Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3673/2022 03.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Volkswagen Touareg” markalı, 90 НО 109 dövlət qeydiyyat nişanlı avtomobil vurulan ziyanın əvəzində ödənilmiş 1475 (bir min dörd yüz yetmiş beş manat 0 qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 35.40 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Chevrolet Aveo” markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, K.Rəhimov küçəsində manevr qaydasını pozaraq etibarnamə əsasında X3 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Volkswagen Touareg” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin MYP 100023 nömrəli X10 Protokolunda öz əksini tapmışdır. xx.xx.2015-ci il tarixli Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə akta uyğun olaraq “Volkswagen Touareg” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilə 6575 (altı min beş yüz yetmiş beş manat 0 qəpik) manat zərər təyin edilmişdir. **********7 saylı sığorta Müqaviləsinin 015407 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 100 (bir yüz manat 0 qəpik) manat azadolma məbləği çıxmaqla 6475 (altı min dörd yüz yetmiş beş manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehin İcbari sığorta Şirkəti Azsığorta ASC subroqasiya qaydasında dəymiş zərərin 5000 (beş min) manatı "xxxx" ASC-yə ödənilmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 1475 (bir min dörd yüz yetmiş beş manat 0 qəpik) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq, X3 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Volkswagen Touareg” markalı, 90 НО 109 dövlət qeydiyyat nişanlı avtomobil vurulan ziyanın əvəzində ödənilmiş 1475 (bir min dörd yüz yetmiş beş manat 0 qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 35.40 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2015-ci il tarixli 015407 saylı “sığorta akt”ından müəyyən edilir ki, 15 yanvar 2015-ci il tarixində X4 məxsus “Volksvagen Tuareg” makralı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixə qədər 20000 manat məsuliyyət həddi dəyərində sığorta edilmiş, sığorta hadisəsi xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, K.Rəhimov küçəsində avtonəqliyyat vasitəsi idarə edilərkən “Chevrolet Aveo” markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuşdur. “Volksvagen Tuareg” makralı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan, 6475 manat məbləğində hesablanmışdır. İş materiallarında olan “inzibati xətalarla bağlı tərtib edilən X10” MYP № 100023 saylı, xx.xx.2015-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh idarə etdiyi “Chevrolet Aveo” markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, K.Rəhimov küçəsi ilə hərəkət zamanı sağ cərgədən sola geriyə dönmə üçün yerdəyişmə apararkən, manevr qaydalarını pozmuş, nəticədə önündən soldə hərəkətdə olan “Volksvagen Tuareg” makralı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə Cavabdeh İXM-nin 151.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İş materiallarında olan dəymiş zərərin qiymətləndirilməsi barədə aktdan görünür ki. “Volksvagen Tuareg” makralı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə 6575 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli X8 surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 6475 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan ƏN-İİ № 958752 saylı, xx.xx.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, X7 mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobili 9 (doqquz) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə Cavabdeh etibar etmişdir. İş materiallarında olan ƏN-İV № 518224 saylı, xx.xx.2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, X2 mülkiyyətində olan “Volksvagen Touareg” minik markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobili 1 (bir) il müddətinə X3 etibar etmişdir. Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, “Subroqasiya hüququ Mülki Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, “Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçı subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.” Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət (nəqliyyat vasitələrindən, mexanizmlərdən və ya istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusunu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.3-cü maddəsinə görə yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzini ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “Volksvagen Touareg” markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilmiş 1475 (bir min dörd yüz yetmş beş) manat sığorta ödənişi məbləğində pul və iddia ərizəsinin verilməsi ilə bağlı 35 (otuz beş) manat 40 (qırx) manat dövlət rüsumu, cəmi 1510 (bir min beş yüz on) manat 40 (qırx) qəpik tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936, 1097ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Volksvagen Touareg” markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilmiş 1475 (bir min dörd yüz yetmş beş) manat sığorta ödənişi məbləğində pul və iddia ərizəsinin verilməsi ilə bağlı 35 (otuz beş) manat 40 (qırx) manat dövlət rüsumu, cəmi 1510 (bir min beş yüz on) manat 40 (qırx) qəpik tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3673/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3673/2022
03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver