Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3624/2021 01.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhər, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllədə yerləşən ona məxsus sahəsi 200 m2 olan 200A saylı bağda olan hər iki evdən ailə üzvləri və əmlakları ilə birlikdə çıxarılması və həmin bağ evlərinin onun əməli istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı dəqiqləşmə verərək, Cavabdeh Sumqayıt şəhər, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllədə yerləşən 200A saylı bağın 200 m2-lik hissəsinin yalnız 80 m2-də yerləşən evdən əmlakları və ailə üzvləri ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli bağ sahəsi Sumqayıt şəhər, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllədə yerləşən 200a saylı bağdır. Həmin bağ sahəsi X5 Cəmiyyəti tərəfindən 10 dekabr 2000-ci il tarixli bağ kitabçasına əsasən onun istifadəsinə verilmiş, həmin bağın sahəsi 200 kv.m-dir. Bağ evi onun tərəfindən 2010-cu ildən öz şəxsi vəsaiti ilə tikilmiş və bu məqsədlə o, bankdan 50 min manatdan artıq pul götürmüş, krediti də özü qaytarmışdır. Lakin cavabdeh həmin evi 2011-ci ildən zəbt edərək kirayə vermiş, ev yararsız bir hala düşmüş və ona külli miqdarda ziyan dəymişdir. Evin bütün pəncərələri və barmaqlıqları çıxardılaraq yerinə köhnə pəncərələr qoyulmuşdur. Cavabdeh ona məxsus Nəsimi küçəsi 2-ci məhəllədə yerləşən 200A saylı bağ evini qanunsuz olaraq zəbt edərək onu həmin evə buraxmadığı üçün o, məhkəmədə iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2(060)-3383/2020 saylı qətnaməsi ilə ona məxsus olan mübahisəli bağ sahəsinə köçürülməyi qət edilmişdir. Artıq qətnamənin qəbul edilməsindən 5 aya yaxın müddətin keçməsinə baxmayaraq cavabdeh onu öz bağ evinə buraxmır, hətta məhkəmə qətnaməsindən sonra həmin bağda olan şəxsən onun ailə üzvləri ilə birlikdə istifadə etdiyi evi də zəbt etmişdir. Cavabdehin Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim etmişdir. Etiraz ərizəsində bildirilmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı onun qardaşıdır. Ona aid olan Xəzər bağları 2-ci məhəllədə yerləşən 200A (sahəsi 200 km2 ) saylı bağ sahəsini mərhum atası X7 2000-ci ildə almış və qardaşı İddiaçı adına sənədləşdirmişdir. O zaman iddiaçının 16 yaşı var idi və o yaşda onun bağ sahəsi əldə etməsi qeyri-mümkün idi. Həmin bağ sahəsində 200A saylı bağ evini atası özü usta olduğu üçün öz vəsaiti ilə özü tikmişdir və həmin ünvanda anası ilə birlikdə yaşamışlar. Qardaşı isə kiçik yaşlarından bu günə kimi atasına aid olan və 2017-ci ildə atasının vəfatından sonra anasının adına keçən Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 84 saylı evin, 11 saylı mənzilində yaşamışdır. İddiaçı öz razılığı ilə qarşılıqlı anlaşmayla yəni analarının adına olan evdəki miras payından onun xeyrinə imtina etmənin müqabilində 12 noyabr 2014-cü ildə 200A(200 km2) saylı bağın 80kv/m olan boş hissəsini onun adına mülki etibarnamə ilə vermiş, hətta həmin tarixdə notariat konturunda 200 kv.m torpaq sahəsinin 80 kv.m hissəsinin ona verilməsinə dair heç bir iddia tələbi olmayacağına dair ərizə imzamış, həmin 80 kv.m hissə üzərində sərəncam verməyi, sənədləri rəsmiləşdirməyi, tikinti işlərinin aparılması, digər 3-cü şəxsə satıla biləcəyini özündə ehtiva edən etibarnaməni ona vermişdir. Bu sənədlərə əsasən o, bağçılıq cəmiyyəti üzvlərinin 15.08.2015-ci il tarixli 9 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv seçilmiş, xəzər bağçılıq ərazisi Nəsimi küçəsi 3-cü məhəllə bağçılıq sahəsindən 80 kv.m olan bağ sahəsi 200A/1 adlandırılmış və ona daimi istifadə üçün verilmişdir. Buna dair bağçılıq üzvlük kitabçası da mövcuddur. İddiaçının ona verdiyi sənədlərin əsasında 2014-cü ildə Sumqayıt Şəhərsalma və Memarlıq İdarəsi tərəfindən onun razılığı ilə anası X1 adına tikinti üçün icazə alınmışdır. O, ailə üzvləri ilə birgə həmin vaxtdan, yəni 2014-cü ildən bugünkü günə qədər həmin ünvanda (200A/1) - yaşayır. Etibarnamə və iddiaçının razılıq ərizəsinin verildiyi tarixdə onun bütün sənəd işləri və evin tikinti işləri həyata keçirilmişdir. İddiaçı həmin tarixdən 4 il sonra yəni 2018-ci ildə etibarnaməni, 6 il sonra yəni 2020-ci ildə razılıq ərizəsini ləğv etdirmişdir. Etibarnaməni ləğv etdirdiyi ildə, yəni 2018-ci ildə ona aid olan 200A/1 (80kv.m) bağ sahəsini öz evi kimi göstərərək həmin bağ sahəsindən çıxarılmasına dair məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər məhkəməsinin 2(060)- 5538/2018 saylı, 27.06.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının bağ sahəsindən çıxarılma tələbinə dair iddiası rədd olunmusdir. Bundan sonra iddiaçı 2020-ci ildə yenidən Sumqayıt Şəhər Məhkəməsinə ona aid 80 kv m 200A/1 bağ sahəsinin bağçılıq üzvlük kitabçasının və bağ evinin tikintisinə dair icarəsinin etibarsız hesab edilməsi torpaq sahəsindən çıxarılma və həmin bağ sahəsinə köçürülümə tələbi ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5538/2018 saylı, 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiası qismən təmin olunaraq yalnız cavabdehə aid olan 200A (120 kv.m) bağ sahəsindəki evinə köçürülməsini təmin etmişdir. 27 dekabr 2021-ci ildə icraçı tərəfindən köçürülmə icraatı olunmuş və həmin evin açarının bir üzü anası tərəfindən iddiaçıya təhvil verilmişdir. Evin kommunal xəttləri iddiaçının adına olduğuna görə özü həmin xətləri kəsdirmişdir ki, anası da o evdən çıxsın. Buna görə anaları məcburiyyətdən ona məxsus 200A/1 (80 kv.m) bağ sahəsinə köçmüş və onunla yaşayır. Onun iddiaçının iddia etdiyi, yəni 200A bağ sahəsindəki evə heç qarışacağı yoxdur. İddiaçı izahatında qeyd edir ki, keçmiş qətnamələr indiki iddia etdiyi bağ sahəsilə əlaqəli deyildir. Halbuki mübahisələndirilən 1 bağ sahəsi var. Ona aid bağ sahəsi də elə həmin evdir. İddiaçı bağ sahəsini məhkəməyə başqa ev kimi təqdim etsə də məhkəməyə buna dair heç bir sənəd təqdim etməmişdir. Çıxarılan qətnamələr də indiki iddia olunan bağ sahəsində eyni bağ sahəsinə aiddir. Qeyd edilənləri qonşular və anası da təsdiq edə bilər. Qeyd edilənləri əsas gətirərək hesab edir ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır, təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X6 ifadə verərək bildirdi ki, o, iddiaçının və cavabdehin anasıdır. O, 200A/1 (80 kv.m) bağ sahəsində yaşayır. Yoldaşı 2017-ci ildə vəfat etmişdir. Bağın 80 m2 sahəsi qızına ayrılmış, bu barədə iddiaçı etibarnamə vermiş, sonra sənədləşdirilmişdir. Orada ev tikilmiş və cavabdeh artıq 6 ildir ki, orada yaşayır. Hər iki evi rəhmətlik yoldaşı tikmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatını, şahid X1 ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5538/2018 saylı, 27 iyun 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Təranə Zahid qızı Ziyadovaya, X2 və X4 qarşı “bağ sahəsindən çıxarılma” tələbinə dair iddiası rədd edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3383/2020 saylı, 05.11.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, Xəzər bağlar sahəsi, Nəsimi küçəsi 2ci məhəllədə yerləşən və ona məxsus olan 200A saylı bağ sahəsinə köçürülməsi qət edilmişdir. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 27.01.2021-ci il tarixli aktından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3383/2020 saylı, 05.11.2021-ci il tarixli icra sənədi tam şəkildə icra olunmuşdur. - “Xəzər” Bağçılıq Yoldaşlığı cəmiyyəti tərəfindən verilmiş 200A/1 №li “Bağçının üzvlük kitabçası”nın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri S.Vurğun küçəsi “Xəzər” bağçılıq yoldaşlığı ərazisindən sahəsi 80 m2 olan 200A/1 №li bağ sahəsi Sumqayıt şəhər XDS-nin 07.04.1987-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən 9 №li protokolla bağçılıq cəmiyyəti üzvlərininm 15.08.2015-ci il tarixli 11 №li protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş Təranə Zahid qızı Ziyadovaya verilmişdir. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsi tərəfindən X2 ünvanlanmış 01.12.2014-cü il tarixli 735 saylı məktubun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhər XDS-nin 07 aprel 1987-ci il tarixli qərarı ilə (protokol № 9) Sumqayıt şəhəri, “Xəzər” Bağçılıq Yoldaşlığı Cəmiyyəti, Nəsimi küçəsi, 3-cü məhəllə, 200/1 nömrəli bağ sahəsində Memarlıq və Şəhərsalma idarəsində razılaşdırılmış eskiz layihəsinə əsasən qanunamüvafiq qaydada bağ evinin tikintisi məqsədilə tikinti işlərinin aparılmasına etiraz edilmir. - 10.12.2000-ci ildə Sumqayıt şəhəri “Xəzər” KBC tərəfindən verilmiş “Bağçının üzvlük kitabçası”nın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri S.Vurğun küçəsi, birləşmiş məhəllədə yerləşən 200A №li bağ sahəsi Sumqayıt şəhər XDS-nin 16.08.1986-cı il tarixdə 119 №li əmrlə qeydə alınmış müqaviləsinə əsasən 10.12.2000-ci ildə bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş İddiaçı daimi istifadə etmək üçün verilmişdir. - Sumqayıt “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu C.M.Qasımov tərəfindən təsdiq olunmuş və 7E/39333 saylı reyestrlə qeydə alınmış İddiaçı 12.11.2014-cü il tarixli ərizəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, göstərmişdir ki, Xəzər bağlar massivi cəmiyyətinin 10.11.2000-ci il tarixli Bağçının üzvlük kitabçasına əsasən 200 kv.m torpaq sahəsinin 80 kv.m hissəsinin Təranə Zahid qızı Ziyadovaya verilməsinə dair heç bir iddia tələbi olmayacaqdır. - Azərbaycan Respublikası DİN-nin ******* saylı arayışından görünür ki, 30.11.2016ci il təvəllüdlü X9, 03.08.1988-ci il təvəllüdlü Ziyadova Təranə Zahid qızı, 09.05.1964-cü il təvəllüdlü X6, 12.03.2011-ci il təvəllüdlü X8, 02.07.2012-ci il təvəllüdlü X10 və 31.03.2014cü il təvəllüdlü Ziyadov Camal Namil oğlu Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 84 saylı evin, 11 saylı mənzilində qeydiyyatdadırlar. - Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin X3 verdiyi 459 nömrəli, 28.04.2021-ci il tarixli arayışdan görünür ki, layihədə göstərilən bağ nömrəsi 200/1; 200a/1 olmalıdır. Layihə verilərkən bağ nömrəsi səhv yazılmışdır. - Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin verdiyi 332 nömrəli, 10.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi Murovdağ küçəsi, keçmiş Nəsimi küçəsi 2-ci məhəllədə bağ nömrəsi 200a-da sahəsi 200 kv.m2 olan bağda qeydiyyatsız yaşayır. - Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin verdiyi 317 nömrəli, 07.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhər, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllədə yerləşən 200a/1 saylı bağ evində qeydiyyatsız yaşayır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllədə yerləşən 200a saylı bağın 80 m2 ərazisi hüquqmüəyyənedici sənədlərlə cavabdehə məxsusdur. O, orada müvafiq icra hakimiyyəti qurumunun anası Sahibə Əliyevaya verilmiş icazə əsasında valideynləri tərəfindən tikilmiş mübahisəli evdə hazıradək yaşayır. Həmin bağın qalan sahəsi hüquqmüəyyənedici sənədlərlə iddiaçıya məxsusdur. O, həmin yerdə tikilmiş evdə ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin ailə üzvləri və əmlakları ilə çıxarılması tələb olunan ev və onun yerləşdiyi torpaq sahəsi sonuncunun qanuni sahibliyində olduğundan iddia əsassızdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin Sumqayıt şəhər, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllədə yerləşən 200A saylı bağın 200 m2-lik hissəsinin yalnız 80 m2-də yerləşən evdən əmlakları və ailə üzvləri ilə birlikdə çıxarılmasına dair iddiası təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3624/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3624/2021
01.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver