Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-358/2023 16.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh6 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər- Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 onun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, ev 69-da yerləşən fərdi evə yaşayış hüquqlarının itirilmiş hesab olunması və istifadə hüquqlarına xitam verilməsi, hüquqi xidmət üçün vəkilə ödənilmiş 111 manat və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, ev 69-da cavabdehlər formal pasport qeydiyyatındadırlar. 15 oktyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, onun mərhum atası X2 məxsus olan miras əmlak- Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, ev 69-da yerləşən ümumi sahəsi 59,10 kv.m. olan fərdi ev tam payla ona məxsus olmuşdur. Cavabdehlər 20 ildən çoxdur ki, bir gün də olsa burada yaşamamış və bu evdə onların heç bir əmlakı da olmamış, hal-hazırda, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, dənizkənarı bağ evinə köçüb orada yaşayırlar. 03 noyabr 2021ci il tarixdən də, Azərbaycan Respublikası ƏMDKY DƏDRX Sumqayıt Ərazi İdarəsinin Çıxarışına əsasən, göstərilən fərdi ev - Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, ev 69- ümumi sahəsi 59,10 kv.m. olan ev, torpaq sahəsi 0,0247 ha olan, qeydiyyat nömrəsi: ********** əsasən, xüsusi mülkiyyət hüququ əsasında tam payla onun adına qeydiyyata alınmışdır. Cavabdehlər artıq çoxdan həmin evə faktiki yaşayış hüuquqlarını itirmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, eyni məzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı onun qaynıdır. Əri öləndən sonra qaynı onları yola verməyib evdən çıxartmışdır. 2010-cu ildən mübahisəli evdə yaşamırlar. Hazırda dənizkənarı ərazidə yaşaması üçün özlərinə ev tikmiş, lakin tikdiyi ev yüksək gərinlikli ərazidə tikildiyi üçün həmin evə dair sənəd ala bilmir. Hazırda hesab edir ki, onların sözügedən yaşayış evində qeydiyyatda qalmaları iddiaçı üçün heç bir maneə yaratmır. Bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh6 iddia tələbini qəbul etməyərək Cavabdeh1 izahatına uyğun izahat verərək qeydiyyatdan çıxmaq istəmədiklərini bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.1967-ci il tarixdə vəfat etmiş-X1 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X.A.Nəcəfova verilmiş **********33-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, X4 qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 69 ünvanında yerləşən ümumi sahəsi 59.1 kv.m olan fərdi yaşayış evindən ibarətdir. İşə əlavə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, X4 qəsəbəsi, ev 69 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsində nümayəndəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixdən “akt”dan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh1 1992-ci ildən Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Əliağa Vahid küçəsi dəniz kənarında bağ evində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, ev 69 3-də qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh1 və qeyriləri 2010-cu ildən mübahisəli evi daimi olaraq könüllü şəkildə tərk ediblər və daimi yaşamaq üçün Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Əliağa Vahid küçəsi, dəniz kənarında yerləşən bağ evinə köçüb orada yaşayırlar. Həmin bağ evi Cavabdeh1 tərəfindən əri ilə birlikdə inşa edilmişdir, lakin ev yüksək gərginli işıq dirəyinin altında tikildiyi üçün həmin tikiliyə sənəd ala bilməmişlər və formal olaraq iddiaçıya məxsus olan evdə qeydiyyatda qalmışlar. Məhkəmə Cavabdeh1 1992-ci ildən Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Əliağa Vahid küçəsi dəniz kənarında bağ evində yaşaması işdə olan xx.xx.2022-ci il tarixdən akta qiymət verərək, hesab edir ki, cavabdehin həmin bağda daimi olaraq ailəsi ilə birlikdə 2010-cu il tarixdən yaşamaga başlamışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ilə fərdi evin mülkiyyətçisi İddiaçı arasında həmin evdən istifadəyə dair hər hansı razılaşma olmadığından, cavabdehlərin iddiaçının mülkiyyətində olan evdən sərbəst şəkildə istifadə etmək hüququnu məhdudlaşdırdığından, cavabdehlərin mübahisəli evdən istifadə hüququnun yaranması üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, cavabdehlərin istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Məhkəmə iddia tələbinin hüquqi xidmət üçün ödənilmiş 111 manatın tutulması hissəsində təmin etmir. Belə ki, həmin hüquq iddiaçıya aid olduğu üçün həmin məbləğin cavabdehlərdən tutulması əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, ev 69-da yerləşən fərdi evə yaşayış hüquqları itirilmiş hesab olunmalı və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, ev 69-da yerləşən fərdi evə yaşayış hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-358/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-358/2023
16.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver