Məhkəmə qərarları › İş №2(060)-3612/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3612/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3612/2021 27.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, Tərəflərin iştrakı olmadan, iddiaçı “İddiaçı Sığorta Şirkəti”ASC-nin Cavabdeh oğluna qarşı subroqasiya tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “İddiaçı Sığorta Şirkəti”ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh oğlundan 520 manat sığorta ödənişinin və 30,40 manat dövlət rüsumunun «İddiaçı Sığorta Şirkəti”ASC-nin xeyrinə tutulmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 10.07.2015-ci il tarixdə idarə etdiyi "Hyundai Veloster" markalı ** NB *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri ilə hərəkət edərək manevr etmə qaydasım pozaraq "Vaz” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq hadisə yerindən yaşınmışdır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayındığı iiçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh təqsirli olması DYPİ-nin Sumqayıt şəhər DYPŞ-nin MYP 499563 saylı X2 Protokolunda öz əksini tapmışdır. 11.09.2015-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq "Vaz” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilə 520 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 020107 saylı sığorta aktına əsasən "İddiaçı" Sığorta Şirkəti ASC 520 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində "İddiaçı" Sığorta Şirkətinə dəyən 520 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasına onların nümayəndəsinin iştrakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh yalnız məhkəmə hazırlıq iclasına gəlmiş və iddianı qəbul etmədiyini bildirmişdir, sonrakı məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə qanunvericiliyin tələbləri baxımından hazır ki, mübahisəyə onların işrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından olan: - Avtonəqliyyat vasitələrinin AC868088 saylı sığorta şəhadətnaməsindən surətindən görünür ki, X1 məxsus olan ** NB *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ VELOSTER”xxxx«İddiaçı Sığorta Şirkəti”ASC-ti tərəfindən 22.11.2014-cü ildən 21.11.2015-ci il tarixinədək maddi zərərdən sığortalanmışdır. - “İddiaçı Sığorta Şirkəti”ASC-ti tərəfindən verilmiş 14.09.2015-ci il tarixli sığorta aktından görünür ki, BOB karta 520 manat sığorta ödənişi edilmişdir. - DİN Baş DYPİ-nin 13.07.2015-ci il tarixli X2 qərarından görünür ki, Cavabdeh oğlu yol nəqliyyat hadisəsi törətmiş və o, İXM-nin 151.3-cü maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə olunuşdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh 10.07.2015-ci il tarixdə idarə etdiyi "Hyundai Veloster" markalı. ** NB *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri ilə hərəkət edərək manevr etmə qaydasım pozaraq "Vaz” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq hadisə yerindən yaşınmışdır.Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh təqsirli olması DYPİnin Sumqayıt şəhər DYPŞ-nin MYP 499563 saylı X2 Protokolunda öz əksini tapmışdır.11.09.2015-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq "Vaz” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilə 520 manat ziyan dəymişdir.PAT ********** saylı sığorta müqaviləsinin 020107 saylı sığorta aktına əsasən "İddiaçı" Sığorta Şirkəti ASC 520 manat sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki,iddia bu hissədə də təmin edilməli iddia tələbi 500 manatdan artıq olduğu üçün cavabdehdən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 520 manat sığorta ödənişi və ödənilmiş 30,40 manat dövlət rüsumu «İddiaçı Sığorta Şirkəti”ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh oğlundan 520 manat sığorta ödənişi və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30,4 manat tutularaq «İddiaçı Sığorta Şirkəti”ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar