Məhkəmə qərarları › İş №2(060)-3735/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3735/2021

03.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3735/2021 03.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh qızının nümayəndəsi X9 oglunun iştirakları ilə, İddiaçı Cavabdeh qızına qarşı təmir xərci tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qızına qarşı təmir xərci tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, o 2016-cı ildə özünə mənzil almaq məqsədi ilə internet vasitəsilə mənzil axtarmağa başlamış, bu zaman “xxxx” MTK tərəfindən mənzillər satıldığını bilmiş və MTK-nın sədri olan Cahangir Alışovla Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən ofisində görüşmüşdür. C.Alışov MTK-ya məxsus Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən çoxmənzilli hündür mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində 1 otaqlı mənzilin satışda olduğunu bildirmiş, mənzilə yerində baxdıqdan sonra, mənzili 30000 manat dəyərində qiymətləndirmişlər və 21 sentyabr 2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilə bağlamışlar. Müqavilə dəyəri onun tərəfindən tam şəkildə ödənilmiş və bu barədə ona maliyyə arayışı verilmişdir. Qeyd edilən mənzil ona təklif edilərkən, yuxarıda da göstərdiyi kimi mənzilə yerində baxmış və video-görüntülərini qeydə almışdır. Həmin vaxt mənzil tam boş və tam təmirsiz, eləcə də, qonşu mənzillərin təmiri zamanı atılmış tullantılarla dolu olmuşdur. O mənzili tullantılardan təmizləmiş və uzun müddət ərzində təmir etdirmişdir. Mənzilin təmirinə ümumilikdə 45000 manat xərci çıxmışdır. Təmirdən sonra ailə üzvləri ilə birlikdə 2 ilə yaxın müddət ərzində həmin evdə yaşasa da, cavabdehin oğlu mənzilə gəlmiş və mənzilin anasına məxsus olduğunu bildirmişdir. Bundan sonra cavabdeh ona və “xxxx” MTKya qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırmış və MTK ilə onun arasında bağlanmış müqavilənin etibarsız hesab edilərək onun ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmağını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 24.09.2018-ci il tarixli 2(004)-1923/2018 saylı qətnaməsi ilə iddia rədd edilsə də, Cavabdeh apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, “xxxx” MTK ilə onun arasında bağlanmış 21 sentyabr 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və onun həmin mənzildən çıxarılmağı qət edilmişdir. Ali Məhkəmənin 04.07.2019-cu il tarixli 2(102)-4853/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə aparılmış məhkəmə araşdırmaları zamanı mübahisəli mənzilin onun tərəfindən təmir edildiyi müəyyən edilmişdir. Onunla MTK arasında bağlanmış müqavilə etibarsız hesab edildiyinə və onun həmin mənzildən çıxarılmağı barədə yekun məhkəmə qətnaməsi qəbul edildiyinə görə, həmin mənzilə onun tərəfindən çəkilmiş xərc cavabdehdən onun xeyrinə tutulmalıdır. Belə ki, evin təmirinə çəkdiyi xərc evin ayrılmaz hissəsi olmuş və evin dəyərinin kifayət qədər artması ilə nəticələnmişdir. Çəkilmiş xərcin onun tərəfindən evdən çıxarkən özü ilə aparmağı qeyri-mümkündür və bundan başqa da, həmin xərcin əvəzini cavabdehin ona ödəməməsi əsassız varlanma ilə nəticələnəcəkdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsi, xxxx MTK, otaq 81-in təmirinə çəkilmiş xərcin əvəzi olaraq 30000 (otuz min) manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qızı İddiaçı ona qarşı təmir xərci tələbinə dair iddia ərizəsinə etiraz verərək, etirazı onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 1 otaq, sahəsi 52,5 kv.m. olan 81 saylı mənzilin dəyərini 27825 manat pulu tam olaraq ödəyib 09.09.2013-cü il tarixdə «xxxx» MTK ilə qanuni yolla bağladığı müqavilə əsasında almış, iddiaçıya isə 21.09.2016-cı ildə saxta yolla 30000 manat pula həmin mənzili «xxxx» MTK-nın rəhbərləri tərəfindən satılmış, pulunu mənimsəmişlər. Bununla əlaqədar «xxxx» MTK-nm rəhbərləri Cahangir Alışov, Habil Fətəliyev və başqaları barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 29, 178.3.2, 308.2, 313, 320.1-ci maddələri ilə cinayət işi qaldırılmış və hazırda həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Həmin cinayət işində iddiaçı kimi, onlarda zərərçəkmiş şəxslərdi. Onun iddiası üzrə İddiaçıla «xxxx» MTK arasında yaşayış binasında mənzil tikintisi haqqında bağlanmış 21.09.2016-cı il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin müqavilə əsasında iddiaçı tərəfindən ödənilmiş 30000 manat pul vəsaiti «xxxx» MTK-dan tutularaq İddiaçı verilməsi və onun həmin mənzildən çıxarılması qət edilmişdir. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 04.07.2019-cu il tarixdə öz qüvvəsində saxlanılmışdır. İddiçıya saxta yolla mənzil satılmasında, pulunun MTK rəhbərləri tərəfindən mənimsənilməsində onun günahı yoxdur. Həmçinin o iddiaçını özünə məxsus mənzilə buraxmamış, aralarında belə bir razılıq olmamış, sərəncam hüququ ilə ona məxsus olan mənzilində təmir işləri aparmasını xahiş etməmişdir ki, hazırda ondan təmir xərci üçün pul tələb edir. Əksinə, iddiçının 2017-ci ildən indiyədək mənzilini qanunsuz zəbt etməsi səbəbindən o öz mənzilinə köçüb yaşaya bilmir, indiyədək ailəsi ilə 250 manata kirayədə qalır, bu da ona maddi və mənəvi zərər vurulmasına gətirib çıxarmışdır. Qeyd etdiyi qətnamə qanuni qüvvəsində olsa da, iddiaçı yenə də mənzilini boşaltmır. İddiaçı 2016-cı ildə mənzil almaq üçün MTK-ya müraciət edəndə MTK-da işləyənlərdən bir nəfər ona bu mənzilin sahibinin olduğunu bildirmişdir. İddiaçı saxta müqavilədən şübhələndiyi üçün onun pulunu mənimsəyənlərdən pulunu tələb etmişdir. Belə olanda ona bildirmişlər ki, narahat olma, sən mənzili təcili təmir et, köç yaşa, səni heç kəs oradan çıxara bilməz. Bundan sonra MTK sədri Cahangir Alışov ondan 1.000 manat pul almış, saxta müqavilənin və saxta maliyyə arayışının arxasında «təmirə buraxılsın» sözləri əlavə edərək mənzili təmir etməyi tapşırmışdır. Bunu iddiaçı Yasamal Rayon Məhkəməsində bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4853/2019 saylı, 04.07.2019cu il tarixli qərarında qeyd edilmişdir: «İşə əlavə edilmiş AR CM-nin 178.3.2, 29, 178.3.2, 308.2, 313, 320.1-ci maddələri və X3 AR CM-nin 178.3.2, 29, 178.3.2, 308.2, 313, 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair 18 dekabr 2018-ci il tarixli ittiham aktından görünür ki, 1 otaqlı, 52.5 kv.m sahəli 81 nömrəli mənzili 7 sentyabr 2013-cü il tarixli müqavilə ilə Cavabdeh Rəzid qızına satdığı və mənzilin dəyəri tam ödənildiyi halda, 2016-cı ilin sentyabr ayında həmin mənzilin əvvəldən heç kəsə satılmamasını İddiaçı yalandan bildirib qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqəsdilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək həmin mənzilin tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək kooperativin möhürü ilə təsdiq etdiyi, MTK sədrinin adından Habil Fətəliyev tərəfindən imzalanmış 21 sentyabr 2016-cı il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında İddiaçı satılması adı ilə ondan həmin tarixdə .... vahid niyyətlə 30.000 manat məbləğində pulu alıb əlbir olduğu şəxslərlə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə cinayət əməlini müəyyən müddət gizlətmək məqsədilə mənzili İddiaçı təhvil verib Cavabdeh öz kooperativin möhürü ilə təsdiq etdiyi, MTK sədrinin adından Habil Fətəliyev tərəfindən imzalanmış 21 sentyabr 2016-cı il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında İddiaçı satılması adı ilə ondan həmin tarixdə .... vahid niyyətlə 30.000 manat məbləğində pulu alıb əlbir olduğu şəxslərlə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə cinayət əməlini müəyyən müddət gizlətmək məqsədilə mənzili İddiaçı təhvil verib Cavabdeh öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə.... cinayətlərini törətmişlər. Göründüyü kimi, xxxx MTK-ya aid binanın 1-ci giriş, 13-cü mərtəbəsində yerləşən 81 saylı mənzilin 2013-cü ildə Cavabdeh qızına satıldığı halda, öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə, aldatma yolu ilə 2016-cı ildə İddiaçı satılması faktı istintaqı gedən cinayət işi üzrə aydınlaşdırılmışdır». İddiaçı ərizəsində yalan yazır. Belə ki, o mənzili alanda ondan əvvəlki mənzil sahibi mənzilə 250 manata dəmir giriş qapısı qoymuşdur və onun açarını ona vermişdir. Eyni zamanda mənzilin tualet, hamam, mətbəx arakəsmələri kərpiclə hörülü olmuşdur. Ona görə mənzilə tullantıların atılması barədə iddiaçının qeydləri əsassızdır. 2016-cı ilin noyabr ayında oğlu həmin mənzildə olmuş, mənzilin giriş qapısını açaraq içəri girmiş və orda video çəkiliş aparmışdır. Hazırda həmin video görüntülər bizdədir. Ona görə hesab edir ki, iddidaçının qeyd etdiyi vaxtda orada yaşaması yalandır. Qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı məhkəmədə hazırkı iddia ilə ona qarşı iddia qaldıra bilməz. İddiaçını ona məxsus mənzilə o deyil, MTK rəhbərləri buraxmış, təmirə icazəni o deyil, saxta yolla MTK rəhbərləri vermişdir. Ona görə hazırkı iddia ilə iddiaçı MTK-ya qarşı məhkəmədə iddia qaldırmalıdır. Şərh olunanlara əsasən məhkəmədən İddiaçı ona qarşı təmir xərci tələbinə dair iddiasının rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh qızının nümayəndəsi X9 oglu iddianı qəbul etməyərək, idda ərizəsinə verdiyi etiraza uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh qızının izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24.09.2018-ci il tarixli, 2(004)-1923/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh qızının cavabdehlər «xxxx» Mənzil Tikinti Kooperativinə və İddiaçı qarşı - cavabdehlər «xxxx» Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında yaşayış binasında mənzil tikintisi haqqında bağlanmış 21 sentyabr 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzildə yaşayan İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 1 otaqlı, 81 saylı mənzildən çıxarılmaları barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-51/2019 saylı, 18 fevral 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh qızının apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1923/2018 saylı iş üzrə qəbul etdiyi 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, cavabdehlər «xxxx» Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında yaşayış binasında mənzil tikintisi haqqında bağlanmış 21 sentyabr 2016-cı il tarixli müqavilə etibarsız hesab edilmiş, 21 sentyabr 2016-cı il tarixli müqavilə əsasında ödənilmiş 30000 manat məbləğində pul vəsaiti “xxxx” MTK-dan tutularaq cavabdeh İddiaçı ödənilməlidir. Cavabdeh İddiaçı Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 1 otaqlı sahəsi 52,5 kvm olan 81 saylı mənzildən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəmənin 04.07.2019-cu il tarixli 2(102)-4853/2019 saylı qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin olunmadan saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh qızı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 1 otaq, sahəsi 52,5 kv.m. olan 81 saylı mənzilin dəyərini 27825 manat pulu tam olaraq ödəyib 09.09.2013-cü il tarixdə «xxxx» MTK ilə bağladığı müqavilə əsasında almış, İddiaçı isə 21.09.2016-cı ildə 30000 manat pula həmin mənzili «xxxx» MTK-nın rəhbərlərindən almış, həmin müqavilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən «xxxx» Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında yaşayış binasında mənzil tikintisi haqqında bağlanmış 21 sentyabr 2016-cı il tarixli müqavilə etibarsız hesab edilmiş, 21 sentyabr 2016-cı il tarixli müqavilə əsasında ödənilmiş 30000 manat məbləğində pul vəsaiti “xxxx” MTK-dan tutularaq cavabdeh İddiaçı ödənilməli, İddiaçı Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 1 otaqlı sahəsi 52,5 kvm olan 81 saylı mənzildən çıxarılmalıdır. X1 AR CM-nin 178.3.2, 29, 178.3.2, 308.2, 313, 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xxxx MTK-ya aid binanın 1-ci giriş, 13-cü mərtəbəsində yerləşən 81 saylı mənzilin 2013-cü ildə Cavabdeh qızına satıldığı halda, öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə, aldatma yolu ilə 2016-cı ildə İddiaçı satılması faktı istintaq zamanı aydınlaşdırılmışdır. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gələrkən qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbinin hüquqi əsası kimi mübahisəli mənzilə çəkdiyi təmir xərcini Cavabdeh qızından geri tələb edərkən, onun bu hüquqa, yəni subyektiv hüququnun olmasının hüquqi və faktiki hallarını əsaslandıra bilməmiş, həmçinin öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il qərarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normaları əsaslanaraq hesab edir ki, iddiaçı bir çox hüquqlardan üstün olan mülkiyyətçi hüquqlarından əvvəl subyektiv hüququnun olmasını əsaslandıra bilməmiş, həmçinin cavabdehin iddia tələbinin subyektiv hüququn olmaması əsası ilə rədd edilməsi barədə etirazını təqzib edə bilməmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsi, xxxx MTK, otaq 81-in təmirinə çəkilmiş xərcin əvəzi olaraq 30000 manatın Cavabdeh qızından alınması tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamış, işin mübahisə olunmayan halı onu göstərir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs kimi tanındığından tələb hüququnu əsaslandra bilməmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qızına qarşı təmir xərci tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qızına qarşı təmir xərci tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar