ilə müraciət etməli olmuşdur. Maraqlı tərəf olan Sumqayıt şəhər qeydiyyat şöbəsi özünün imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən o, ərizəsinin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə ərizəçi İddiaçı məhkməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. 09.06.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən şahid X3 bildirdi ki, İddiaçı onun kiçik qardaşıdır. Onlar bir məktəbdə oxumuşdurlar. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, şahid ifadəsinə qiymət verərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikası, Sisiyan rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin 16 mart 2021-ci il tarixli, 05/Q-640/15 nömrəli məktubundan görünür ki, İddiaçı doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 09.11.2000-ci ildə X4 ölmüşdür. - Sumqayıt Şəhər Polis İdarəsinin 25.05.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin müddəti keçdiyindən yandırılma yolu ilə məhv edilmişdir. - İddiaçı məxsus fərdi uçot kartoçkasından görünür ki, o, xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının, Sisiyan rayonunun, Dastakert kəndində doğulmuşdur. Atası X9, anası X1r. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikasında qaldığından yeni şəhadətnamə verilməsi üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi İddiaçı ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, ərizəçi İddiaçı doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi xx.xx.1958-ci il, doğulduğu yer Ermənistan Respublikası, Sisiyan rayonu, Dastakert kəndi, atasının adı qrafasında X5, anasının adı qrafasında X6 qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Mərhum İddiaçı xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının, Sisiyan rayonunun, Dastakert kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə İddiaçı soyadı, adı və atasının adı “İddiaçı”, doğum tarixi “xx.xx.1958-ci il”, doğulduğu yer “Ermənistan Respublikası, Sisiyan rayonu, Dastakert kəndi”, atasının adı qrafasında “X5”, ana qrafasında “X6” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar