Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3588/2020 02.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı cavabdeh Bayramova (Mehralıyeva) Səmərqə Məhəmməd qızına qarşı“ödənilmiş pula pay hüququnun tanınması və pul” tələbinə dair iddiasıüzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı “ödənilmiş pula pay hüququnun tanınması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, yataqxana 6a ünvanında yerləşən 32-33 saylı mənzilə görə verilmiş 30150 manat məbləğində kompensasiyadan ona çatası payın ½ hissədə müəyyən edilməsi və cavabdehdən 15.075 manat məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Bayrmova Səmərqə onun keçmiş həyat yoldaşıdır. Belə ki, onlar 1995-ci ildə faktiki, xx xxxx 2009-cu ildə isə rəsmi nikah münasibətlərinə daxil olmuş və birgə nikahdan xx.xx.1997-ci il təvəllüdlü Gülnar adlı bir qızları anadan olmuşdur. Birgə yaşadıqları müddətdə Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, yataqxana 6a ünvanında əvvəlcə 32 saylı bir otaqları olmuş, daha sonra 33 saylı otağı da əldə etməklə hər iki otaqdan istifadə etmiş və bu ünvan üzrə daimi qeydiyyata alınmışlar. Lakin birgə yaşadıqları vaxt otaqların arasını açmaqla hər iki otağı birləşdirmişlər. Sonradan aralarındakı münasibətlər pozulmuş və 2014-cü ilin noyabr ayının 25-də cavabdeh onu həmin mənzildən qovmuşdur. Bundan sonra o, həmin mənzilə köçürülməsi barədə iddia qaldırmış və Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2016cı il tarixli qətnaməsinə əsasən onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Qarşı tərəf məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermiş, AR X5 MK-nın xx.xx.2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qətnamədən AR Ali Məhkəməsinə kassasiya şikayəti vermiş, lakin AR Ali Məhkəməsi MK-nm xx xxxxx 2016-cı il tarixli qərarı ilə qarşı tərəfin kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa o, Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmaqla həmin mənzildən istifadə qaydalarının müəyyən olunması, 32 saylı otağın onun, 33 saylı otağın isə cavabdehin istifadəsinə verilməsini iddia etmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən qarşı tərəf apellyasiya şikayəti vermiş, AR Sumqayıt Apellyasiya Məhkəməsi MK-nm xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən qarşı tərəfin apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qarşı tərəf qətnamədən kassasiya şikayəti vermiş, işə Ali Məhkəmədə baxılan vaxtlarda həmin yataqxana söküldüyüüçün iddia tələbi üzrə icraata xitam verilmişdir. Cavabdeh bu vəziyyətdən istifadə edərək yataqxananın sökülməsi ilə bağlı otağa görə müəyyən edilmiş 30150 manat məbləğində kompensasiyanıözü almış, bu ona məlum olduqdan sonra məhkəmə qərarları əsasında o, X14 Hakimiyyətinə və ərazi MİS-nə müraciət etmişdir. Ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə qərarları ilə həmin yataqxana otaqlarına hər ikisinin birgə istifadə hüquqlarının olması müəyyən edilmişdir, bu isə yataqxanadakı otağın sökülməsi ilə bağlı verilmiş kompensasiyanın da bərabər şəkildə aralarında bölünməsinə əsas verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, 2014-cü ildən sözügedən yaşayış sahəsindən çıxmış və Yaşıldərə massivində bacısının evində yaşayır. Onun həmin mənzilə köçürülməsi barədə məhkəmə qətnaməsi olsa da, həmin icra sənədi icra olunmamışdır, çünki cavabdehlə aralarında olan münasibət gərgin olduğundan birgə yaşamaları mümkün deyildir. Məhkəmə iclasında iştirakı edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirdi ki, iddianı qəbul etmir, iddia əsassız və qanunsuzdur. İddiaçı cavabdeh Mehrəlıyeva (Bayramova) Səmərqə Məhəmməd qızı ilə xx.xx.2009-cu il tarixdə nkaha daxil olmuş, həmin nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, yataqxana 6A ünvanında yerləşən 32 saylı otaq 1995-ci ildə, 33 saylı otaq isə 2002-ci ildə X2 atası Mehrəliyev Məhəmməd tərəfindən alınıb ona verilmişdir. İddiaçı 2014-cü ildən yataqxananı tərk edib Sumqayıt şəhəri, Yaşıldərə massivində bacısına məxsus evdə daşıyır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən İddiaçı həmin yataqxanada yaşamaqdan imtina etdiyinə görə akt tərtib edilmiş və həmin yataqxanada yaşamamışdır. Adı qeyd edilən yataqxana dövlət və ictimai ehtiyaclar üçün sökülərkən yataqxanada cavabdeh Mehrəlıyeva (Bayramova) Səmərqə Məhəmməd qızı və X8 yaşadığına görə iki nəfər üçün nəzərdə tutulmuş həcmdə kompensasiya verilmişdir. İddiaçı həmin yataqxanada faktiki yaşamadığıüçün yataqxana sökülərkən kompensasiya verilməmişdir. İddiaçı yataqxananın sökülməsi ilə əlaqədar verilmiş kompensasiyada payının müəyyən edilməsinə dair istinad etdiyi hallar yataqxanada qeydiyyatının olması və həmin yataqxanaya köçürülməsi və istifadə hüququnun tanınması barədə qanuni qüvvə almış məhkəmə qətnamələri olması və adı qeyd edilən yataqxananın sökülməsinə görə verilən kompensasiyanın birgə nikah dövründə əldə edilən ümumi əmlak hesab etməsi əsassızdır və iddia rədd edilməlidir. AR Nazirlər Kabinetinin xx xxxx 2018-ci il tarixli, 171 s saylı sərəncamının 2-ci bəndinə əsasən Sumqayıt şəhəri,76-cı məhəllə,Sülh küçəsi, yataqxana 6A ünvanında yerləşən 32/33 saylı mənzilə görə Mehrəlıyeva ( Bayramova) Səmərqə Məhəmməd qızının ailə üzvü iki nəfərdən ibarət olduğu və yatqxanada iki nəfər ailə üzvü faktiki yaşadığıüçün 30150 manat məbləğində kompensasiya verilmişdir. İddiaçı isə yataqxanada faktiki yaşamadığıüçün kompensasiya verilməmişdir və bu haqda onun müraciətlərinə X14 Hakimiyyətindən və Sumqayıt şəhər MKİB-nin 22 saylı Mənzil Kommunal Sahəsi tərəfindən yataqxanada yaşamadığıüçün kompensasiya verilmədiyinə dair cavab verilmişdir və hal-hazırda həmin cavabları məhkəməyə təqdim edir. İddiaçı qanuni qüvvə almış qətnamələrinə əsasən Sumqayıt şəhər məhkəməsinin 2(060)-7346 saylı,xx.xx.2015-ci il tarixli icra sənədinə görə mübahisəli yataqxanaya köçürülməsi qət edilsə də, iddiaçı yataqxanada yaşamaqdan imtina etmişdir və bu barədə X14 idarəsinin icra məmurları tərəfindən xx.xx.2016-cı il tarixdə akt tərtib edilmişdir, həmin akt məhkəməyə təqdim edilir. İddiaçı mübahisəli yataqxanada yerləşən 32 və 33 saylı otaqların əvvəlki vəziyyətə gətirilməsi və iddiaçının 32 saylı otaqda istifadə hüqunun müəyyən eilməsinə dair iddiası Sumqayıt şəhər məhkəməsinin 06.09. 2017- ci il tarixli, 2(060)-10459 saylı qətnaməsi ilə təmin edilmişdir və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli,2(105)-664/2018 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlansa da, AR Ali Məhkəsimənin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-5064/2018 saylı qərarı ilə ləğv edilərək, yenidən baxılmasıüçün apellyasiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(105)-3661/2018 saylı qətnaməsi ilə cavabdeh Mehrəliyeva (Bayramova) Səmərqə Məhəmməd qızının apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı otaq 32 - də "istifadə qaydası müəyyən edilməklə istifadəsinə verilsin" hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilməmişdir. İddiaçı həmin yataqxanada yaşamaması faktı qanuni qüvvə almış Sumqayıt şəhər məhkəməsinin 06.09. 2017- ci il tarixli, 2(060)-10459 saylı qətnaməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli,2(105)-664/201 8 saylı qətnaməsi, AR Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2( 102)-5064/201 8 saylı qərarı, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(105)-3661/2018 saylı qətnaməsi ilə müəyyən edilmişdir, məhkəmə baxışları zamanı İddiaçı 2014-cü ildən yataqxanada yaşamaması və Yaşıldərə Massivində yaşamasına dair X14 Hakimiyyəti Mənzil Kommunal İstehsalat Birliyinin 22 saylı Mənzil Kommunal Sahəsinin verdiyi xx.xx.2018-ci il tarixli arayışı və Sumqayıt şəhər X11 Massivi, 2-ci məhəllə, 1 saylı məhəllə Komitəsinin verdiyi xx.xx.2018-ci il tarixli arayışı və X14 idarəsinin icra məmurları tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib etdikləri akt mülki işüzrə sübut kimi tanınmışdır. Eyni məzmunlu yeni tarixli arayışları hal-hazırda məhkəməyə təqdim edir. Hesab edir ki, yataqxananın sökülməsi ilə əlaqədar cavabdehə verilmiş kompensasiya AR Nazirələr Kabinetinin sərəncamına əsasən iki nəfər ailə üzvü, cavabdeh və onun qızıüçün ayrılmışdır, İddiaçı faktiki yaşamadığıüçün ona kompensasiya verilməmişdir və həmin kompensasiya birgə nigah dövründə əldə edilmiş əmlak deyildir, ona görə də həmin kompensasiya aralarında bölünə bilməz. Mülki iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7346/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X4 və qeyrinə qarşı «mənzilə köçürmə» tələbinə dair iddiası təmin edilərək İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, yataqxana 6a-da yerləşən 32-33 saylı otaqlara köçürülməsi qət edilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2016-cı il tarixli aktın məzmunundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7346/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə əlaqədar tələbkar İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, yataqxana 6a-da yerləşən 32-33 saylı otaqlara köçürülməsi təklif edilmiş, tələbkar birgə yaşamağın mümkün olmadığını əsas gətirərək yaşayış sahəsində yaşmaqdan imtina etmiş və köçürülmə təxirə salınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2018-ci il tarixli 171s nömrəli Sərəncamından görünür ki, Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllədə 5 mərtəbəli, 4 girişli 6a nömrəli yataqxanadan 209 ailənin köçürülməsi üçün ailə üzvlərinin sayı 1 nəfər olduqda 25000 manat, ailə üzvlərinin sayı 2 nəfər olduqda 30000 manat, ailə üzvəlrinin sayı 3 nəfər və daha çox olduqda 35.000 manat dəyərində birdəfəlik maddi yardım ödənilir. Azərbaycan Respublikası X14 Hakimiyyəti Başçısının Aparatının Bakışəhəri 6 saylı Vəkil Bürosunun sorğusuna cavabından görünür ki, Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllədə yerləşən 6a nömrəli yataqxana 2018-ci ilin mart-aprel aylarında sökülmüşdür. Nazirlər Kabinetinin xx xxxx 2018-ci il tarixli 171c nömrəli Sərəncamına əsasən ailə üzvlərinin sayı iki nəfərdən ibarət olduğu üçün Cavabdeh 30000 manat məbləğində birdəfəlik maddi yardım və 150 manat məbləğində kirayə haqqı ödənilmişdir. X14 Hakimiyyəti tərəfindən təsdiq edilmiş Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllədə yerləşən 6a nömrəli yataqxanada yaşayan iki nəfərdən ibarət olan ailələrin Siyahısından görünür ki, həmin yataqxanada 32-33 saylı otaqlar üzrə ailə tərkibi 2 nəfər olmaqla Cavabdeh və X1 alınmışdır. X14 Hakimiyyəti MKTB-nin 22 saylı MKS tərəfindən X14 Hakimiyyətinə ünvanlanmış xx xxx 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı nikah pozulduqdan sonra, Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə, 6a nömrəli yataqxana, 32-33 nömrəli otaqlarda faktiki olaraq yaşamayıb, həmin otaqlarda faktiki olaarq İddiaçı keçmiş arvadı qızı ilə birgə yaşadıqları üçün yataqxana sökülərkən kompensasiyanın verilməsi onlara hamil olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Göründüyü kimi iddiaçı mübahisə predmeti olan yataqxananın sökülməsi ilə bağlı qeydiyyatda olduğu otaqlara görə verilmiş kompensasiyaya məbləğinə ½ hissədə pay hüququnun tanınması və həmin məbləğin cavabdehdən alınaraq ona verilməsini iddia edir. İddiaçı iddia tələbinin əsası olaraq mübahisə predmeti olan yaşayış sahəsini birgə nikah dövründə aldıqlarını, həmin ünvanda yaşadıqlarını, qeydiyyatının həmin ünvana olduğunu və cavabdehlə nikahları pozulduqdan sonra həmin yaşayış sahəsinə köçürülməsi barədə məhkəmə qətnaməsinin olduğuna, hüquqi əsas olaraq Ailə Məcəlləsinin 32, 34, 36-cı maddələrinə istinad etmişdir. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci, Ailə Məcəlləsinin 32, 33, 36-cı maddələrinə istinadən qiymət verərək hesab edir ki, mübahisə predmeti olan yaşayış sahəsinin statusu onun tərəflərin birgə nikah dövründə əldə edilmiş və ər-arvadın əmlakının birgəmülkiyyətrejiminə daxil olan əmlak kimi qiymətləndirilməsinə yol vermir, bu barədə iddiaçının göstərdiklərinin hüquqi əsası yoxdur. Məhkəmə araşdırması zamanı iddiaçının özünün izahatı və tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, iddiaçı 2014-cü il tarixdən həmin ünvanda yaşamamış, yaşayış sahəsinə köçürülməsi barədə məhkəmə qətnaməsi tələbkarın (hazırkı iş üzrə iddiaçı) özünün imtinası nəticəsində icra olunmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2018-ci il tarixli 171s nömrəli Sərəncamına əsasən qəza hallarının qarşısının alınması məqsədi ilə sökülməsi nəzərdə tutulan Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllədə 5 mərtəbəli, 4 girişli 6a nömrəli yataqxanada yaşayan ailələrin köçürülməsi üçün ailə üzvlərinin sayına uyğun olaraq kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehə müvafiq kompensasiya ödənişi edilərkən 2 nəfər ailə tərkibinə görə, yəni cavabdeh və onunla birgə yaşayan qızına görə ödəniş həyata keçirilmiş, ödənilmiş kompensasiyasının həcmi iki nəfər üçün nəzərdə tutulmuş, iddiaçı faktiki olaraq həmin ünvanda yaşamadığı üçün ona kompesasiya ödənişi şamil edilməmişdir. Odur ki, həmin ödənişdə pay hüququnun tanınması və həmin məbləğin iddiaçıya ödənilməsi barədə iddia tələbi əsassız olduğundan təmin oluna bilməz. Məhkəmə ədalət mühakiməsini tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Bayramova (Mehralıyeva) Səmərqə Məhəmməd qızına qarşı “ödənilmiş pula pay hüququnun tanınması və pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-3588/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3588/2020
02.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver