Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3606/2020 20.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, X1 iştirakı ilə, X1 Cavabdeh qarşı valideynin əlavə xərclərə cəlb olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X11 müalicəsi ilə əlaqədar olaraq uşaq yetkinlik yaşına çatana kimi hər ay 200 manat əlavə xərclərə cəlb olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 iddia ərizəsini müdafiə edərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2 (060)-963/2019 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində bağlanmış 586 nömrəli nikah qeydi pozulmuş, birgə nikahdan anadan olmuş xx xxx 2014cü il təvəllüdlü X19 və xx xxxxxxxx 2011-ci il təvəllüdlü X8 onun himayəsinə verilməsi və onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət olunmuşdur. Hazırda xx xxx 2014-cü il təvəllüdlü X19 xəstədir və mütəmadi surətdə müalicəyə ehtiyacı vardır. Bunu iş materiallarna əlavə olunmuş “Dimed” Tibb Mərkəzinin xx.xx.2019-cu il tarixli, 56 nömrəli arayışı da təsdiq edir. Ona görə cavabdehin qanunvericiliyə uyğun olaraq valideyn kimi əlavə xərclərə cəlb olunmasına ehtiyac yaranmışdır. Yuxarıda qeyd etdiklərinə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh iş materiallarında olan poçt ünvanına məktub ünvanlanmış, məktub “Ünvan tam deyil” poçt qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Bu səbəbdən cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsi mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-963/2019 saylı qətnaməsinim surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə X16 arasında xx.xx.2011-ci il tarixdə Sumqayıt Şəhər qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 586 nömrəli rəsmi nikah qeydiyyatının pozulması, tərəflərin birgə nikahlarından olan xx xxx 2014-cü il təvəllüdlü X19 və xx xxxxxxxx 2011-ci il təvəllüdlü X8 anaları X9 himayəsinə verilməsi və onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq X12 verilməsi qət edilmişdir. İşdə olan AZ-İ 319028 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Cavabdeh ilə X16 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 69 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Əliyeva soyadı verilmişdir. Sumqayıt “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ 040918 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X11 atası Cavabdeh, anası X13r. İş materiallarna əlavə olunmuş “Dimed” Tibb Mərkəzinin xx.xx.2019-cu il tarixli, 56 nömrəli arayışından görünür ki, X25 (2014) qızı həqiqətən də xx.xx.2019-cu il tarixində Dimed klinikasında müayinədən keçmiş və həkim diaqnozu əsasinda mütəmadi müalicəyə ehtiyacı olduğu müəyyən edilmişdir. İşdə olan Sumqayıt şəhər Uşaq Xəstəxanası 3 saylı uşaq poliklinikasından verilmiş 15284 saylı X4 görünür ki, X6 parsial tutulmalarla simptomatik Epilepsiya xəstəliyindən əziyyət çəkir. Uşaqda qıcolma tutulmaları, yıxılmaları 1,7 yaşından baş verir. Həmin vaxtdan tutulmalar davam edir. Dispanser qeydiyyatındadır. İşdə olan “Dimed” X21 EEQ Müayinəsinin xx.xx.2018-ci il tarixli nəticəsinə dair arayışdan görünür ki, Əlizadə Fidanda rezidual-orqanik əlamətləri qeyd olunur. Kəllədaxili hipertenziya qeyd olunur. Qıcgah-təpə zonada paraksizmal aktivliyi qeyd olunur. HV-dən sonra artır. Qıcolmaya hazırlıq qeyd olunur. İşdə olan “Dimed” X21 EEQ Müayinəsinin xx.xx.2018-ci il tarixli nəticələsinə dair arayışdan görünür ki, Əlizadə Fidanda rezidual-orqanik əlamətləri qeyd olunur. EEQ-də yaxşılıq qeyd olunur. Hipertenziyanın əlamətləri azalıb. Qıcgah-təpə zonada paraksizmal aktivliyi qeyd olunur, əsas HV-dən sonra. İşdə olan “Dimed” X21 EEQ Müayinəsinin xx.xx.2019-cu il tarixli nəticəsinə dair arayışdan görünür ki, Əlizadə Fidanda rezidual-orqanik əlamətləri qeyd olunur. Alın-qıcgah nahiyəsində paraksizmal aktivliyi qeyd olunur. HV-dən sonra artır (qıcolmaya meyllik). X10 və Əliyev X15 şəhər X18 yerləşən 6 nömrəli məhəllədə qeydiyyatsız olaraq yaşayırlar. (işdə olan xx.xx.2019-cu il tarixli, 2062 nömrəli arayışlara əsasən) İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il taruxli, ******* nömrəli arayışından görünür ki, X2 şəhər, YAT-2 bakı küçəsi, məhəllə 41 ünvanında qeydiyyatdadır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Göründüyü kimi, Ailə Məcəlləsinin 81-ci maddəsində yetkinlik yaşına çatmayan uşaqların yalnız ağır xəstə və ya şikəst olduğu hallarda valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X19 ağır xəstədir, sadə parsial tutulmalarla simptomatik epilepsiya xəstəliyindən əziyyət çəkir, bununla əlaqədar mütəmadi olaraq müalicəyə ehtiyacı var. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X11 xəstəliyi ilə əlaqədar cavabdehdən hər ay 100 (bir yüz) manat məbləğində pul tutularaq X7 ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X11 xəstəliyi ilə əlaqədar hər ay sabit pul məbləğində 100 (bir yüz) manat pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması barədə iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1). İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır (maddə 119.2). Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, aliment tələbinə görə X10 dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X11 xəstəliyi ilə əlaqədar hər ay sabit pul məbləğində 100 (bir yüz) manat pul tutularaq X3na ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3606/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3606/2020
20.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver